Yeni doğulan körpəsini öldürən anaya ömürlük həbs verildi
Lent az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Türkiyənin Samsun şəhərində evdə dünyaya gətirdiyi körpəsini zibilliyə atan qadına ömürlük həbs cəzası verilib.
Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə İlkadım rayonunda qeydə alınıb.
Ərindən boşanan 42 yaşlı, üç uşaq anası Hanım Canikli hamiləliyini gizlədərək evində təkbaşına doğuş edib. Doğuşdan sonra səhhəti pisləşən qadın 2025-ci il oktyabrın 14-də xəstəxanaya getməli olub.
Müayinə zamanı qadının doğuş etdiyi müəyyənləşib. Körpənin harada olduğu bilinmədiyindən polisə məlumat verilib. Zibil konteynerlərində və tullantıların toplandığı məntəqədə aparılan axtarışlar nəticəsiz qalıb.
Müalicədən sonra saxlanılan qadın ilkin ifadəsində körpəsinin öldüyünü görərək onu sellofan torbaya qoyub zibilliyə atdığını bildirib. Prokurorluqda verdiyi ifadəsində isə körpənin sağ doğulduğunu deyib.
Məhkəmənin qərarı ilə Hanım Canikli özünü müdafiə etmək imkanında olmayan yaxın qohumunu qəsdən öldürməkdə təqsirli bilinərək ömürlük azadlıqdan məhrum edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 27 Noyabr 2026 14:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















