76 yaşlı alzheimer xəstəsi anasını öldürən şəxsə ömürlük həbs cəzası verildi
Icma.az bildirir, Sonxeber.az saytına əsaslanaraq.
İstanbulun Fatih şəhərində 76 yaşlı Alzheimer xəstəsi Nuriyyə Uzuncaoğlu oğlu Cavit Uzuncaoğlu tərəfindən öldürülüb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, alzheimer xəstəsi olan qadının meyiti oğlunun yanında yaşadığı evdə tapılıb.
Yaşlı qadının meyiti tapıldıqdan sonra oğlu Cavit Uzuncaoğlu nəzarətə alınaraq həbs edilib. Ona qarşı "qəsdən adam öldürmə" və "işgəncə" ittihamları ilə cinayət işi açılıb.
Şübhəli anasını atasının ölümündə günahlandırdığını bildirib və buna görə anası ilə tez-tez mübahisə etdiyini etiraf edib. Lakin o anasını öldürmədiyini iddia edib.
O məhkəmədə çıxışında "Əvvəlki müdafiələrimi təkrar edirəm, mən belə bir şey etməmişəm" deyib.
Məhkəmə, müttəhimin "ailəsinə qarşı qəsdən adam öldürmə" cinayətinə görə ömürlük həbs cəzasına məhkum edilməsinə qərar verib.
Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:148
Bu xəbər 10 Dekabr 2024 12:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















