5 mərtəbəli binada partlayış baş verib VİDEO
Icma.az bildirir, Sonxeber.az saytına əsaslanaraq.
Çorumun Osmancık küçəsindəki binada təbii qazdan qaynaqlandığı ehtimal edilən partlayışın ardından bölgəyə çoxlu xilasetmə, sağlamlıq və polis qrupları sövq edilib.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 33 nəfər yaralanıb. Partlayış nəticəsində binaya ciddi ziyan dəyib, çoxlu sayda ev, iş yeri və nəqliyyat vasitələrinə ziyan dəyib.
Bundan əlavə, ətrafdakı binalar təxliyyə edilib, bəzi vətəndaşlar yanğından xilasetmə pilləkənləri vasitəsilə evlərindən çıxarılıb. Küçə nəqliyyatın hərəkətinə bağlanıb və ərazidə təhlükəsizlik kordonu yaradılıb.
Qubernator Əli Çalqan bildirib ki, ilkin məlumatlara görə, 5 mərtəbəli binanın üçüncü mərtəbəsində təbii qaz partlayışı baş verib. Çalqan, "Hadisədə bir vətəndaşımız həyatını itirdi. Çox sayda vətəndaşımız yaralandı. Yaralılar bölgədəki səhiyyə müəssisələrinə sövq edildi. Bölgədəki qrupların işləri davam edir" - dedi.
Partlayış anının təhlükəsizlik kamerası görüntüləri də əldə edilib. Qarşıdakı mənzildə yerləşən mağazanın təhlükəsizlik kamerasına düşən görüntülərdə partlayışın təsirindən şüşələrin qırılaraq küçəyə töküldüyü anları əks olunub.
Vüsalə İbrahimli
Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 04 Noyabr 2024 17:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















