Casusluq riskinə görə BYD yə məhdudiyyət qoymağa çağırdılar
Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.
Avropa Parlamentinin bəzi üzvləri milli təhlükəsizlik və casusluq risklərini əsas gətirərək Çinin nəhəng avtomobil istehsalçısı BYD-yə qarşı sərt tədbirlər görülməsini tələb ediblər.
“Qafqazinfo” xəbər verir ki, deputatlar şirkətin avtomobillərinin dövlət satınalmalarından kənarlaşdırılmasını və hərbi obyektlərə girişinə məhdudiyyət qoyulmasını istəyirlər.
Avropa Parlamentinin üzvü Fransua Kalfon və digər səkkiz deputat tərəfindən Avropa Komissiyasına və Fransa Baş naziri Sebastyan Lekornuya müraciət göndərilib. Bəyanatda bildirilir ki, müasir Çin istehsalı olan avtomobillərdəki kameralar, GPS izləyiciləri, mikrofonlar və lazer sensorları həssas məlumatların toplanması üçün istifadə oluna bilər. Bu isə xüsusilə hərbi bazalar və strateji infrastruktur yaxınlığında ciddi hibrid təhlükəsizlik riskləri yaradır.
Digər ölkələrin bənzər addımlar atdığına diqqət çəkən parlamentarilər Böyük Britaniya və Polşanın Çin istehsalı olan nəqliyyat vasitələrinin hərbi obyektlərə girişini məhdudlaşdırdığını, ABŞ ordusunun isə Yaponiyadakı bazasında BYD avtomobillərini qadağan etdiyini xatırladıblar.
Fransanın hələ də bu cür tədbirlər görmədiyini vurğulayan deputatlar həm Paris hökumətini, həm də Aİ Komissiyasını hərbi və həssas zonalara girişləri məhdudlaşdırmağa, BYD-ni dövlət satınalmalarından kənarlaşdırmağa və Aİ-nin kibertəhlükəsizlik qaydalarına əsasən şirkəti “yüksək riskli təchizatçı” kimi təsnif etməyə çağırıblar.
Baxış sayı:145
Bu xəbər 06 Noyabr 2026 07:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















