5 milyon dollar ələ keçirən bu şəxs icra başçısının dayısı oğlu imiş
Unikal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bir neçə iş adamına qarşı külli miqdarda dələduzluq edən Quliyev Zəfər Bayram oğlu ilə bağlı yeni faktlar üzə çıxıb.
“Unikal”ın əldə etdiyi məlumata görə, Türkiyədə və Rusiyada biznes fəaliyyəti ilə məşğul olan bir neçə azərbaycanlı iş adamından 5 milyon dollar alan Zəfər Quliyev qanunsuz əməllərini hələ də davam etdirir. Belə ki, o, hazırda Türkiyədə müəyyən kriminal qruplaşmalara söykənərək Qasım və Osman adı ilə analoji fəaliyyət göstərir.
Amma Z.Quliyev hələ də Bakıdakı yaxınları vasitəsi ilə də müəyyən addımlar atmaqdadır. Məlumata görə, o, icra başçılarından birinin dayısı oğludur. Hətta Z.Quliyev bəzi sövdələşmələri həmin icra başçısının Ağ Şəhərdəki ofisində həyata keçirib.
Qeyd edək ki, Z.Quliyev qanunsuz əməlləri nəticəsində Xətai rayonunda premium mənzillər və obyektlərə sahibdir.
Seymur Əli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 25 Aprel 2025 16:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















