Icma.az
close
up
RU
Yeni Klinikada həkim qəbulu asanlaşır, növbə sistemi dəyişir Direktorla müsahibə

Yeni Klinikada həkim qəbulu asanlaşır, növbə sistemi dəyişir Direktorla müsahibə

Medicina saytına istinadən Icma.az xəbər verir.


Yeni Klinikanın direktoru Barat Yusubov klinikada gələn il istifadəyə verilməsi nəzərdə tutulan təkmilləşdirilmiş elektron növbə sistemi ilə bağlı AZƏRTAC-ın suallarını cavablandırıb.


Medicina.az müsahibəni təqdim edir:

- Klinikada yeni növbə sistemi nə vaxtdan tətbiq olunacaq?

- Səhiyyənin rəqəmsallaşdırılması və texnoloji həllərin tətbiqi bizim üçün strateji prioritetlər sırasındadır. Yeni Klinikada həyata keçirilən yeniliklər nəticəsində rəqəmsallaşma proseslərinin gücləndirilməsi, innovativ sistemlərin tətbiqi, vahid məlumat bazasının optimallaşdırılması və onlayn növbə sisteminin daha da təkmilləşdirilməsi istiqamətində ciddi irəliləyişlərə nail olunub. Hazırda tibb müəssisələrinə müraciət edən vətəndaşların aldıqları bütün tibbi xidmətlərin qeydiyyatı elektron formada aparılır. Bilirsiniz ki, onlayn növbə sistemi dövlət tibb müəssisələri arasında ilk dəfə Yeni Klinikada tətbiq olunub. Bu sistem tibb müəssisəmizdə 2023-cü ilin dekabr ayından etibarən pilot layihə şəklində işləyir. Bu dövr ərzində təkmilləşdirmə işləri aparılıb, bir sıra qüsurlar, çatışmazlıqlar analiz edilib və daha universal bir sistem formalaşdırılıb. Deyərdim ki, təkmilləşdirilmiş yeni növbə sistemi artıq hazırdır. Bu sistemin tətbiqinin gələn ilin ilk rübündə, daha dəqiq söyləsək, yanvar-fevral aylarında fəaliyyətə başlaması nəzərdə tutulur. Dəqiq tarix sistemin test mərhələlərindən və texniki yoxlamalardan sonra bilinəcək. Məqsədimiz pasiyentlər və klinika üçün ən optimal və rahat rejimi təmin etməkdir.

- Yeni sistemin üstünlükləri nələrdir? Bu sistem klinikanın işinə və pasiyentlərin vaxtına necə təsir edəcək?

- Təkmilləşdirilmiş elektron növbə sistemi bir sıra üstünlüklər təqdim edir. Vətəndaşlar uzun növbələrdə vaxt itirməyəcək, onlayn növbə əldə edən şəxslər qeydiyyat bölməsinə yaxınlaşmadan birbaşa elektron köşk vasitəsilə növbələrini aktivləşdirmək imkanı əldə edəcəklər. Bu çox önəmli məsələdir. Hətta müayinə cavablarının kontrolu üçün gün ərzində yenidən müraciət etmək imkanları olacaq. Bilirsiniz, bu müayinə nəticələrinin izlənməsini kifayət qədər asanlaşdırır və pasiyentlərin əlavə vaxt itkisinə, eləcə də tibb müəssisəsinə fiziki gəlməsinə ehtiyac qalmır. Yeni sistemdə həkim seçimi və müayinələr barədə ətraflı məlumatlar əlçatandır. Bu, təkcə vətəndaşların deyil, klinikanın da fəaliyyətinə, iş yükünə, kadr planlamasına və tibbi xidmətlərin səmərəli təşkilinə müsbət təsir edəcək. Həkimlərin və digər personalların vaxtı optimallaşdırılacaq, pasiyent sıxlığı azalacaq, gözləmə zolaqları və növbə sıxlığı aradan qalxacaq.Bundan əlavə, statistik məlumatların toplanması və analiz edilməsi daha rahat olacaq, xidmətin keyfiyyətinin yüksəlməsinə imkan yaradacaq. Beləliklə, sistem həm pasiyentlərin, həm də klinikanın işini asanlaşdıraraq ümumi xidmət səviyyəsinə təsir edəcək.

- Belə çıxır ki, yeni sistemdə qeydiyyatçılara ehtiyac qalmayacaq. Bəs, onların ştatı ləğv ediləcək?

- Əlbəttə ki, xeyr. Düzdür, yeni sistem qeydiyyat prosesini optimallaşdırır, lakin insan resursları klinika üçün hələ də vacibdir. Qeydiyyatçılar digər sahələrdə fəaliyyətlərini davam etdirə biləcəklər, onların peşə təcrübələri klinikanın ümumi xidmət keyfiyyətini artırmaq üçün lazımlıdır.

- Təkmilləşdirilmiş elektron sistem növbə sıxlığını aradan qaldıracaqmı?

- Bu gün bizim üçün müəyyən qədər çətinliklər yaradan proseslərdən biri növbə sıxlığıdır. Düşünürəm ki, bu sistem növbə sıxlığını əhəmiyyətli dərəcədə azaldacaq ki, bu da pasiyentlərin tibbi xidmətdən daha rahat və vaxt itirmədən yararlanması deməkdir. Bu, həmçinin klinikada resursların daha optimal idarəolunmasına imkan yaradacaq, personal və avadanlıqların istifadəsi maksimum effektivliklə həyata keçiriləcək. Nəticədə, həm klinikada işlərin səmərəliliyi yüksələcək, həm də ən vacibi - pasiyent məmnuniyyəti daha da artacaq. Bizim hədəfimiz də elə budur. Ölkəmizdə daha yaxşı tibbi xidmətin təşkili, səhiyyəni hər kəs üçün əlçatan etmək və beləliklə, vətəndaş məmnunluğunu təmin etməkdir.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://www.medicina.az
archiveBu xəbər 15 Dekabr 2025 23:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see313

Sabahın havası Leysan, qar

14 Dekabr 2025 13:12see217

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

15 Dekabr 2025 17:00see202

Meksikada hava limanı yaxınlığında təyyarə qəzaya uğrayıb

16 Dekabr 2025 02:19see193

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see192

Qəbələ 10 nəfərlə qaldı YENİLƏNİR

14 Dekabr 2025 15:19see170

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see156

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see153

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see144

Xocalı qatili Paşinyana qarşı: Ermənistanda ARA QARIŞDI VİDEO

14 Dekabr 2025 22:51see144

Elşad Xose Oksananı döyməsindən və narkotikdən danışdı (VİDEO MÜSAHİBƏ)

16 Dekabr 2025 05:14see132

Bu universitetin əməkdaşlarına pul mükafatı verildi KONKRET

15 Dekabr 2025 13:47see131

İlham Əliyevin amnistiya təşəbbüsü humanizm və sosial ədalət prinsiplərinə sadiqliyin göstəricisidir

15 Dekabr 2025 20:55see130

Nazir müavini: Bakı Daşkənd əlaqələri iki ölkə liderinin siyasəti sayəsində möhkəmlənir

14 Dekabr 2025 22:43see129

ABŞ dan Ankara və İrəvan açıqlaması: Zəngəzura işarə edildi

15 Dekabr 2025 22:52see128

Daha beş tibb müəssisəsində ilkin dializ kateterinin qoyulması xidməti təşkil ediləcək

15 Dekabr 2025 19:12see128

Premyer Liqa: “Neftçi” “Sumqayıt”la heç heçə etdi

15 Dekabr 2025 21:07see125

Toyota yeni superkarını təqdim etdi 2027 ci ildə satışa çıxacaq

15 Dekabr 2025 02:58see125

Sürücülərin günü gündən artan aqressiyası EKSPERTDƏN XƏBƏRDARLIQ

14 Dekabr 2025 15:21see124

“İnter Mayami” dünya çempionu heyətinə qatdı 15 milyona

14 Dekabr 2025 13:18see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri