Icma.az
close
up
RU
Yük maşını əks yola çıxıb taksi ilə toqquşdu: İki nəfər öldü, hamilə qadın xəsarət aldı

Yük maşını əks yola çıxıb taksi ilə toqquşdu: İki nəfər öldü, hamilə qadın xəsarət aldı

Icma.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsi Kəngərli rayonunda baş vermiş ağır yol qəzası ilə bağlı cinayət işinə baxıb.

BAKU.WS-in məlumatına görə, hadisə 29 iyun 2025-ci il tarixdə saat 08:40 radələrində Naxçıvan-Sədərək avtomobil yolunun Kəngərli rayonu ərazisindəki 22-ci kilometrində baş verib.

Məlumata görə, təqsirləndirilən şəxs Şərur rayonunun Cəllikənd kənd sakini Elnur Cəfərov (ad və soyad şərtidir) gecə saatlarında dayısına məxsus heyvanları Batabat yaylağına aparıb və səhər qayıdarkən idarə etdiyi "Qaz 33021" markalı yük avtomobilinin idarəetməsini itirərək əks istiqamətə keçib. Nəticədə Naxçıvan şəhəri istiqamətində hərəkət edən "Naz Lifan" markalı taksi ilə toqquşub.

Qəza nəticəsində taksi sürücüs və sərnişin hadisə yerində vəfat edib, Avtomobildə olan 33 həftəlik hamilə qadın isə ağır xəsarətlər alıb – sol körpücük, bazu və baldır sümüklərinin sınıqları, sağ ağciyərin əzilməsi, travmatik şok və dölün ölümü.

Tibbi ekspertiza rəylərinə görə, xəsarətlər həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurma dərəcəsində qiymətləndirilib.

Məhkəmədə təqsirləndirilən şəxs özünü təqsirli bilib və peşmanlığını bildirib. O, hadisədən dərhal sonra özünü saxlayıb və sərxoş olmadığını, lakin gecədən yorğun olduğunu qeyd edib. Şahidlər qəzanın yük avtomobilinin yolundan çıxaraq əks zolağa keçməsi nəticəsində baş verdiyini təsdiqləyiblər. Texniki ekspertiza da təqsirləndirilən şəxsin "Yol hərəkəti haqqında" Qanunun 36-cı maddəsinin tələblərini pozduğunu müəyyən edib.

Hökmün əsaslandırılmasında məhkəmə bir sıra yüngülləşdirici halları nəzərə alıb. Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmayıb, iki uşaq atasıdır və yaşayış yeri üzrə müsbət xasiyyətləndirilir.

Zərərçəkmiş şəxslərin ailələri (hüquqi varislər) barışıq əldə edib, şikayət və tələbləri yoxdur.

Məhkəmənin hökmünə əsasən, təqsirləndirilən Elnur Cəfərov Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.3-cü maddəsi (yol hərəkəti qaydalarının pozulması nəticəsində ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olma) ilə təqsirli bilinib və 5 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Bundan əlavə, o, 2 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:44
embedMənbə:https://baku.ws
archiveBu xəbər 15 Dekabr 2025 23:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see356

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see315

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see250

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see210

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see196

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see193

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see180

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see159

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see158

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see157

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see157

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see156

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see155

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see152

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see149

Azərbaycan güləşçiləri Göygöldə növbəti təlim məşq toplanışına başlayıblar

30 Yanvar 2026 17:51see145

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see140

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see139

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see138

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri