5 yol şirkətinin ləğvi: Səbəb nədir?
Bakupost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycanda “19 №-li Yol İstismarı”, “18 №-li Yol İstismarı”, “16 №-li Yol İstismarı”, “7 №-li Yol İstismarı” və “19 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-ləri ləğv prosesinə başladıqlarını elan ediblər.
Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli “Bakupost”a bildirib ki, 5 şirkətin eyni vaxtda ləğv olunması daha çox yol təsərrüfatında struktur və idarəetmə modelinin dəyişdirilməsi ilə əlaqəli görünür.

Onun sözlərinə görə, bu şirkətlərin eyni vaxtda bağlanması onların ayrı-ayrılıqda maliyyə problemi yaşaması ehtimalını zəiflədir. Mövcud qurumların birləşdirilməsi, funksiyaların daha iri strukturlara verilməsi və idarəetmə xərclərinin optimallaşdırılması əsas səbəblərdən ola bilər.
Ekspert maliyyə amilinin də istisna edilmədiyini qeyd edib. Zərərli və ya səmərəsiz müəssisələrin bağlanması dövlət vəsaitinə qənaət və təkrarlanan xərclərin azaldılması məqsədi daşıya bilər. Lakin şirkətlərin rəsmi açıqlaması olmadan konkret maliyyə problemi barədə qəti nəticə çıxarmaq düzgün deyil.
A.Nəsirli hesab edir ki, əsas məsələ ləğv olunan şirkətlərin funksiyalarının bundan sonra hansı qurumlara veriləcəyidir. Bu fəaliyyətlər başqa qurumlarda birləşdirilərsə, prosesin struktur islahatı olduğu daha aydın görünəcək.
Vüsalə Hüseynova,
BakuPost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 03 Sentyabr 2026 20:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















