Sonsuzluğa səbəb nədir?
Icma.az xəbər verir, News24 saytına əsaslanaraq.
Son illər Azərbaycanda qadınlar arasında sonsuzluq halları artıb.
Kimisi bunu qidalar, kimisi də fizioloji səbəblərlə bağlı olduğunu deyir.
Həkim Pərvanə Mustafayeva Hit.az-a deyib ki,son zamanlarda yalnız ölkəmizdə deyil, dünyada da sonsuzluq hallarında artım müşahidə edilir:
"Bunun önəmli səbəblərindən biri qadının sosiallaşması ilə bağlı ailə qurma yaşının artmasıdır. Sonsuzluq səbəblərdən asılı olaraq anadangəlmə, (daha çox uşaqlıq anomaliyaları, hipogonodotropik hipoqonodizm, eləcə də xromosom anomaliyalari ilə əlaqəli ( turner sindromu, klynfelter sindromu)) ola bilər. Sonsuzluğun həmçinin sonradan yaranan problemlərlə əlaqəli olması mümkündür.Təəssüf ki, sonsuzluq problemi yaşayan cütlüklərdə ilk ağıla gələn elə qadın olur. Bəzən uzun illər, dəfələrlə qadın müayinə edilib problem aşkarlanmadığı halda belə müalicə alır. Amma həyat yoldaşının bir dəfə də olsun müayinədən keçmədiyini görürük".
Baxış sayı:96
Bu xəbər 20 İyun 2025 01:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















