50 il əvvəl basdırılan “zaman kapsulu” açıldı
Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ABŞ-nin Corciya ştatında 1976-cı ildə beton anbara yerləşdirilərək möhürlənən “zaman kapsulu” açılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “People” jurnalı məlumat yayıb.
Məlumata görə, kapsul ABŞ-nin 200 illik yubileyi tədbirləri çərçivəsində Dalton Mübadilə Klubu tərəfindən basdırılıb.
O dövrdə bölgədə yaşayan hər bir ailə 5 dollar ödəməklə kapsula öz əşyalarını yerləşdirə bilib. Daha sonra həmin xatirə qutusu yerli məhkəmə binasının qarşısında torpağa basdırılıb.
Lakin onilliklər boyu torpaq altında qalmaq kapsula təsirsiz ötüşməyib. Anbar açılanda məlum olub ki, kapsulun dibinə su yığılıb və içindəki bütün əşyalar tamamilə islanıb. Çürüməyə baxmayaraq, kapsulun içindən məktublar, qəzetlər, müxtəlif qəpiklər, 1881-ci ilə aid gümüş dollar və hətta bir xalça çıxıb.
Tapıntılar arasında ən diqqətçəkəni isə Donna Ayvester və Harri Luper adlı valideynlərin öz övladları Todd (o vaxt 5 yaşı olub) və Brayan (o vaxt 1 yaşı olub) üçün yazdıqları məktub olub. Ananın məktubda yazdığı bu sözlər hamını duyğulandırıb: “Ümid edirəm ki, bu kapsul açılanda atanızla mən hələ də sağ olarıq. Amma əgər biz bu dünyada olmasaq, sadəcə bu qeydi oxumanızı istəyirəm”. Məlum olub ki, ata Harri Luper 2002-ci ildə vəfat edib, ana Donna isə illər keçdikcə bu məktubun varlığını tamamilə unudub.
Yerli hakimiyyət orqanları sahibləri tərəfindən götürülməyən əşyaları yerli muzeyə təhvil verməyi planlaşdırır. Eyni zamanda şəhərdə yeni bir “zaman kapsulu”nun yaradılması məsələsi müzakirə olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 12 İyul 2026 16:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















