Icma.az
close
up
RU
Zaman axarı: 10 il əvvəl nələr olub?

Zaman axarı: 10 il əvvəl nələr olub?

Icma.az, Azvision saytına istinadən bildirir.

▪️ Böyük zəfərin başlanğıcı - Aprel döyüşləri

Aprelin 2-nə keçən gecə Ermənistan silahlı qüvvələri atəşkəs rejimini pozmağa başlayıb. Aprelin 5-dək davam edən dördgünlük döyüşlər zamanı ordumuz bir sıra strateji nöqtələri - Talış kəndi ətrafındakı yüksəklikləri, eləcə də Seysulan məntəqəsini düşməndən azad edib, Lələtəpə yüksəkliyinə nəzarəti ələ keçirib. Döyüşlərin gedişində Ermənistan silahlı qüvvələrinin çox sayda canlı qüvvəsi və texnikası məhv edilib.100-ə yaxın hərbi qulluqçumuz qəhrəmancasına şəhid olub. Onların arasında əfsanəvi hərbçilər - Azərbaycanın Milli Qəhrəmanı gizir Pəncəli Teymurov, Azərbaycanın Milli Qəhrəmanı polkovnik–leytenant Murad Mirzəyev, polkovnik Vüqar Yusifov, polkovnik–leytenant Raquf Orucov var.
▪️ Bakı Metropoliteninin yeni “Avtovağzal” və “Memar Əcəmi” stansiyaları açılıb


İlham Əliyev aprelin 19-da Bakı Metropoliteninin yeni - bənövşəyi xəttinin “Avtovağzal” və “Memar Əcəmi” stansiyalarının açılışında iştirak edib.
▪️ Bakı 42-ci Ümumdünya Şahmat Olimpiadasına ev sahibliyi edib

Bakı Olimpiadasında dünyanın 175 ölkəsini təmsil edən və heyətində dünyanın ən güclü şahmatçıları olan 181 kişi və 142 qadın komandanın 1600-dən çox üzvü iştirak edib. Bu, iştirakçı ölkələrin sayına görə Olimpiada tarixində rekord göstəricidir.
▪️ Bakıda ilk dəfə Formula 1 üzrə Avropa Qran Prisi start götürüb

İyunun 17-19-da Bakıda Formula-1 Avropa Qran-pri yarışları keçirilib. Formula-1 üzrə dünya çempionatının səkkizinci mərhələsi olan Bakı Qran-prisini 187 ölkədən 500 milyon tamaşaçı izləyib. Yarışlar “Mercedes” komandasının almaniyalı pilotu Niko Rosberqin qələbəsi ilə başa çatıb.
▪️ Bakı Dünya Xəbər Agentliklərinin V Konqresinə və OANA-nın XVI Baş Assambleyasına ev sahibliyi edib

Noyabrın 16-18-də keçirilən tədbirlərdə 80 ölkədən 130 xəbər agentliyinin 200 rəhbəri və təmsilçisi, media üzrə beynəlxalq ekspertlər, BMT-UNESCO-nun rəsmi nümayəndəsi, həmçinin regional media qurumlarının əməkdaşları iştirak ediblər.
▪️ Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu keçirilib

Aprelin 25-27-də keçirilən Forumun açılışında Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Malta Prezidenti Mari-Luiz Koleyro Preka, digər ölkələrin, beynəlxalq və regional təşkilatların yüksək səviyyəli rəsmiləri, mədəniyyət, media nümayəndələri iştirak ediblər.
▪️ Trans-Adriatik boru kəməri - TAP-ın təməli qoyulub

Təməlqoyma mərasimi mayın 17-də Yunanıstanın Saloniki şəhərində keçirilib.“Cənub Qaz Dəhlizi” layihəsinin bir hissəsi olan TAP kəməri ilə “Şahdəniz-2” layihəsi çərçivəsində hasil edilən Azərbaycan qazı Avropaya nəql edilir.
▪️ Azərbaycan Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklər referenduma çıxarılıb və qəbul edilib
Konstitusiyaya edilən dəyişikliklərə əsasən Azərbaycan Respublikası Prezidentinin səlahiyyət müddəti beş ildən yeddi ilədək artırılıb, ölkədə birinci vitse-prezident və vitse-prezidentlər vəzifələri təsis olunub. Həmçinin prezident və deputat seçilmək üçün müvafiq olaraq 35 və 25 yaş məhdudiyyətləri aradan qaldırılıb. Ümumilikdə, Konstitusiyanın 23 maddəsində dəyişiklik edilib, Əsas Qanuna 6 yeni maddə əlavə edilib.
▪️ Bakıda Azərbaycan, Rusiya və İran prezidentlərinin Zirvə görüşü keçirilib

Avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyevin, İran Prezidenti Həsən Ruhaninin və Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə keçirilən Zirvə görüşündə üç ölkə arasında siyasi, iqtisadi, energetika, nəqliyyat və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri ətrafında müzakirələr aparılıb. Dövlət başçıları Zirvə görüşünün Birgə Bəyannaməsini imzalayıblar.
Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli formatda görüşü tarixi hadisə kimi qiymətləndirilir. Çünki bu ölkələrin dövlət başçıları tarixdə ilk dəfə olaraq üçtərəfli görüş keçiriblər.
▪️ Mingəçevir Sənaye Parkının təməli qoyulub

Sentyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mingəçevir Sənaye Parkının təməlqoyma mərasimində iştirak edib.
▪️ Neft daşlarında estakada uçub

15 dekabrda N. Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin 150 metrlik estakadası çöküb. Estakadanın təxminən 150 metr hissəsində olan 10 nəfər suya düşüb. Hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb.
▪️ Rövşən Lənkəranski öldürülüb

Rövşən Lənkəranski kimi tanınan “qanuni oğru” Rövşən Canıyevin 2016-cı il avqustun 18-də Türkiyədə qətlə yetirilib. İstanbulda hoteldən çıxdıqdan sonra avtomobili pusquya salınan Canıyevin özü ilə bərabər, sürücüsü də güllələnib.
▪️Elektrik və qaz tarifləri artıb

Noyabrın 28-də Tarif Şurasının qərarı ilə Azərbaycan ilk dəfə təbii qaz və elektrik enerjisi ödənişləri üçün differensiallaşmış tarifə keçib. Yeni tarifə əsasən, ay ərzində istifadə ediləcək təbii qazın məbləği 12 manat 50 qəpiyi keçirsə, əlavə istifadə edilən təbii qazın hər bir kub metri üçün 100 faiz əlavə ödəniş nəzərdə tutulub.
Elektrik enerjisi üçün isə aylıq sərfiyyat 17 manat 50 qəpiyi keçirsə, əlavə sərf edilən enerjinin bir kilovat-saatı üçün 57 faiz artıq. Dekabrın 22-də verilən yeni qərarla təbii qaz üçün təsdiqlənmiş illik istehlak həcmi 1500 kubmetrdən 1700 kubmetrə, elektrik enerjisinin həcmi isə 250 kilovat-saatdan 300 kilovat-saata qaldırılıb. Başqa sözlə desək, təbii qazın istifadəsinin aylıq limiti 14 manat 20 qəpik, elektrik enerjisinin isə 21 manat olub.
▪️ Prezident əfv sərəncamı imzalayıb

İlham Əliyevin imzaladığı sərəncama əsasən aralarında beynəlxalq təşkilatların "vicdan məhbusu və siyasi məhbus" kimi 12 şəxs də olmaqla, ümumilikdə 150 nəfər azad edilib.
▪️ANS TV bağlandı

ANS TV-nin ABŞ müxbirinin Fəthullah Gülənin mətbuat konfransına qatıldığı haqda məlumat yayıldıqdan sonra qurumun efir yayımı dayandırılıb. Milli Televiziya və Radio Yayım Şurası qərarını “Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına yönəlmiş təxribatın qarşısını almaq, açıq şəkildə terrorizmin təbliğatına yol verməmək” məqsədilə verildiyini bəyan etdikdən sonra məhkəmə qaydasında telekanalın lisenziyasına xitam verilib.
▪️Tanınmış şəxslər vəfat edib

Ümummilli Lider Heydər Əliyevin qardaşı, eks-deputat Cəlal Əliyev, Xalq artisti İlhamə Quliyeva, Xalq şairi Zəlimxan Yaqub, Xalq artisti, bəstəkar Oqtay Zülfüqarov və Azərbaycan Milli Yaradıcılıq Akademiyasının prezidenti Nizami Süleymanov kimi tanınmış simalar 2016-cı ildə dünyasını dəyişib.
Aygün Xankişiyeva
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://azvision.az
archiveBu xəbər 27 Yanvar 2026 13:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Temu dan ucuz paraşüt alıb test etdi (Video)

25 İyun 2026 21:43see290

Azərbaycan Gürcüstan sərhədi ilə bağlı daha bir ŞAD XƏBƏR

25 İyun 2026 21:50see238

Azərbaycanda dəhşət: Keçmiş həyat yoldaşı bağça müdirini iş otağında bıçaqladı

25 İyun 2026 20:44see236

Yaponiya İsveçə qarşı

26 İyun 2026 02:36see192

Rütte Ankarada Trampı NATO nun əhəmiyyətinə inandırmaq istəyir

26 İyun 2026 01:25see190

Niyə Ermənistanda 25, Gürcüstanda 30, bizdə isə 17%?

25 İyun 2026 20:50see187

Qondarma erməni soyqırımını tanımaq üçün qətnamə hazırladı

26 İyun 2026 07:42see185

Zaqar dəri xərçənginin yaranma ehtimalını artırır

26 İyun 2026 02:41see184

Dekolonizasiya coğrafiya tanımır

26 İyun 2026 02:47see180

“Optimal Electronika”nın böyük məbləğdə vergi borcu yığılıb

26 İyun 2026 22:42see175

Ronaldodan Oçoaya “Səndən cavan görünürəm”

25 İyun 2026 20:44see173

Diabet riski yüksək olan QAN QRUPU açıqlandı

27 İyun 2026 04:52see172

Leysan olacaq, dolu düşəcək XƏBƏRDARLIQ

27 İyun 2026 09:42see165

İspaniya Uruqvaya qarşı Yenilənir

27 İyun 2026 02:43see163

24 illik həsrət sona çatdı Türkiyənin DÇ dəki ilk qolu

26 İyun 2026 06:23see163

Şahin Bağırov: Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir

25 İyun 2026 21:49see162

DÇ 2026: İspaniya və Kabo Verde yığmaları pley offda

27 İyun 2026 08:04see161

Mbappe DÇ 2022 nın yarımfinalından bəri ilk dəfə mundial matçında qol vurmayıb

27 İyun 2026 07:15see160

Venesueladakı zəlzələlərin intervalı alimləri heyrətə gətirdi

26 İyun 2026 00:52see160

DÇ 2026: Niderland qrup lideri oldu, pley offda rəqib Mərakeşdir

26 İyun 2026 05:33see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri