Icma.az
close
up
RU
50 manat nəmər yazdıracaqmış... Əmioğlular 88 yaşlı qadını niyə öldürüb?

50 manat nəmər yazdıracaqmış... Əmioğlular 88 yaşlı qadını niyə öldürüb?

Icma.az, Olke.az portalına istinadən məlumat verir.

Ölkə.az Xitab24.az-a istinadla xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə 1937-ci il təvəllüdlü qadının qətlində təqsirləndirilən əmioğlulara hökm oxunub.

Hökmə əsasən, hər iki şəxs 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttiham aktına görə, qohumlar Yahuzə Bəkirovanın yaşadığı fərdi yaşayış evinə basqın edib onu öldürməklə pulunu ələ keçirmək barədə razılığa gəliblər.

Qanunsuz şəkildə evə daxil olan Alıyevlər, qadının bədəninin müxtəlif nahiyələrinə əl və ayaqla çoxsaylı zərbələr endiriblər. Arzu və İntiqam qadından pulu saxladığı sandığı açmağı tələb etsələr də, Yahuzə Bəkirova bundan imtina edib. Bu isə cinayətkarları daha da qəzəbləndirib. Nəticədə Alıyevlərin yetirdiyi zərbələr qadının ölümünə səbəb olub.

Qadın öldükdən sonra sandığın qıfılını sındıran şəxslər, istintaqa məlum olmayan məbləğdə pulu götürüb hadisə yerindən uzaqlaşıblar.

Bundan başqa, Arzu Alıyev hadisənin izlərini itirmək üçün Yahuzə Bəkirovanın evini yandırıb. O, daha sonra guya hadisədən xəbərsiz kimi qonşularla birlikdə yanğının söndürülməsində iştirak edib, daha sonra DİN-in 102 xidmətinə zəng edib.

Bir qədər sonra evə qayıdan Arzu Alıyev “Mən nə qələt elədim” deyərək, öz-özünə deyinib. Onun bu sözünü qardaşı eşidib və ondan şübhələnərək Arzu Alıyevi polisə aparıb. Bundan sonra cinayətin üstü açılıb.

Qeyd edək ki, hadisə baş verən gün Arzu Alıyevin qardaşının xeyir işlə əlaqədar evlərində məclis olub. Yahuzə Bəkirova həmin evə gələrək, digər məclislərə 5 manat, amma Alıyevlərin xeyir işinə 50 manat nəmər yazdıracağını bildirib. Yaşlı qadının məclisə 50 manat nəmər yazdıracağını eşidən İntiqam Alıyev, əmisi oğlu Arzuya “Əgər bu sizin məclisə 50 manat yazdıracaqsa, deməli, evidə 3000 manat pulu var” deyib və cinayət niyyətini ortaya qoyub. 

Əlavə edək ki, 1984 və 1987-ci il təvəllüdlü şəxslər tərəfindən qətlə yetirilən qadın tək yaşayırmış.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://olke.az
archiveBu xəbər 25 Oktyabr 2026 13:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see469

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see368

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see317

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see298

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see284

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see261

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see246

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see245

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see240

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see235

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see231

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see223

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see221

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see218

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see210

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see210

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see197

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see193

Rubio: Ərzaq ticarətindən siyasi və iqtisadi təzyiq vasitəsi kimi istifadə olunmamalıdır

01 Noyabr 2026 01:55see191

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri