Baş idarə rəisinə yeni rütbə verildi
Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.
Ədliyyə Nazirliyinin Tibb baş idarəsinin rəisi Cəmil Kamilliyə vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verilib.
Moderator.az xəbər verir ki, Cəmil Kamilli növbəti rütbəsini vaxtından əvvəl alıb.
Qeyd edək ki, Cəmil Kamilli 1987-ci ildə Masallı rayonunda anadan olub. 2010-cu ildə Azərbaycan Tibb Universitetini ümumi cərrahiyyə ixtisası üzrə bitirib. 2012-2015-ci illərdə Türkiyənin Hacettepe Universitetinin Tibb fakültəsində elmi araşdırmalar aparıb və qastroenterologiya üzrə üst ixtisas dərəcəsi əldə edib.
Əmək fəaliyyətinə 2008-ci ildə Kliniki Tibbi Mərkəzdə başlayan Cəmil Kamilli 2010-2011-ci illərdə Masallı Rayon Mərkəzi Xəstəxanasında həkim kimi çalışıb. Daha sonra 2016-2024-cü illərdə müxtəlif xəstəxanalarda fəaliyyət göstərib.
2024-cü ilin iyul ayında isə Cəmil Kamilli Ədliyyə Nazirliyinin Tibb baş idarəsinin rəisi təyin edilib.
Baxış sayı:150
Bu xəbər 01 Noyabr 2026 08:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















