İrana hücuma hazırlaşırlar KONKRET
Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.
ABŞ-ın Fars körfəzi regionundakı müttəfiqləri Vaşinqtonun bu həftə İranı hədəf ala biləcək yeni hərbi əməliyyatlara başlayacağından ehtiyat edirlər.
KONKRET.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) nəşri məlumat yayıb. Qeyd olunub ki, region ölkələri ABŞ-ın İranın nüvə obyektlərinə və mühüm infrastrukturuna zərbələr endirəcəyi təqdirdə Tehranın cavab hücumlarından narahatdır.
Məlumata əsasən, Körfəz ölkələri mümkün hərbi eskalasiyanın yalnız hərbi obyektlərlə məhdudlaşmayacağından ehtiyatlanırlar. Onlar İranın cavab olaraq regiondakı enerji obyektlərini, iqtisadi infrastrukturu və mülki hədəfləri vura biləcəyini düşünürlər.
Nəşr qeyd edir ki, ABŞ Prezidenti Donald Tramp İrana qarşı yeni hərbi əməliyyat variantlarını nəzərdən keçirsə də, diplomatik həll imkanlarına da şans vermək niyyətindədir. Bununla belə, regionda hərbi hazırlıq və təhlükəsizlik tədbirləri gücləndirilir.
Körfəz ölkələri mümkün qarşıdurmanın onların iqtisadiyyatına və mülki əhalinin təhlükəsizliyinə ciddi təsir göstərə biləcəyindən narahatdırlar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 03 Noyabr 2026 00:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















