Icma.az
close
up
RU
500 manat kredit götürdü, 1500 manat faiz ödədi Lombardlar müqavilədə hansı bəndi imzalamaqdan qaçırlar?

500 manat kredit götürdü, 1500 manat faiz ödədi Lombardlar müqavilədə hansı bəndi imzalamaqdan qaçırlar?

Icma.az, News24 portalına istinadən məlumat verir.

Bakı şəhərinin mərkəzi yerlərində tez-tez rast gəldiyimiz obyektlərdən biri də lombardlardır. Banklara üz tutub kredit götürə bilməyən və yaxud da rəsmi iş yerləri olmayan şəxslər lombardlara axışır. Bu gün lombardların əhali arasında populyarlığının əsas səbəbi əlçatan olmasıdır. Təcili vəsaitə ehtiyacı olan şəxslər hər hansı qiymətli bir əşyanı lombarda girov kimi təqdim edib istədiyi məbləği ala bilirlər.

Burada müştərilərdən rəsmi gəlir yerləri tələb olunmur. Bankalardakı sənədləşmə işləri lombardların fəaliyyətinə geniş imkanlar yaradır. Bəs lombardların təqdim etdiyi kredit faizləri nə qədərdir və şərtlər nədən ibarətdir. Əhalini buraya gəlməyə daha nələr sövq edir.Bu işlərlə məşğul olan sahibkar söhbət zamanı bildirib ki, kreditləri aylıq 4-5 faizlə verirlər. Onun sözlərinə görə, borcun əsas məbləği azaldıqca faizlər də azalır:

“4 qramlıq qızıla 300 manat pul veririk. 300 manata hər ay 12 manat faiz alırıq. Faizdən əlavə əsas borcdan müəyyən qədər ödəyən vətəndaşların faizi də azalır. Banklarda isə hər aya bölünmüş faiz dəyişmir. Sən tutaq ki, qızılını verib lombarddan 5 min manat pul götürmüsən və bir ay ərzində onu qaytarmaq istəyirsən, bu zaman 5 minə 4 faizdən 200 manat hesablanır. Beləliklə, 5200 manatı ödəyib qızılını geri ala bilirsən. Bankda isə bu məbləği 12 aya bölüblərsə, bu müddətdə pulunu alandan sonra qiymətli əşyan özünə təhvil veriləcək. Bank uzun müddətli ödənişlər üçün sərfəlidir. Məsələn, mənim banka 35 min manat kredit borcum var. Onu bir neçə il ərzində verəcəyəm. Doğrudur, 2-4 min arası pul itirəcəyəm, amma uzun müddətli olması işimə yarayır. Bəzən deyirlər ki, guya lombardlarda 18-20 faizlə kredit verilir. Bu real deyil. Bizdə kredit müddətsiz verilir”. Gecikmə olanda günə 0,10 qəpik cərimə yazılır. Çalışırıq ki, daimi müştərilərimizi itirməyək. 4-5 minə qədər kredit veririk”.

Digər lombard işlədən xanım bildirir ki, onlara müraciət edən zaman şəxsiyyət vəsiqəsindən başqa heç bir sənəd tələb olunmur:

“Buna görə də insanlara bizdən pul götürmək daha asandır. Gecikmə olan zaman isə 2 ay gözlənilir, 2 aydan sonra hər 10 günə ümumi məbləğin 1 faizi dəyərində cərimə yazılır. 1000 manatlıq qızıl qoyan şəxs iki aydan sonra ilk 10 gün ərzində də ödəniş etmirsə, ona 10 manat cərimə yazılır. İkinci 10 gün ərzində isə bu məbləğ 20 manat olur. Bizim bir müştərimiz var idi, ona 500 manat pul vermişdik. O hər ay faizi ödəsə də əsas borc məbləğini ödəyə bilmirdi, beləliklə, 500 manata görə o bizə 1500 manatdan çox ödəyib. 2018-ci ildən indiyə kimi faiz ödəyir. Hələ də 500 manatı gətirib qızılını götürə bilmir”.

İqtisadçı Natiq Cəfərli deyir ki, lombardlarla vətəndaşlar arasında fərdi müqavilələr bağlanır və bu çərçivədə fəaliyyət göstərilir. Buraya dövlətin müdaxiləsi demək olar ki, yoxdur, sadəcə olaraq mülki müqavilədə ümumi müddəalar qeyd olunur.

“Vətəndaşa təcili pul lazım olanda onlar lombardlara daha çox müraciət edirlər. Çünki orada prosedur qaydaları daha sadədir. Eyni zamanda banklarda kredit tarixçəsi anlayışı yaranıb. Onlar müştərilərin kredit tarixçəsini bir-biri ilə bölüşürlər. Kredit tarixçəsi yaxşı olmayan insanlara banklar imtina verəndə onlar lombardlara üz tuturlar. Lombardlar isə bu vəziyyətdən istifadə edib daha ağır şərtlər və faizlərlə vətəndaşlarla müqavilə bağlayırlar. Müqavilədə sığorta məsələsi də qeyd olunmalıdır. Məsələn yanğın baş verərsə, vətəndaşın dəyərli əşyası orada məhv olarsa, ona dəyən zərər lombard tərəfindən ödənməlidir. Çox zaman sığorta haqqı ödənilməsin deyə lombardlar bundan vaz keçirlər. Əhali çox zaman müqavilələri oxumadan imzalayır və nəticədə fors-major situasiyada məsuliyyət vətəndaşın üzərində qalır”.\\musavat.com

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:140
embedMənbə:https://news24.az
archiveBu xəbər 30 Yanvar 2025 20:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see272

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see215

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see195

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see168

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see162

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see159

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see153

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see152

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see148

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see144

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see139

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see138

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see135

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see133

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see133

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see129

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see127

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri