500 manata görə milləti yığıb ad günü edirlər
Icma.az, Axsham.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Ad günü edirsənsə özünə ən yaxın olan adamları yığ ora. Heç özü də zəng etmir, prodüseri yığır. Özünün xəbəri yoxdur gələnlərdən".
Axşam.az xəbər verir ki, bu sözləri müğənni Xatirə İslam "İncə səhər" verilişində deyib. Sənətçi böyük ad günü edən tanınmışları tənqid edib:
"Ad günü özəldir, nə gözəl işdir ki, sən dünyaya gəlmisən. Ətrafında ən yaxın adamların olmalıdır. Ən azı 20 illik dostların yığışmalıdır. Tanımadığı adamların hamısını yığdı ora ki, dünya dağıldı, fısqırıq oldu. Heç kim də bir-birini tanımır. 300, 500 manata görə bu lazım deyil. Onda səmimiyyət olmur".
Toyundan danışan Xatirə "Toyumda üç-dörd nəfər var idi ki, dəvət etmədim, amma gəldilər" sözlərini əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 29 Aprel 2025 17:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















