Sudanda avtovağzala PUA zərbəsi: 80 ə yaxın insan ölüb
Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.
Sudanın Kordofan regionundakı Əl-Dibab şəhərində oktyabrın 18-i axşam saatlarında avtovağzala pilotsuz uçuş aparatı (PUA) ilə endirilən zərbə nəticəsində 80-ə yaxın insan ölüb.
Bakıvaxtı.az AFP-yə istinadən xəbər verir ki, ölənlərin əksəriyyəti yük maşınları ilə evlərinə qayıtmaq üçün nəqliyyat vasitəsi gözləyirdi.
Məlumata görə, yaralanan 47 nəfər qonşu yaşayış məntəqəsinə çatdırılıb.
Bundan əlavə, bazar ertəsi Xartum hava limanından şərqdə yerləşən Naser-Ekstenşn rayonunda yaşayış evinə PUA zərbəsi nəticəsində 4 nəfər, o cümlədən 2-6 yaşlarında 3 uşaq ölüb.
Sudan ordusundakı mənbənin məlumatına görə, hərbi hava hücumundan müdafiə qüvvələri Xartum hava limanına və ətraf ərazilərə hücum etməyə cəhd edən, Çevik Reaksiya Qüvvələrinin hərbiləşdirilmiş birləşmələri tərəfindən buraxılan PUA-nı vurub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 19 Oktyabr 2026 19:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















