Bəlkə də belə bir qayda var, mənim xəbərim yoxdur... Elhad Nəziri
Sportal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
I Liqanın 5-ci turunda "Karvan-Yevlax"la qarşılaşan "Gəncəbasar" 1:2 hesabı ilə uduzdu. Əvvəlki 4 turda qələbələri sıralayan Gəncə təmsilçisinin baş məşqçisi Elhad Nəziri ilə əlaqə saxlayıb məğlubiyyəti şərh etməsini istədik.
Sportal.az xəbər verir ki, onun fanat.az-a açıqlaması belə oldu:
"İlk dörd oyunda qələbə qazanmaq komanda üçün yaxşı motivasiya idi. "Karvan"la görüşün çətin keçəcəyini, çempionluq uğrunda mübarizə aparan kollektivlə qarşılaşacağımızı bilirdik. Rəqibin heyətində Premyer Liqada çıxış etmiş futbolçuların sayı çoxdur. Onları təhlil etmişdik. Standart vəziyyətlərdən yaxşı yararlandıqlarını, xüsusilə Samir Abdullayevin iti ötürmələri sayəsində uğur qazandıqlarını müəyyənləşdirmişdik. Bundan başqa, müdafiənin arxasına atılan toplarla da bizə problem yaratmağa çalışacaqlarına əmin idik. Əlbəttə ki, futbolçuları da məlumatlandırmışdıq.
Təəssüf ki, ani diqqətsizlik səbəbindən ilk dəqiqələrdə standart vəziyyətdən qol buraxdıq. İkinci qolu isə meydanda azlıqda qaldığımız vaxtda vurdular. Həkim meydana daxil olmayıbsa, yerdə qalan oyunçu meydandan necə çıxarıla bilər? Bəlkə də belə bir qayda var, mənim xəbərim yoxdur...
İstənilən halda, bu matç artıq geridə qalıb. Futbolçularıma sərdikləri oyuna, bütün zonalarda dominantlıq etdiklərinə görə təşəkkürümü bildirirəm. Bir neçə qol imkanımız da oldu ki, onların birindən yararlandıq. Belə məğlubiyyətlər bizi böyüdür. Bu yenilgidən nəticə çıxarıb səhvlərimizi daha yaxşı, daha ciddi şəkildə təhlil edəcək, növbəti oyunlara hazırlaşacağıq. Hazırda bütün diqqətimizi "Zaqatala" ilə oyuna yönəltmişik. Rəqib gənclərdən qurulmuş dinamik kollektivdir. Hədəfimiz futbolçuların, komandanın inkişafıdır. Öz hədəfimizə doğru irəliləyirik".
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 19 Oktyabr 2026 18:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















