5:1 dən gəlib 5:5 etdilər, 90+9 da uduzdular...
Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.
İsveç Allsvenskan liqasında “AIK Solna” ilə “Brommapojkarna” komandaları arasında keçirilən matç futbol tarixinin ən maraqlı qarşılaşmalarından birinə səhnə olub.
“Qafqazinfo” xəbər verir ki, ümumilikdə 11 qolun vurulduğu oyunda “AIK Solna” 5:1 hesablı məğlubiyyətdən geri dönərək hesabı bərabərləşdirsə də, son saniyədə buraxdığı qolla 6:5 hesabı ilə məğlub olub.
İlk yarısı 0:0 başa çatan qarşılaşmanın ikinci hissəsində əsl qol yağışı yaşanıb. İkinci hissənin başlanğıcında tərəflər hərəyə 1 qol vurublar. Sonra isə qonaq komanda “Brommapojkarna” 59-cu və 70-ci dəqiqələr arasında ard-arda 4 qol vuraraq hesabı 5:1 edib. Hesab fərqi açıldıqdan sonra meydan sahiblərinin bəzi azarkeşləri stadionu tərk etməyə başlayıblar.
Lakin AIK-in inanılmaz geri dönüşü 73-cü dəqiqədə Taha Ayari ilə başlayıb. Sonradan oyuna daxil olan Siksten Qustafsson dubl edib, əlavə olunmuş dəqiqələrdə isə Yohan Hove hesabı 5:5 edərək möcüzəyə imza atıb. Bütün bunlara baxmayaraq, matçın 90+9-cu dəqiqəsində səhnəyə çıxan Mads Hansen “Brommapojkarna”ya 6:5 hesablı tarixi qələbəni gətirib.
Baxış sayı:83
Bu xəbər 11 Oktyabr 2026 15:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















