Messi və komandası MLS in pley off mərhələsində mübarizəni dayandırıb VİDEO
Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ-nin “İnter Mayami” futbol klubu MLS-in pley-off mərhələsinin ilk raundunda mübarizəni dayandırıb.
İdman.Biz xəbər verir ki, son çempion “İnter Mayami” iki oyunun nəticəsinə əsasən “Kolumbus Kryu”ya məğlub olub.
Komandalar arasında keçirilən ilk görüşdə “Kolumbus Kryu” 3:0 hesablı qələbə qazanıb. Cavab qarşılaşmasında isə eyni komanda 1:0 hesabı ilə üstün olub. Beləliklə, iki oyunun ümumi nəticəsinə əsasən 4:0 hesabı ilə qalib gələn Kolumbus təmsilçisi növbəti mərhələyə yüksəlib.
Cavab görüşündə yeganə qolu 90+2-ci dəqiqədə Santyaqo Rodriges vurub.
Bununla da Lionel Messinin formasını geyindiyi “İnter Mayami” MLS çempionluğunu qoruya bilməyib və mövsümü vaxtından əvvəl başa vurub.
Qeyd edək ki, “Kolumbus Kryu” Şərq Konfransının yarımfinalında mübarizə aparacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 28 Noyabr 2026 10:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















