Icma.az
close
up
RU
525 ci qəzet Ağrı Səxavət Tağlar yazır

525 ci qəzet Ağrı Səxavət Tağlar yazır

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Səxavət TAĞLAR
Əməkdar müəllim

...Tənha olmaq istəmirəm. Ancaq səs-küydən, gündəlik qayğılardan, yorucu ünsiyyətdən, təkrarlanan həyat tərzindən, əlim çatan-çatmayan istək və arzulardan bir qədər aralı olmaq istəyirəm! İstəyirəm!..

...Buna cəhd etdim! Əcaib sakitlik, qayğısızlıq, ünsiyyətsizlik, arzusuzluq, istəksizlik ağrı kimi boğdu məni. Ürəyimin döyüntüləri artdı, narahatlıq, rəngli ağrılar, qaranlıq qəlbimə hakim kəsildi. Düşündüm: "İlahi, haradayam?! Bu nə aləm!" Nə yaxşı ki, telefonum zəng çaldı. Tədbirə getməliydim.

...Küçəyə çıxdım. Yenə səs-küy, qayğılı insanlar. Hamı evə tələsirdi. Kiminin əlində zənbil, kiminin əlində çörək, kiminin əlində portfel... Hər gün rastlaşdığım, baş salamı ilə ötüşdüyüm nurani bir qoca evə yenə əli araqla gedirdi. Salamlaşdıq. Mənə bir göz də vurdu. Sandım ki, gedək içək deyirdi. Kaş içə biləydim. O qoca ilə dübədü vuraydım. O dərdini, qayğısını, problemini, sevincini, istək və arzusunu mənə danışaydı. İlahi, o, nə qədər nurani bir insandır. Səmimidir, gülərüzdür, xoş ovqatlıdır. Görən bu araq nədir?! O niyə hər gün eyni vaxtda, eyni dükandan əli araqlı evə gedir?!

Düşüncələr beynimi dəldi. Sabah bazar günüdür. İş-güc də yoxdur. Onun arağını özüm alacam, dübədü olacağıq, dərdini öyrənəcəm, sevincini birgə yaşayacam. Bircə sabah gəlsəydi.

...Bir soyuq qış axşamı. Tək-tük atan qar dənəcikləri insanın sifətinə buz kimi yapışırdı. Tez-tez rastlaşdığım o nurani qoca ilə "Ailəvi market"də görüşdük.

Adını soruşdum:

- Kamaldır - dedi.

Mən özümü təqdim etmək istədim, o, gözümün içinə baxıb:

- Səxavət müəllim, ehtiyac yoxdur, - deyə söhbətə başladı, - Baxışınız, düşüncəniz mənə çox şey deyir...

- Necə yəni?!

- Siz pedaqoq, yazıçı olmağınıza baxmayın. Mən də həyat yaşamış insanam. Ömrümü hüquq-mühafizə orqanlarında insanlara xidmətdə, onlara keşikdə keçirmişəm...

...Bu nurani qoca ilə söhbət edə-edə yaxınlıqdakı "Uğur" kafesinə girdik. Kişi əlindəki kağıza bükülü arağı yemək masasının üstünə qoydu. Ona xidmət etmək üçün hazırlıqlı idim. Cibimdə pulum, "vurmaq" üçün də bir az həvəsim...

Sifariş verdiyimiz hinduşka kababı masaya gəldi. Xidmətçi soruşdu:

- Nə içəcəksiniz?

Mən:

- Bir Gəncə arağı verin - dedim.

O, "Baş üstə" deyib getdi. Bir az rahatlandım.

"Nə yaxşı oldu, Kamal kişi öz arağını təklif etmədi", - deyə düşündüm.

Arağımız da gəldi. Artıq yeməyə başlamışdıq. Məkanımız sakit idi. Dübədüb olmağın heç bir qorxusunu görmürdüm. Xidmətçi arağı açıb, süzmək istəyəndə Kamal kişi "özümüz süzəcəyik" - dedi.

Xidmətçi getdi. Nurani qoca özünə məxsus səmimiliklə və bir qədər çəkinə-çəkinə:

- Yazarlar içən olur. Bilirəm içəcəksən. Məni bağışla, sənə yoldaşlıq edə bilməyəcəm...

...Üz-gözümdə təəccüb və təzadı "oxuyan" bu müdrik, nurani qoca dərindən "ah..." çəkib söhbətə başladı:

- Mən sizi başa düşürəm nə düşünürsünüz. Düşünməkdə də haqlısınız. Qonşumuzda bir gənc ailə var. Evin kişisi spirtli içki aludəçisi olub. Hər gün içirdi, ayıq başı olmurdu. İndi gözləri tutulub, ayaqları şikəst olub. Nə görür, nə də hərəkət edə bilir. Ağrılardan elə hey qışqırır. Həyat yoldaşı müəllimədir, qızım olsun, ağıllı və gözəl bir xanımdır. Dərdini, ağrısını mənə danışır. Və deyir ki, müalicə-filan da kömək eləmir, bədəni dərmanları da götürmür. Elə hey araq istəyir. Həkim də buyurur ki, o şiddətli ağrıları qalxanda az-az araq verin, dizinə və oynaqlarına spirt sürtün... İndi onun həyat yoldaşının xahişi ilə işdən çıxanda yolumu marketdən salıb onlar üçün bir araq alıram. Qadının dərdi ürəyimi üzür. Artıq bir neçə gündür işə də çıxa bilmir... 

...Kamal kişi danışırdı. Nuranə müəllimənin gənclik illəri, həyat hekayəsi, tükənməyən sevgisi mənə tanış gəlirdi. Özü sevib-seçdiyi üçün ən çətin günlərinin ağrı-acısını da böyük məhəbbət və sevgi ilə yaşayırdı...

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:110
embedMənbə:https://525.az
archiveBu xəbər 25 Fevral 2025 19:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see514

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see236

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see227

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see213

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see211

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see204

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see198

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see188

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see187

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see183

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see182

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see162

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see160

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see157

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see154

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see150

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see147

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see142

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see137

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri