Icma.az
close
up
RU
525 ci qəzet Seyran Səxavət yaradıcılığı Türkiyədə elmi iş mövzusu olub

525 ci qəzet Seyran Səxavət yaradıcılığı Türkiyədə elmi iş mövzusu olub

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

Türkiyənin Egey Universiteti Sosial Elmlər İnstitutunun Türk dünyası ədəbiyyatları kafedrasının magistrı olmuş Sayad Həsənlinin hazırladığı dissertasiya Seyran Səxavətin sosial-psixoloji romanlarına həsr edilib. "Seyran Səxavətin həyatı, yaradıcılığı və sosial-psixoloji romanları" ("Seyran Sahavet'in Hayatı, Sanatı ve Sosyo-Psikolojik Romanları") başlıqlı elmi iş "Ön söz", "Xülasə", "Giriş", üç fəsil, "Nəticə" və tövsiyələrdən ibarətdir. "Seyran Səxavətin həyatı, ədəbi şəxsiyyəti və əsərləri" adlı birinci fəsildə müəllifin həyatı, ədəbi kimliyi və fəaliyyəti analiz edilib. "Seyran Səxavətin romanları" adlı ikinci fəsildə isə yazıçının sosial-psixoloji romanları - "Daş evlər", "Nekroloq" və "Yəhudi əlifbası" romanlarının geniş təhlili, eləcə də romanların müqayisəli təhlili verilib.

"Sosial-psixoloji romanlarında cəmiyyət və fərd problemi" başlıqlı üçüncü fəsildə isə ədəbiyyat, cəmiyyət və fərd anlayışlarının elmi ədəbiyyatda necə işlənildiyi araşdırılıb və mövzunun əhəmiyyəti vurğulanıb. Qeyd edək ki, Azərbaycan ədəbiyyatının önəmli imzalarından olan və özünəməxsus üslubu ilə seçilən Seyran Səxavətin "Daş evlər", "Nekroloq" və "Yəhudi əlifbası" romanlarının tədqiq edildiyi bu dissertasiya ədibin əsərləri ilə bağlı ən geniş və hərtərəfli araşdırmalardan biri olmaqla yanaşı, onun romanlarının sosial-psixoloji aspektdən incələndiyi ilk tədqiqatdır. Dissertasiya Türkiyənin Milli Dissertasiya Mərkəzində ("Ulusal Tez Merkezi") yayımlanıb.

"525-ci qəzet"ə açıqlama verən Sayad Həsənli dissertasiya mövzusunun öz seçimi olduğunu deyib: "Türkiyədə ali təhsilin magistratura pilləsindəki proseslər Azərbaycandakından fərqlidir. Əgər Azərbaycanda mövzular kafedra tərəfindən yazılıb verilirsə, Türkiyədə tələbə və elmi rəhbərin birgə qərarı əsasında bu mövzu Şuraya təqdim edilir və Şura tərəfindən mövzunun dissertasiya səviyyəsində olub-olmadığına qərar verilir. Görkəmli yazıçımız Seyran Səxavətin romanları Türkiyə türkcəsinə tərcümə olunmadığı üçün hazırkı Türkiyə ədəbi və elmi cameəsi onun əsərlərinə bir qədər yaddır. Yazıçımızın əsərlərində kifayət qədər əhəmiyyətli məsələlərə toxunmuş olsa da, qeyd etdiyim səbəbə görə əsərləri Türkiyədə araşdırılmayıb. Magistratura artıq elm yolunda atdığımız bir addım olduğuna görə elmi işimdə orijinallığın qorunması mənim üçün olduqca önəmli idi. Ona görə də belə bir mövzu seçdim və daha sonra şura qarşısında çıxış edərək üzvlərə Türkiyədə nə üçün məhz Seyran Səxavətin əsərlərinin analiz edilməsinə ehtiyac olduğunu açıqladım. Bundan sonra mövzu institutumuz tərəfindən təsdiqlənərək haqqında dissertasiya yazılması üçün uyğun görüldü. 233 səhifədən ibarət olan dissertasiyanın ərsəyə gəlməsi təxminən iki il vaxt aldı. Nəhayət, 2024-cü ilin iyun ayında onu müdafiə etmək şərəfinə layiq oldum və qısa müddət əvvəl isə Türkiyənin Milli Dissertasiya mərkəzində yayımlandı. Bu prosesdə yazıçımızın fəaliyyəti ilə bağlı ölkədə əsas araşdırmaları aparmış Xəyalə Əfəndiyevadan böyük kömək almışam. İlkin mərhələdə dissertasiyanın hazırkı halının üzərində bəzi dəyişikliklər edib onu Türkiyə türkcəsində elə Türkiyədə kitab halında yayımlamağı planlaşdırırıq. Gələcəkdə, əgər doktorantura təhsili alsam, mövzunu davam etdirib təhsilimi başa vurduqdan sonra Seyran Səxavətin bütün yaradıcılığını özündə əks etdirən monoqrafiya hazırlamağı planlaşdırıram".

Şahanə MÜŞFİQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://525.az
archiveBu xəbər 26 Fevral 2025 14:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see210

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see206

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see206

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see192

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see175

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see150

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see149

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see148

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see148

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see142

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri