Icma.az
close
up
RU
Naftalan Müalicə və Sağlamlıq Mərkəzindən xoş təəssürat... Səxavət Tağlar yazır (FOTOLAR)

Naftalan Müalicə və Sağlamlıq Mərkəzindən xoş təəssürat... Səxavət Tağlar yazır (FOTOLAR)

Mia.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

(Mərkəzin direktoru İlqar Hüseynov Naftalan müalicəsinin dünya şöhrəti tapması üçün dəfələrlə xarici ölkələrdə səfərlərdə olmuş, elmi əsaslara söykənən çıxışlar etmişdir. Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev Naftalan şəhərində və Naftalan müalicəsi ilə bağlı digər tədbirlərdə İlqar müəllimi dinləmiş, onun təkliflərinə önəm vermişdir)

***

Bir az özümü narahat hiss edirdim. İl sonunun axırıncı iş günü rayondan Bakıya gəldim. Nüfuzlu tibb mərkəzlərində müayinələrdən keçdim.

Cavab: Ağrı var, xəstəlik yoxdur, fiziki yorğunluq və stres. 

Həkimin tövsiyəsi: Bir müalicə və istirahət mərkəzi seçin. Ancaq istirahət, sakitlik, dinclik və təbiət qoynunda olmaq...

... İxtiyari olaraq beynimdə Naftalan Müalicə və Sağlamlıq Mərkəzi dolandı. Oranın füsünkar təbiətinə bələd idim. Mərkəzin baş həkimi, terapevt Qızbəs xanım Mehdiyeva və mükəmməl tibb heyəti haqqında məlumatlıydım. Bir də mərkəzin direktoru İlqar Hüseynovun Naftalan müalicəsinin dünya şöhrətinə gedən yolda xidmətlərini eşidib, fəaliyyətini izləmişdim.

 İl qovşacağında Bakı şəhərindən bir başa Naftalan şəhərinə üz tutdum. Müalicə və Sağlamlıq Mərkəzində bir canlanma var idi. Müəssisə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gününə və Yeni il şənliyinə hazırlaşırdı.

İmkan yaranan kimi müalicə və sağlamlıq mərkəzinin rəhbərliyi və baş həkim Qızbəs xanımla görüşdüm. Qızbəs həkim öz işindən razılıq hissilə danışdı:

- Qonaqlara qarşı diqqətliyik. Tibbi və qeyri- tibbi heyətimiz elə xidmət göstərir ki, hər bir pasiyent müalicə və sağlamlıq mərkəzimizdən məmnun olaraq geri dönür. Müalicə paketimizə 3 dəfə keyfiyyətli yemək, fizioterapiya, Naftalan vannaları, parafin, masaj və s daxildir. Bundan başqa ozonoterapiya, hidrokolonoterapiya, uroloq- ginekoloq müayinə və müalicələri də aparırıq.

Mən istirahət günləri Naftalan Müalicə və Sağlamlıq Mərkəzində olacam. İlk gündən xoş əhval-ruhiyyə, sağlam münasibət, göstərilən qayğı və diqqət, təbiət qoynuna ekskursiyalar seçimdə düzgün olduğumu göstərdi. Bacarıqlı və işgüzar tibb bacıları öz xidmətləri ilə mərkəzə, onun fəaliyyətinə gözəllik gətirirlər. Onlardan Zəminə, Nahidə, Güllü, İlhamə, Nərgiz, Xəyalə, Ruhiyyə, Gövhər, Səma, Səidə və başqaları ağ xalatın möcüzəli sehrini yaşamaqla, xidmət etdikləri insanlara da rahatlıq, sevgi- sevinc bəxş edirlər.

Bir vətəndaş, bir öyrədən, bir ədəbiyyat, söz adamı kimi rəhbərlik etdiyi müəssisədə insanlara yüksək səviyyədə sağlamlıq, müayinə- müalicə, gəzinti, idman, ekskursiya təşkil edən Naftalan Müalicə və Sağlamlıq Mərkəzinin direktoru İlqar müəllimə təşəkkür edirəm.

Onun gördüyü işlər həm də insanlara qayğı və diqqətdə dövlət siyasətinin tərkib hissəsidir.

Səxavət Tağlar,
Azərbaycan Respublikasının Əməkdar müəllimi, Prezident təqaüdçüsü.

MİA.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://mia.az
archiveBu xəbər 30 Dekabr 2025 21:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see352

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see238

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see221

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see192

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see189

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see178

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see171

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see170

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see166

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see157

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see156

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see153

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see153

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see151

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see150

Dünyanın ən yaxşı hücumçusu bilindi

29 Dekabr 2025 02:22see141

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see138

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see133

Kamavinqanın 2026 planı “Real” üçün əsas prioritetdir

29 Dekabr 2025 02:36see132

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri