Icma.az
close
up
RU
525 ci qəzet Azərbaycan dilçiliyinin yeni intibah dövrü

525 ci qəzet Azərbaycan dilçiliyinin yeni intibah dövrü

525.az-dan əldə olunan məlumata görə, Icma.az məlumat verir 525 ci qəzet Azərbaycan dilçiliyinin yeni intibah dövrü.

Rasim HEYDƏROV
Nəsimi adına Dilçilik İnstitutunun Təhsil şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent

"Azərbaycan dilçiliyi öz intibahını, paradoksal da olsa, sovet hakimiyyəti dövründə yaşadı" deyənlər çoxdur. Əlbəttə, buna qarşı arqument qoymaq asan deyil. Xüsusən də XX əsrin 60-90-cı illərində Azərbaycan dilçiliyi yüksək səviyyədə inkişaf etdi. Müstəqilliyin ilk illərində müəyyən enişin olması nəzərə çarpırdı. Bu da, heç şübhəsiz, sistem dəyişikliyi ilə bağlı idi. Ara-sıra müəyyən qığılcımın olması isə ümumi axara ciddi təsir etmirdi.

Təqdirəlayiq haldır ki, son illər Azərbaycan dilçiliyi yenidən öz intibahını yaşamaqdadır. Bu intibahda AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu öndə gedir. Heç şübhəsiz, Azərbaycan dilçiliyinin inkişafında özünəməxsus yeri olan Dilçilik İnstitutunun son 3-4 il ərzində çap etdiyi monoqrafik tədqiqatlar arasında dünya dilçilik elmi üçün örnək ola biləcək əsərlər də az deyil.

Belə əsərlər arasında Ümummilli liderimiz Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı nəşr edilmiş "Heydər Əliyev: Azərbaycan dili və azərbaycançılıq" monoqrafiyası özünün sanbalı ilə seçilir. Akademik Nizami Cəfərovun elmi redaktorluğu və ön sözü ilə nəşr olunan bu monoqrafik tədqiqat vaxtilə Dilçilik İnstitutunda hazırlanmış monoqrafiyanın təkmilləşdirilmiş və artırılmış nəşridir. Əsərdə Ulu öndər Heydər Əliyevin Azərbaycanda dil quruculuğu sahəsində misilsiz xidmətlərindən (akademik Ağamusa Axundov), onun Azərbaycan dili və nitq mədəniyyəti ilə bağlı fikirlərindən (professor Müseyib Məmmədov), Ulu öndərin nitqlərinin dilinin üslubi-qrammatik xüsusiyyətlərindən (professor Məsud Mahmudov) bəhs edilir, Heydər Əliyevin vətən konsepti, onun azərbaycançılıq məfkurəsi (professor Nadir Məmmədli) koqnitiv dilçilik baxımından təhlil edilir. Ulu öndər Heydər Əliyev haqqında bu günə qədər yazılmış sanballı əsərlərdən sayılan bu kitab yüksək poliqrafik tərtibatı ilə seçilir.

Dilçiliyimizin öncül sıralarında dialektologiyanın adı çəkilir. Bu da təsadüfi deyil. Keçmiş SSRİ məkanında Azərbaycan dialektoloji məktəbi daim fərqlənmişdi. Təsadüfi deyil ki, Azərbaycan türkologiyasının ön sıralarında gedən dialektologiya məktəbinin təcrübəsini öyrənmək üçün o zamanlar həmişə müttəfiq ölkələrin alimləri Bakıda ezamiyyətdə olurdular. M.Şirəliyevin şəxsi təşəbbüsü ilə "Sovetskaya türkologiya" kimi dünya şöhrətli nəşrin çapı Azərbaycana həvalə edilmişdi. Nə yaxşı ki, bu ənənə hazırda da davam etdirilir. Xüsusən də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2013-cü il "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı" ilə bağlı imzaladığı sərəncamdan sonra məhz bu ənənənin davam etdirilməsi və dialektlərin müasir səviyyədə öyrənilməsi qarşıya məqsəd kimi qoyuldu. Bu sərəncamdan sonra Dilçilik İnstitutunda çox böyük işlər görüldü, qısa müddətdə "Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası" çap olundu. Bu möhtəşəm atlas müasir dilçiliyin bütün yeniliklərini özündə əks etdirir; möhtəşəmliyin davamı olan "Azərbaycan dilinin Qarabağ və Şərqi Zəngəzur dialektoloji atlası" isə öz möhtəşəmliyi ilə insanı heyran qoyur. Dörd dildə yazılmış "Xalqın tarixi onun dilindədir" adlı başlıq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin artıq tarixə düşmüş "Əsrlər boyu bizi xalq kimi, millət kimi qoruyub saxlayan bizim ana dilimizdir, Azərbaycan dilidir" sözləri ilə başlayır. Yeri gəldikcə, kitabın üz qabığında tarixi Şuşa qalasının şəkli, cənab Prezidentin Şuşada Azərbaycanın üçrəngli bayrağının qaldırılması anını əks etdirən o möhtəşəm anın fotoşəkilləri həm də dünyaya bir mesajdır. Yaşayış məntəqələrinin siyahısı adamı heyrətə gətirir - 692 yaşayış məntəqəsindən toplanmış material işin həm həcmini, həm də səviyyəsini sübut edir (müqayisə üçün qeyd edək ki, sovet dönəmində bütövlükdə Azərbaycanın dialektoloji atlasının tərtibində cəmi 92 məntəqənin adı var). Bu qədər ərazinin dialekt materialını həmin ərazilər işğalda olarkən toplamağın nə qədər ağır və məşəqqətli iş olduğunu təsəvvür belə etmək olmur. Bəli, Azərbaycanın dörd bir guşəsindən toplanan materialı təhlil etmək, onların xüsusiyyətlərini 278 xəritədə vermək və hər bir xəritənin izoqloslarını hazırlamağın nə demək olduğunu izah etməyə ehtiyac yoxdur. Bu möhtəşəm atlasın hər bir xəritəsinin şərhlər bölməsində Qarabağın tarixi, mətbəxi, təbiəti ilə bağlı verilən şəkillər oxucuya həm də həmin ərazilərə ekskurs etməyə imkan verir. Sonda hər bir informator haqqında məlumat təqdirəlayiqdir. Bütün bu möhtəşəmliyə isə atlas üçün xüsusi hazırlanan proqramı da əlavə etməliyik. Müasir texnologiyaların tətbiqi ilə hazırlanan bu proqram həm də ayrıca disk şəklində atlasa əlavə olunmuş, bununla yanaşı, atlasın lüğəti də hazırlanmışdır. Həqiqətən də atlas ən müasir tələblərə cavab verir və dünya kitabxanalarını bəzəyəcək səviyyədə nəfis şəkildə çap edilmişdir.

Dilçilik İnstitutunun son illər dünya dilçilik elminə, türkologiyaya verdiyi töhfələrdən biri, heç şübhəsiz, akademik İsa Həbibbəylinin ön sözü və professor Nadir Məmmədlinin tərtibi, geniş giriş məlumatla 3 cilddə nəfis şəkildə çap olunmuş Mahmud Kaşğarinin "Divanü lüğat-it-türk" ensiklopediyasıdır. XX əsrin 30-cu illərində Dilçilik İnstitutunda işləmiş özbək əsilli dilçi alim Xalid Səid Xocayev tərəfindən dünyada ilk dəfə orijinaldan doğma dilimizə tərcümə olunmuş bu əsər 86 il sonra professor Nadir Məmmədli tərəfindən Dilçilik İnstitutunun arxivindən tapılıb və ciddi redaktə edilib. Bu möhtəşəm əsərin 2024-cü ildə AMEA Nəsimi adına Dilçilik İnstitutunda orijinaldan tərcümədə nəşri "Divan"ın 950 illiyinə təsadüf etmiş, akademiyanın prezidenti və professor Nadir Məmmədli xüsusi dəvətlə bu barədə Parisdə UNESCO-nun mənzil-qərargahında məruzə etmişlər. Əsərin dünyanın bir çox ölkəsində təqdimatı keçirilib, cildlər nüfuzlu alimlərə, kitabxanalara hədiyyə olunub. "Divan"ın işıq üzü görməsi dilçiliyimizin dünyada tanınmasında özünəməxsus rol oynayır.

Azərbaycan dili tarixi ilə bağlı hazırlanmış tədqiqat əsərləri, o cümlədən xarici dillərdə dilimizlə bağlı mənbələrin tərcümələri də diqqət çəkir. Mirzə Kazımbəyin "Türk-tatar dilinin ümumi qrammatikası"nın tərcümə, tədqiq və şərhi (f.e.d. İdris Abbasov), Əbdürrəhim Ərdəbili Şirvaninin "Məzhər üt-Türki" (tərtibçisi, ön söz və şərhlərin müəllifi professor Nadir Məmmədli; tərc. fil.ü.f.d., dosent Günel Orucova) və s. əsərlər bu qəbildən sayıla bilər. Bu silsiləyə institutun Dil tarixi şöbəsində hazırlanan "Türk mənşəli arxaizmlər lüğəti"ni də aid etmək olar. Üç cilddə hazırlanan bu lüğət türkologiyada ilk təşəbbüsdür. Əsərdə Azərbaycan dilinin yazılı abidələrində işlənmiş leksik, semantik, fonetik və qrammatik arxaizmlər verilir, mənbə kimi "Kitabi-Dədə Qorqud"dan başlamış XVIII əsrə qədərki orta əsr nəzm və nəsr əsərləri götürülür.

Dilçilik İnstitutunun nəşr etdiyi çoxcildliklər içərisində "Müasir Azərbaycan dili" xüsusi yer tutur. Xatırladım ki, Azərbaycan dilinin akademik qrammatikası son dəfə ötən əsrin 80-ci illərində çap olunub. Müstəqillik illərində yenidən hazırlanmaqda olan dörd cildliyin "Fonetika və fonologiya" (I cild), "Leksikologiya" (II cild), "Morfologiya" (III cild) hissələrinin işıq üzü görməsində institut rəhbərliyinin və Müasir Azərbaycan dili şöbəsinin əməkdaşlarının xidmətləri diqqətəlayiqdir. Əsərin "Sintaksis" (IV cild) hissəsi hazırlanmaqdadır. Hər bir cild müasir dilçiliyin ən son nailliyyətləri əsasında yüksək səviyyədə yazılıb.

Dilçilik İnstitutunun nailiyyətlərindən biri də, heç şübhəsiz, türk dilləri ilə bağlı aparılan tədqiqatların artmasıdır. Bu tədqiqatlar içərisində "Türk dillərinin funksional morfologiyası" adlı monoqrafiyanı xüsusi ilə vurğulamaq lazımdır. Türk dilləri ilə bağlı aparılan tədqiqatlara müasir dünya elminin son nailiyyətlərindən faydalanaraq yazılan bu fundamental əsər, türk dillərinin öyrənilməsinə funksional yanaşma baxımından müasir dilçiliyimiz üçün mühüm önəm daşıyır.

İnstitutun Terminologiya şöbəsində terminologiyanın elmi-linqvistik məsələlərinin araşdırılmasına həsr olunmuş əsərlər, tədqiqatlar da sanbalı ilə seçilir. Tətbiqi dilçilik şöbəsində Azərbaycan dilinin izahlı lüğəti və Orfoqrafiya lüğəti ilə əlaqəli işlər genişləndirilmiş, texnoloji vasitələrin tətbiqi ilə "Orfoqrafiya lüğəti"nin yeni nəşri hazırlanır.

Dövlət başçısının 2013-cü ilə sərəncamından sonra görülən işlər arasında ölkəmizin coğrafi obyekt adlarının orfoqrafik normalara uyğun yazılış formasının xarici dillərə transliterasiyasına aid tədqiqatlar xüsusi yer tutur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə AMEA Nəsimi adına Dilçilik İnstitutunun "Azərbaycan coğrafi adlarının xarici dillərə transliterasiyası" adlı birgə layihə nəticəsində Dilçilik İnstitutunun Hind-Avropa dilləri şöbəsində hazırlanan qaydalar əsasında Azərbaycan Respublikasının Nazirlər Kabineti 16 dekabr 2020-ci ildə Azərbaycan Respublikasının coğrafi obyektlərinin adlarının Azərbaycan əlifbasından ingilis və rus əlifbalarına transliterasiyası "Qaydaları"nı təsdiq etmişdir. Müstəqillik illərində ilk təcrübə sayılan həmin "Qaydalar" əsasında hazırlanaraq nəşr edilmiş, filologiya elmləri doktoru, professor İlham Tahirovun "Azərbaycan Respublikasının ərazi vahidlərinin adları ingilis dilində" və filologiya üzrə fəlsəfə doktoru, dosent Gülşən Axundovanın "Azərbaycan Respublikasının ərazi vahidlərinin adları rus dilində" adlı kitabları öz siqləti, praktik əhəmiyyəti ilə seçilir. Həmin kitablar ölkədaxili və beynəlxalq istifadə üçün nəzərdə tutulan sənədlərdə, dövlətlərarası yazışmalarda, diplomatik fəaliyyətdə, kartoqrafik nəşrlərdə Azərbaycan Respublikasının ərazi vahidlərinin adlarının xarici dillərdə verilməsindəki varianlılığın aradan qaldırılması, bu prosesin unifikasiya edilməsi üçün mühüm əhəmiyyətə malikdir. 4592 şəhər, rayon, qəsəbə, kənd ərazi vahidinin adının ingilis və rus dillərinə transliterasiya edildiyi bu əsərlər dilçiliyimizlə yanaşı, ümumiyyətlə, hüquqi dövlət olaraq ölkəmizin xaricdə tanınması baxımından mühüm əhəmiyyət daşıyır.

İnstitutun fəaliyyəti təkcə Azərbaycanda deyil, ölkə hüdudlarından kənarda da təqdir edilir. İnstitut rəhbərliyinin dilçiliyimizin inkişafı istiqamətində türkdilli ölkələrin elmi qurumları ilə əlaqələri genişlənir. Rəhbərliyin və əməkdaşların xarici ölkə elmi qurumlarına üzv qəbul edilməsi belə əməkdaşlığın bariz ifadəsi sayıla bilər. Dilçilik İnstitutunun direktoru filologiya elmləri doktoru, professor Nadir Məmmədlinin Atatürk Mədəniyyət, Dil və Tarix Ali Qurumunun qərarı ilə Türk Dil Qurumunun Fəxri üzvü seçilməsi Dilçilik İnstitutunda görülən işlərə verilən dəyər, Türkiyənin dilçilik mühiti ilə əlaqələrin durmadan genişlənməsi deməkdir. Dilçilik İnstitutunun şöbə müdirləri, professor Məsud Mahmudovun və Sayalı Sadıqovanın Türkiyə Cümhuriyyəti Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının üzvləri seçilməsi, professor İsmayıl Məmmədlinin Azərbaycan-Özbəkistan elmi-ədəbi əlaqələrinin inkişaf etdirilməsində "Əlişir Nəvai" medalına layiq görülməsi institut əməkdaşlarına beynəlxalq səviyyədə göstərilən diqqətə dəlalət edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az-ı izləyin.
seeBaxış sayı:26
embedMənbə:https://525.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

20 dərəcə şaxta, qar... Xəbərdarlıq

25 Fevral 2025 16:34see199

Zelenski prezidentlikdən gedir?

25 Fevral 2025 01:01see188

Vaşinqtonun yeni siyasəti və ya Tramp Zelenski əleyhinə

25 Fevral 2025 20:15see131

Brent bir barel üçün 74,42 dollara ticarət edilir

24 Fevral 2025 22:47see131

Zelenskidən fərqli olaraq, Putinə diktator demədi

24 Fevral 2025 23:02see131

Zelenski: Müharibəni bu il bitirə biləcəyimizə ümid edirəm

25 Fevral 2025 00:38see128

Bu ailələrə ŞAD XƏBƏR

25 Fevral 2025 14:15see127

Bakıda Pakistan Ticarət Palatasının nümayəndəliyi təsis ediləcək

24 Fevral 2025 21:57see125

Tədqiqatçılar danışıq qabiliyyəti ilə əlaqəli yeni gen variantı aşkarlayıblar

26 Fevral 2025 03:34see121

Müharibə bir neçə həftə ərzində başa çata bilər Trampdan açıqlamalar

24 Fevral 2025 23:24see121

Ayaz Qasımov bu vəzifədəçalışacaq

25 Fevral 2025 17:47see120

Cərimələr artsa da NƏTİCƏ VERMİR...

25 Fevral 2025 21:37see120

Artıq Xocalı qurbanlarının xatirəsi zəfər qüruru ilə anılır Sevil Mikayılova

25 Fevral 2025 16:22see119

Bu gün sizi nə gözləyir? BÜRCLƏR

26 Fevral 2025 00:09see119

Temu göndərişlərini yoxlamaq üçün xüsusi nümayəndə ayrıldı

25 Fevral 2025 18:25see119

Byanka Senzori bu dəfə ÇADRA geyindi

25 Fevral 2025 06:02see117

Leyla Əliyeva Forumda iştirak edir FOTOLAR

25 Fevral 2025 09:44see115

11 il əvvəl yoxa çıxan təyyarənin axtarışları bərpa edildi

25 Fevral 2025 23:48see113

Zelenski danışır, onlar diqqətlə dinləyirlər FOTO

25 Fevral 2025 11:31see111

Sabunçuda 15 nəfərin ölümünə görə Səbuhi Xanhüseynov həbs edilib

25 Fevral 2025 20:38see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri