Icma.az
close
up
RU
Azərbaycanın intibah dövrü

Azərbaycanın intibah dövrü

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

“14 iyul 1969-cu il. Bu tarix Azərbaycanın xilasının birinci mərhələsi, xalqın özünə qayıdış tarixidir. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə birinci dəfə gəldiyi bu tarixin  ölkəmizin, xalqımızın taleyində əhəmiyyətli  rolu bugünkü reallıqlarımızda özünün aydın ifadəsini tapır. Bugünkü Azərbaycan məhz həmin dövrdə yaradılan  möhkəm təməl üzərində inkişaf edir, uğurla addımlayır. Ölkənin hərtərəfli inkişafında iqtisadi amilə verilən önəm Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövrünün səciyyəvi xüsusiyyətidir. Ümummilli Lider 1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başlayanda ölkəmiz keçmiş İttifaq respublikaları arasında bütün göstəricilərə görə axırıncı yerlərdə idi. Ulu Öndər Heydər Əliyevin fəaliyyətinin nəticəsində  Azərbaycan 1982-ci ildə artıq qabaqcıl yerlərdə oldu. Əgər iki respublika donor ölkə idisə, onlardan biri Azərbaycan idi. O vaxt dahi şəxsiyyətin gördüyü işlər həm sənaye, həm kənd təsərrüfatı, həm yüngül sənaye sahələrini böyük dərəcədə inkişaf etdirdi, canlandırdı. Ümummilli Lider ilk hakimiyyəti dövründə ölkəmizi geridə qalmış respublikadan çiçəklənən, inkişaf edən bir diyara çevirdiyi kimi, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra xilaskarlıq missiyasını uğurla yerinə yetirərək müstəqilliyimizi daimi, sarsılmaz etdi, dünya iqtisadi sisteminə inteqrasiyanın, davamlı inkişafın əsası kimi dəyərləndirilən “Əsrin müqaviləsi”nin imzalanmasına nail olmaqla ölkəmizin qarşısında geniş imkanlar açdı”.

Bu fikirləri Modern.az-a Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Malik Həsənov qeyd edib ki, 1969-1982-ci illərdə ən böyük sənaye obyektlərinin tikilib istifadəyə verilməsi, sosial infrastrukturun formalaşması, kadr hazırlığı, gənclərin son dərəcə vacib olan ixtisaslara yiyələnməsi məqsədilə keçmiş İttifaqın ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi və sair kimi mühüm addımlar Ümummilli Lider Heydər Əliyevin gələcəyə hesablanmış fəaliyyətinin əsas tərkib hissələridir. Dövlətimizin başçısı İlham Əliyev  Azərbaycanın o illərdə keçdiyi inkişaf yolunu təhlil edərkən bildirir ki, 1969-cu ilə qədər  Azərbaycan haqqında  heç sovet məkanında  o qədər də  çox məlumat  yox idi.  1970-80-ci illərin  əvvəlləri Azərbaycanın intibah dövrü olmuşdur.  Azərbaycan sürətlə inkişaf etdi və sovet məkanında qabaqcıl respublikalardan  birinə çevrildi. Ondan sonra, 1983-1993-cü illərdə, Ulu Öndər Heydər Əliyevin Azərbaycanda  olmadığı dövrdə  ölkəmiz yenə tənəzzülə uğradı və bu, əslində yenicə  əldə edilmiş müstəqilliyin itirilməsi ilə nəticələnirdi.  Deyəndə ki, Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur, tam həqiqəti deyirik.

“Azərbaycanın müstəqil dövlət quruculuğuna aparan yolu 1969-cu ildən başlamışdır” söyləyən millət vəkili onu da əlavə edib ki, Ulu Öndər Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısında xidmətlərinin miqyası ölçüyəgəlməzdir: “Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılmasının, ölkənin düşdüyü bəlalardan xilasının yeganə yolunun Ulu Öndər Heydər Əliyevin hakimiyyətə  qayıdışından ibarət olduğunu dərk edən xalqımız 1993-cü ildə Ümummilli Lideri təkidli tələblə respublika rəhbərliyinə dəvət etdi. Əgər xalqın tələbi ilə Ulu Öndərin hakimiyyətə qayıdışı gerçəkləşməsəydi indi biz müstəqil, qüdrətli, daim tərəqqi edən Azərbaycan dövlətindən danışa bilməzdik. Ümummilli Liderin hakimiyyətə qayıdışı ilə ölkəmizdəki özbaşınalığa, anarxiyaya, xaosa son qoyuldu, Azərbaycan 1969-cu ildən başlanan quruculuq dövrünə qayıtdı. Bir sözlə, 1969-cu ildən başlanan quruculuğun   1993-cü ildən sonra davam etdirilməsi hərtərəfli inkişaf edən, dünyada söz sahibinə çevrilən müasir  müstəqil Azərbaycan dövlətinin daha da güclənməsini, qüdrətlənməsini şərtləndirdi”.

Malik Həsənov vurğulayıb ki, möhkəm təməl Azərbaycanın davamlı uğurlarında stimulverici amildir: “2003-cü ildən Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin təkmil islahatları nəticəsində Azərbaycan bir-birindən əhəmiyyətli, möhtəşəm uğurlara imza atır. Artıq beş ildir tarixi Zəfərimizin sevincini yaşayırıq. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Ordumuzun gücü, qüdrəti, xalqımızın birliyi, həmrəyliyi sayəsində torpaqlarımız işğaldan azad edildi, tarixi ədalət bərpa edildi. Şanlı Qələbəmizdən üç il sonra, 2023-cü ilin sentyabrında həyata keçirilən bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa edildi.  Qalib, bütövləşən Azərbaycan işğaldan azad edilmiş bütün torpaqlarımızda genişmiqyaslı bərpa və quruculuq işlərini həyata keçirir. Soydaşlarımız mərhələ-mərhələ Böyük Qayıdışın sevincini yaşayırlar. Artıq 16 şəhər və kənd sakinlərinə qovuşub. Ümummilli Lider Heydər Əliyevin ən böyük arzusu torpaqlarımızın işğaldan azad edilməsi idi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu arzunu gerçəkləşdirdi. Heydər Əliyev yolu ölkəmizə, xalqımıza daim uğurlar qazandırır. Bu gün böyük fəxr və qürur hissi ilə qeyd edirik ki, Heydər Əliyev kimi Ümummilli Lideri, cənab İlham Əliyev kimi qalib Sərkərdəsi olan xalq xoşbəxtdir, yenilməzdir, məğrurdur”.    

Millət vəkili belə bir ümumiləşdirməni aparıb ki, əsası 1969-cu ildə Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş milli inkişaf konsepsiyası bu gün uğurla davam etdirilir. Ümummilli Liderin şah əsəri olan müasir müstəqil Azərbaycan yeni-yeni hədəflərə doğru inamla addımlayır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:157
embedMənbə:https://modern.az
archiveBu xəbər 14 İyul 2025 11:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see373

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see274

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see260

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see249

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see246

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see242

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see236

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see235

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see230

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see221

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see211

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see200

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see197

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see196

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see195

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see195

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see186

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri