525 ci qəzet Azərbaycan təmsilçisi Qalatasaray ın pley off oyununda
525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Fənərbaxça" və "Qalatasaray"ın Avropa Liqasının pley-off mərhələsində keçirəcəkləri cavab oyunları üçün hakim təyinatları açıqlanıb.
QOL.az xəbər verir ki, bu barədə UEFA-nın saytı məlumat yayıb.
"Qalatasaray" - "AZ Alkmaar" oyununu (ilk görüş - 1:4) ingiltərəli hakimlər idarə edəcəklər. Referi Entoni Teylorun köməkçiləri Qeri Besvik və Yan Hussin olacaq. Dördüncü hakim funksiyasını Sem Barrot yerinə yetirəcək. VAR Darren İnqlendə (Portuqaliya), AVAR isə Stuard Etvellə (İspaniya) həvalə olunub.
Bu görüşə UEFA nümayəndəsi kimi Azərbaycan təmsilçisi Orxan Hüseynzadə də təyinat alıb.
"Anderlext" - "Fənərbaxça" matçı (ilk oyun - 0:3) İsveçrədən olan hakimlər briqadasına tapşırılıb. Referi Sandro Şererə yan xətt hakimləri kimi Stefan de Almeyda və Yonas Erni köməklik göstərəcəklər. Dördüncü hakim Luka Çibelli olacaq. VAR Lukas Fendrixə, AVAR isə Lionel Çudiyə etibar edilib.
Hər iki görüş fevralın 20-də keçiriləcək. "Qalatasaray" - "AZ Alkmaar" qarşılaşması Bakı vaxtı ilə saat 21:45-də, Anderlext" - "Fənərbaxça" matçı isə saat 00:00-da başlayacaq.
Baxış sayı:90
Bu xəbər 18 Fevral 2025 21:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















