Icma.az
close
up
RU
Qərbi Azərbaycan Xronikası: Paşinyan azərbaycanlıların qayıdışına görə kilsəni sıradan çıxarır

Qərbi Azərbaycan Xronikası: Paşinyan azərbaycanlıların qayıdışına görə kilsəni sıradan çıxarır

Baku.ws saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

BAKU.WS xəbər verir ki, süjetdə Prezident İlham Əliyevin Qərbi Azərbaycana qayıdışla bağlı tarixi mesajları, Qərbi Azərbaycana qayıdışın vacibliyi haqqında reallıqlar beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılır.

Bildirilir ki, dekabrın 5-də Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə Bakıda keçirilən "Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi" mövzusundakı konfransda əsas məqam Prezident İlham Əliyevin iştirakçılara müraciət etməsi və Qərbi Azərbaycan məsələsi ilə bağlı verdiyi mesajlar oldu. Dövlət başçısı soydaşlarımızın doğma yurdundan deportasiya olunması ilə bağlı tarixi arayış təqdim etdi, insanlıq əleyhinə olan bu cinayətlərin sənədlərlə sübut olunduğunu, rəsmi Bakının Qərbi Azərbaycandakı mədəni irsimizin bərpası və qorunması tələbinin beynəlxalq ictimaiyyətə təqdim edilməsinin zəruriliyini vurğuladı.

Qeyd olunur ki, Azərbaycan-Emənistan sülh prosesinin uğurla nəticələnməsi, düşmənçilik səhifəsinin bağlanması və iki xalq arasında qarşılıqlı anlaşma təmin edilməlidir:

"Qərbi azərbaycanlılar üzləşdikləri bütün qırğınlara, əziyyətlərə rəğmən, döğma yurdlarına qayıtmaq üçün barışıq və dialoqa açıqdır, onların geri qayıtması Ermənistanın ərazi bütövlüyü və suverenliyinə heç bir təhdid yaratmır. Azərbaycan liderinin beynəlxalq konfransa müraciətində səsləndirdiyi fikirlər Qərbi Azərbaycana qayıdış məsələsinin Bakı-İrəvan danışıqlarının əsas priroteti olduğu ehtimalını daha da gücləndirdi. Təbii ki, Bakı və İrəvan arasındakı sülh prosesinin bundan sonrakı dövrdə əsas hərəkətverici məsələsi Qərbi Azərbaycana qayıdış olacaq".

Ermənistanda isə düşünürlər ki, azərbaycanlıların qayıdışını təmin etmək üçün kilsənin revanşistlərdən təmizlənməsi prosesi gedir: "Ermənilərin "milli kimliyi" olan kilsənin dağıdılması 300 min azərbaycanlının qayıdışından qaynaqlana bilər".

Sonda vurğulanır ki, Ermənistanda hazırda baş verənlər - kilsə və hakimiyyət arasındakı qarşıdurma bu ölkənin daxili məsələsidir: "Azərbaycan üçün vacib olan azərbaycanlıların doğma yurduna qayıdışıdır ki, Ermənistanın sülh prosesi çərçivəsində beynəlxalq hüququn bu tələbini icra edəcəyi gözləniləndir".

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin" fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:115
embedMənbə:https://baku.ws
archiveBu xəbər 12 Dekabr 2025 08:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see257

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see245

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see234

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see202

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see185

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see178

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see174

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see159

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see158

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see157

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see157

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see157

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see153

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see152

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see151

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see146

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see143

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see142

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see142

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri