Icma.az
close
up
RU
525 ci qəzet Azərbaycanda “Rus Evi”nə nə ehtiyac var?

525 ci qəzet Azərbaycanda “Rus Evi”nə nə ehtiyac var?

Icma.az, 525.az saytına istinadən bildirir.

Pərvanə SULTANOVA
[email protected]

Son günlər Rusiyada Azərbaycana qarşı kampaniyaya start verilib, ölkəmiz əleyhinə müxtəlif çağırışlar edilir. Şovinist xarakter daşıyan bu kampaniyada bəzi deputatlar, ekspertlər, o cümlədən media vasitələri öndə gedir. Görünən odur ki, həmişəki kimi suçlu olan Rusiya həm də güclü olmaq istəyir. Bakının qətiyyətli və prinsipal mövqeyi isə başqa şeyi diktə edir.

Məlum olduğu kimi, ötən il dekabrın 25-də AZAL-ın sərnişin təyyarəsi Rusiya səmasında vurulduqdan sonra qəzaya uğradı. Bununla bağlı aparılan araşdırmalar Azərbaycanın ilkin versiyasının doğruluğunu sübut etdi. Qarşı tərəf təyyarənin guya quş dəstəsi ilə toqquşması, oksigen balonunun partlaması ilə bağlı əsassız iddiaları tirajlayaraq məsuliyyətdən yayınmağa çalışsa da, tutarlı faktlar, açıqlanan ilkin hesabat təbii ki, bütün bu iddiaları alt-üst etdi. Rusiya öz məsuliyyətini dərk etmək və üzərinə düşən öhdəlikləri yerinə yeirmək istəmir. Rəsmi Moskva təyyarə qəzasına görə üzr istəməli, kompensasiya ödəməli, eyni zamanda günahkarları cəzalandırmalıdır.

Amma bir neçə gün əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun “Vladimir Putin Azərbaycanın AZAL aviaşirkətinin təyyarəsinin qəzaya uğraması ilə bağlı açıqlama verməyi planlaşdırmır”, deməsi bir daha onu göstərir ki, Moskva günahını etiraf etmək istəmir. Əvəzində isə yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycan əleyhinə şər-böhtan, həmçinin şovinst bir kampaniya başladıb. Üstəgəl, illərdir Bakıda qeydiyyatsız, qanundankənar fəaliyyət göstərən “Rus Evi” ilə bağlı Bakının qəbul etdiyi qərarı da başqa cür yozmağa çalışırlar.

Qeyd edək ki, Azərbaycanın Xarici İşlər Nazirliyinin Rusiyanın “Rossotrudniçestvo” agentliyinin Azərbaycan ərazisində fəaliyyətinə xitam verilməsi ilə bağlı açıqlamasında deyilir ki, “Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyi olan Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi - “Rus Evi”nin hüquqi şəxs qismində qeydiyyatının mövcud olmadığı və təşkilatın Azərbaycan qanunvericiliyini ciddi şəkildə pozduğu barədə Rusiya tərəfinə məlumat verildikdən sonra 2025-ci il fevralın 3-də “Rus Evi”nin fəaliyyətinə xitam verilməsi barədə Rusiya tərəfinə nota göndərilib. Azərbaycan ərazisində bu kimi təşkilatların fəaliyyəti milli qanunvericiliyə, ölkələr arasında qarşılıqlılıq prinsipinə və ikitərəfli əsasda əldə olunmuş razılıqların tələblərinə uyğun olaraq tənzimlənir.

"Azərbaycan tərəfinin ölkəmizdə “Rus Evi”nin fəaliyyətinə xitam verilməsi barədə qərarından irəli gələrək Rusiya tərəfindən bu istiqamətdə müvafiq tədbirlər həyata keçirilməsi gözlənilir", - açıqlamada vurğulanıb.

Rusiyada isə qanuni addımlar atmaq əvəzinə bir mərkəzdən koordinasya olunan antiazərbaycan kampaniyası aparılır. Təəssüf ki, qarşı tərəf öz əməllərini görmək, səhvlərini etiraf etmək istəmir, bu da münasibətlərdə soyuğluğa gətirib çıxarır. Rusiya ilə Azərbaycan müttəfiq dövlətlərdir. 2022-ci il fevralın 22-də iki ölkə arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin imzalanması münasibətlərin ən yüksək mərhələyə çatdığını deməyə əsas verir. Rəsmi Moskvanın bu cür davranışı isə ilk növbədə müttəfiqliyə ziddir. Rusiyanın inkarçı mövqeyi, onun “Rus Evi” ilə bağlı yaratdığı isterika bir sıra faktların qarşı tərəfə xatırladılmasını zəruri edir.

Məlumdur ki, səkkiz il bundan əvvəl Rusiyadakı azərbaycanlıların ən böyük diaspor təşkilatı olan -  Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) fəaliyyəti qadağan olundu. Belə ki, 2017-ci ilin mayında Rusiya Ali Məhkəməsində Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatının ləğvi barədə Rusiya Ədliyyə Nazirliyinin iddiası üzrə proses keçirildi. Ali Məhkəmə Ədliyyə Nazirliyinin iddiasını təmin edərək, ÜAK-ın qeydiyyatının ləğv olunması barədə qərar verdi. O zaman dəfələrlə Bakıdan müxtəlif səviyyələrdə müraciətlər edilsə də, ÜAK-ın fəaliyyəti bərpa olunmadı. Amma indi “Rus Evi”nə görə Azərbaycanı top-tüfəngə tutublar.

Məsələn, keçmiş boksçu, Rusiya Dövlət Dumasının hazırkı deputatı Nikolay Valuyev Azərbaycanın bu ölkədəki diaspor təşkilatlarının fəaliyyətinə xitam verilməsi, soydaşlarımızın bizneslərinin məhdudlaşdırılması, Rusiyada qeyri-qanuni yaşayan azərbaycanlıların deportasiya edilməsi, qanuni yaşayanların isə hərbi uçota götürülərək, cəbhəyə göndərilməsi kimi iddialar səsləndirib. Həddini daha da aşaraq azərbaycanlılar da daxil olmaqla Mərkəzi Asiya və Qafqazdan gəlmələri küçə jarqonu ilə “şobla-vobla” adlandırıb.

Azərbaycanda çox sayda millətlərin, xalqların nümayəndələri yaşayır, amma heç vaxt onlara qarşı nəinki parlament üzvü, adi vətəndaş səviyyəsində belə şovinst, ksenofobiyanı əks etdirən çağırışlar olmayıb. Dövlət Dumasının bir çox digər deputatı - Yevgeni Popov, Andrey Pinçuk və Sergey Mantsayev də onu dəstəkləyib. Ukraynanın Donetsk vilayətində separatçılıq fəaliyyətinə görə deputat mandatına sahiblənən Andrey Pinçuk azərbaycanlı iş adamlarına məxsus “Crocus” şirkətinin və “Sadovod” ticarət kompleksinin az qala müsadirə edilməsi təklifini irəli sürüb.

Qeyd edək ki, “Rus Evi” şəbəkəsi dünyanın bir sıra ölkələrində fəaliyyət göstərir. Bu şəbəkənin bəzi Avropa ölkələrində fəaliyyəti dayandırılıb. Səbəb isə casusluq əməliyyatlarında iştirakı ilə bağlı ifşa olunmalarıdır. Son 10 ildə Avropanın 6 ölkəsində – Rumıniya, Sloveniya, Slovakiya, Xorvatiya, Makedoniya və Monteneqroda “Rus ev”lərinin fəaliyyətinə qadağa qoyulub.

Rusiya isə ənənəsinə sadiq qalaraq bunu özünə qarşı addım kimi qiymətləndirib. Azərbaycanın dost addımlarına baxmayaraq, Rusiya ölkəmizə qarşı hər zaman qeyri-adekvat mövqe sərgiləyib. Keçmiş  Qarabağ münaqişəsində hər zaman Ermənistanı dəstəkləyən Moskva bununla da kifayətlənməyib ona ardıcıl hərbi yardım göstərib. Silahların tədarükü, rus qoşunlarının 1992-ci il Xocalı soyqırımında iştirakı, Ermənistan hakimiyyətinə siyasi dəstək, İkinci Qarabağ müharibəsindəki mövqeyi və s. Rusiyanın mahiyyətinin göstəricisidir.

Milli Məclisinin deputatı, politoloq Rasim Musabəyov hesab edir ki, Azərbaycanda “Rus Evi”nə heç bir ehtiyac yoxdur. Çünki ölkəmizdə Rusiya mədəniyyətinin təbliği üçün kifayət qədər digər imkanlar var.

Onun sözlərinə görə, Azərbaycanda Rus Dram Teatrı, Rusiyanın bir çox universitetlərinin filialları, Bakı Slavyan Universiteti, çox sayda rusdilli media, 300-dən çox rus dilində məktəb fəaliyyət göstərir: "Bütün universitetlərdə rus dili bölməsi var. Belə olan halda, “Rus Evi”nə nə ehtiyac? Rus mədəniyyəti üçün geniş infrastruktur mövcuddur. Moskvada bəhanələrlə Ümumrusiya Azərbaycanlıları Konqresini bağladılar. Halbuki vaxtilə Azərbaycanın mərhum Prezidenti Heydər Əliyev Putinlə birgə bu qurumun yaradılmasında iştirak etmişdi. İndi Rusiyada bəzi deputatlar Azərbaycan əsilli iş adamlarına maneələrin yaradılmasını irəli sürürlər. Onlar Rusiya vətəndaşlarıdır, illərdir orada çalışıb, biznes qurublar. Bu cür irqi, etnik ayrı-seçkiliyə, qarşıdurmaya çağırışa görə Rusiya qanunvericiliyində maddələr var. Bu cür davranışla özlərini, Rusiya parlamentini, dövlətini biabır edirlər”.

Politoloq Elxan Şahinoğlu hesab edir ki, rusiyalı depuatlar “azərbaycanlıları Rusiyadan qovmaq lazımdır” cümləsindən tutmuş “azərbaycanlıların diaspora təşkilatlarını dağıtmaq lazımdır” sözlərinə qədər ağızlarına gələni danışırlar: “Bu arada, Rusiyadakı azərbaycanlı bizmesmenləri də hədəf göstərir, Araz Ağalarov və Qod Nisanov kimi tanınmış iş adamlarına problem yaratmağı Kremlə “məsləhət” görürlər. Halbuki Rusiyadakı azərbaycanlı iş adamlarının mütləq əksəriyyəti yaşadıqları ölkənin vətəndaşlarıdır, Rusiya pasportunun daşıyıcılarıdır. Azərbaycan əleyhinə danışan Rusiya Dövlət Dumasındakı deputatların əksəriyyəti bu ölkənin hakim partiyasının üzvləridir. Deməli, elə Kremldəkilər də bunlar kimi düşünürlər. Bu kimi açıqlamaların ardınca, azərbaycanlı miqrantlara qarşı zorakılıq hallarının artacağını proqnozlaşdırmaq olar, hətta Rusiyadakı şovinist qüvvələrin yatmış hücrələrdən çıxaraq təxribatlara əl atacaqları da istisna deyil. Bütün bunlar ona görə baş verir ki, Kreml təyyarənin raketlə vurulmasına və öldürülən insanlara görə məsuliyyət daşımaq istəmir”.

Göründüyü kimi, Rusiya qeyri-sivil yolu seçib, amma Kreml anlamalıdır ki, Azərbaycan kifayət qədər güclü dövlətdir, eyni zamanda qanun çərçivəsində addımlar atır və bu cür davranışlarla heç nəyə nail ola bilməyəcək. Yanlış siyasəti ilə tərəfdaşlarını, müttəfiqlərini itirən Moskva Azərbaycana yanaşmada sərgilədiyi mövqeyə korrektələr etməli olduğunu anlamalıdır. Əks halda, itirən Bakı olmayacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:242
embedMənbə:https://525.az
archiveBu xəbər 11 Fevral 2025 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see388

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see332

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

25 Avqust 2026 03:03see265

Məşhur idmançı 4 ay ərzində 33 dəfə cərimələndi

25 Avqust 2026 01:20see238

London derbisində beş qol: Çelsi Fulhem ə qalib gəlib VİDEO

25 Avqust 2026 01:19see233

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see228

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see216

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see200

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see199

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see191

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see189

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see187

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see183

DSMF 7 ayda 267 mindən çox vətəndaş müraciətini cavablandırıb

25 Avqust 2026 10:35see174

Hər uşağa 70 min dollar yardım veriləcək Sinqapurda

25 Avqust 2026 04:59see169

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see163

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see155

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see155

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see145

Azərbaycanın müəllimlər məbədi yeni yüzillikdə

25 Avqust 2026 11:46see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri