Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

Qazancımızın neçə faizi ərzağa gedir?

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Müller yenidən Messinin qarşısına çıxır

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

525 ci qəzet Azərbaycanda “Rus evi”nin fəaliyyətinə heç bir lüzum yoxdur Deputat

525 ci qəzet Azərbaycanda “Rus evi”nin fəaliyyətinə heç bir lüzum yoxdur Deputat

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanda “Rus evi”nin fəaliyyət göstərməsinə heç bir lüzum yoxdur. Ən azından bilirik ki, “Rus evi”nin əsas icra tərəfi olan “Rossotrudniçestvo”nun fəaliyyətində Azərbaycanın istər ərazi bütövlüyü, istər suverenliyi və digər məsələlərlə bağlı kifayət qədər etinasız bir yanaşmalar var.

Bu barədə 525.az-a Milli Məclisin deputatı Azər Allahverənov “Rus evi”nin qanunsuz fəaliyyətinə görə Azərbaycan tərəfindən görülən tədbirlər, Rusiyada dövlətimiz və xalqımız əleyhinə aparılan kampaniyaya münasibət bildirərəkən deyib.

“Rusiya Azərbaycan münasibətləri bir neçə müstəvidə xüsusilə özünü qabarıq şəkildə büruzə verir. Birincisi, dövlət səviyyəsində baxdıqda, iki ölkə arasında imzalanmış çox vacib müttəfiqlik haqqında sənəd  var. Cənab Prezident media nümayəndələri ilə görüşdə bildirdi ki, Rusiya ilə Azərbaycan münasibətləri strateji müttəfiqlik xarakteri daşıyır və bu, həqiqətən də belədir. Bir çox layihələrdə Rusiya Azərbaycan tandemi özünü xüsusilə qabarıq büruzə verir. Məsələn, nəqliyyat layihələri, Şimal dəhlizi, enerji layihələri, təbii qaz ixracı və s. məsələlərdə müttəfiqlik özünü  yaxşı şəkildə göstərir. Bir də var digər məsələr. Nümunə üçün, müxtəlif ictimai-siyasi mühütdə təmsil olunan şəxslər zaman-zaman hansı siyasi dairələrə bağlı olduqlarını belə gizlədə bilmirlər”, - deputat vurğulayıb.

Əlavə edib ki, bəzi hallarda məhz o siyasi dairələrin sifarişi ilə bu və ya digər formada istənilən məsələyə münasibət bildirirlər və əksər hallarda daha çox Rusiya-Azərbaycan münasibətlərində hansısa seqmentlər üzrə boşluqlar varsa, ya hansısa narahatlıq doğuran məqamlar varsa, onu dilə gətirirlər və Azərbaycanı tamamilə başqa qəbildən Rusiya ictimaiyyətinə təqdim etməyə çalışırlar: “Bəlli məsələdir ki, həmin o dairələr, xüsusilə də bu tip neqativ informasiyanın tirajlanmasında maraqlı olan qüvvələr Kremlin müxtəlif qüllələrinə bağlı olan qüvvələrdir. Burda erməni diasporası da öz sözünü deyir. Nəzərə alsaq ki, Rusiyanın informasiya məkanı əsasən erməni əsilli şəxslərin nəzarətindədir, onların maliyyə dəstəyi ilə fəaliyyət göstərirlər, çox rahat anlamaq olur ki, bu tip neqativin Rusiya cəmiyyətində yayılması məhz həmin o informasiya resursları üzərindən baş verib. Buna digər şəxslərin zaman-zaman çıxışlarını da əlavə etsək, hansılar ki, Azərbaycana qarşı neqativ münasibət bəsləyirlər, onların bu tandemi Rusiya cəmiyyətində bir antiAzərbaycan əhval-ruhiyyəsinə və ya Azərbaycanfobiyanın formalaşmasına gətirib çıxarılmasına hesablanmış addımlardır. Amma nə dərəcədə bunun öhdəsindən gəlirlər, o başqa məsələdir. Ona görə də düşünürəm ki, hazırkı mövcud vəziyyət onu deməyə əsas verir ki, burda müxtəlif yanaşmalar var, dövlət səviyyəsində olan münasibətlər daha soyuqqanlı, daha ölçülüb-biçilən olur, daha sistemlidir və burada heç bir tərəf, nə Azərbaycan, nə də Rusiya iki dövlət arasında olan münasibətlərə xələl gətirə biləcək hansısa addımlar atırlar. Yəni qlobal şəkildə deyirəm, amma təbii ki, müzakirə tələb edən məqamlar da var. Müəyyən məsələlərdə problemlər mövcuddur. Onun üzərindən qurulan kommunikasiyalar bilavasitə həmin o problemlərin aradan qaldırlmasına və anlaşılmaz məqamların həllinə hesablanır. Bu proses hələ də gedir”.

Deputat bildirib ki, təyyarə hadisəsinə qədər də müəyyən narahatlıq doğuran məsələlər var idi. Amma onlar elə çox qabarıq şəkildə büruzə verilmirdi, təyyarə hadisəsi bu prosesləri bir qədər sürətləndirdi: “Bu, dünənə qədər mövcud olan o nüansların daha aktual şəkildə büruzə verilməsinə gətirib çıxardı ki, “Rus evi” də həmin məsələlərdən biridir. “Rossotrudniçestvo” deyilən qurum faktiki olaraq Rusiyanın bir diaspora komitəsidir. Onun müxtəlif ölkələrdə bu tipli layihələri var və “Rus evi” özü də bir layihədir. Bu layihə icra olunan zaman mütləqdir ki, Azərbaycan qanunvericiliyinin bütün tələblərinə uyğun fəaliyyət göstərsin. İstənilən layihə bu tələblərə uyğun həyata keçirilməlidir. Amma biz görürük ki, müəyyən məqamlar üzrə qanun pozuntularına yol verilib. Məsələn qeydiyyat olmadan fəaliyyət göstərmək və s. Sırf hüquqi nöqteyi-nəzərdən dünənə qədər mövcud olan məsələlər bu gün özünü daha qabarıq şəkildə büruzə verir. Nəzərə alaq ki, “Rus evi” ilə bağlı olan bəzi narahatlıq doğuran məsələlər əvvəllər də, son bir neçə il ərzində dilə gətirilib. Xüsusilə də orada 20 Yanvar faciəsinin törədilməsində iştirakı olan Primakovla bağlı inşa müsabiqəsinin keçirilməsi, sərgilər, kitablar təqdimatı və s. Eyni zamanda “Rossotrudniçestvo”nun Ermənistandakı fəaliyyəti, “Artsax uşaqları” ilə “Donbas uşaqları”nın birgə rəsm sərgisinin təşkil olunmasını faktiki olaraq “Rossotrudniçestvo”nın Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan bir fəaliyyət kimi də dəyərləndiririk. Bununla da bağlı Azərbaycan öz etirazını zamanında bildirib. Görünən odur ki, bu tip fəaliyyətlərindən əl çəkmirlər, ona görə də “Rus evi”nin fəaliyyət göstərməsinə heç bir lüzum yoxdur. Ən azından bilirik ki, “Rus evi”nin əsas icra tərəfi olan “Rossotrudniçestvo”nun fəaliyyətində Azərbaycanın istər ərazi bütövlüyü, suverenliyi və digər məsələlərlə bağlı kifayət qədər etinasız bir yanaşmalar var. Ona görə də “Rus evi”nə ehtiyacın olmadığını söyləməkl olar”.

A.Allahverənov Rusiyanın təyyarə qəzası ilə bağlı məsuliyyətdən yayınması ilə bağlı deyib ki, burda müxtəlif cür yanaşmalar var: “Rəsmi mövqe budur ki, istintaq tədbirləri hələ yekunlaşmadığı üçün Rusiya buna hüquqi qiymət vermir. İstintaq tədbirləri yekunlaşdıqdan sonra ümid edirəm ki, Rusiya tərəfi həm təzminatın ödənilməsi, eyni zamanda günahkarların məsuliyyətə cəlb olunması ilə bağlı prosesə başlaya bilər. Dərc olunmuş ilkin hesabat kənar müdaxilələrin, təyyarənin gövdəsində “Pantsir”  kompleksinə məxsus qəlpələrin olması və digər məsələlərlə bağlı təsdiqedici faktlar ortaya qoyur. İstintaq tədbirlərində həmin faktlar nəzərdən keçiriləcəkdir. Artıq bu mərhələdə belə Rusiya tərəfi istintaqın yekun hesabatını gözləmədən  işlərə başlaya bilər. Amma bu görünən tərəfdir. Görünməyən tərəfdə isə Rusiyanın aidiyyatlı orqanları nə baş verdiyini, necə baş verdiyini, günahkar tərəfin kimliyini ,nə kimi çəkişmələrin olduğunu  çox gözəl bilir. Rusiyanın özünün daxili siyasi həyatında bəzi gərginliklər var, müxtəlif güc mərkəzləri bir-birinə qarşı mübarizə aparırlar. Bu mübarizədə təxribatlardan və digər elementlərdən də istifadə edirlər. Görünən odur ki, Rusiyanın ictimai siyasi mühüti gərgin bir dövrdən çıxmalıdır ki, təyyarə qəzası ilə bağlı məsələyə daha soyuqqanlı münasibət bəslənilsin və məhz o mövqedən də çıxış edərək zəruri addımlar atılsın. Düşünürəm ki, Rusiya tərəfi gec və tez bunu edəcəkdir”.

Pərvanə Sultanova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://525.az
archiveBu xəbər 11 Fevral 2025 15:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see200

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see195

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see181

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see177

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see162

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see160

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see157

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see152

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see146

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see143

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see140

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see139

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see134

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see133

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see130

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see130

Müller yenidən Messinin qarşısına çıxır

01 Dekabr 2025 03:46see129

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see126

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri