Icma.az
close
up
RU
Azərbaycanda nə qədər evi olmayan şəxs var? ARAŞDIRMA

Azərbaycanda nə qədər evi olmayan şəxs var? ARAŞDIRMA

Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.

Son illər böyük şəhərlərdə, xüsusən də, Bakıda daşınmaz əmlakların qiymətində kəskin artımlar müşahidə olunur. Qiymət artımı bəzi ərazilərdə təbii formada ortaya çıxsa da, digər ərazilərdə bu artımlar süni formada baş verir. Bunun nəticəsidir ki, artıq Azərbaycanda çox sayda evi olmayan insan var.
Qeyd edək ki, Dövlət Statistika Komitəsi evsizlərin sayını ayrıca qeyd etmir və bu kateqoriya hesabatlara daxil deyil.
Amma fərqli mənbələrdə müxtəlif rəqəmlər var, amma bunlar rəsmi deyil. Hüquq müdafiəçiləri və ekspertlər hesab edir ki, ölkədə təxminən 30 000–50 000-dək evsiz şəxs var. Bəzi mənbələrdə isə bu rəqəmin ən azı 50 000 ətrafında olduğu deyilir.
Bəs, müstəqil ekspertlər bununla bağlı təhlil aparırmı? Təxminən, Azərbaycanda təxminən nə qədər evi olmayan şəxs var?  
Mövzu ilə bağlı əmlak eksperti Elnur Fərzəliyev Bizim.Media-ya açıqlamasında bildirir ki, bu gün ölkəmizdə minimal əməkhaqqı 400 manat, orta əməkhaqqı isə təqribən 900 manatdır. Amma mənzillərin nəinki satış, hətta kirayə qiymətlərinə baxsaq, bu gün Bakı şəhərində birotaqlı mənzillərin kirayə qiymətləri 400 manatdan bahadır:
“Mənzillərin satış və kirayə qiymətlərinin artması, kreditli şərtlərlə belə ilkin və aylıq ödənişlərin kəskin baha olması ev almağı çətinləşdirir. Əvvəlki illərdə əmlak alıcılarının sayı kifayət qədər çox idi. Bu insanların bir qismi, xüsusən də, Rusiyada yaşayan azərbaycanlılar idi. Lakin son illər müharibə səbəbindən artıq Rusiyadan əmlak almaq üçün gələnlərin sayında azalmalar müşahidə olunur”.
 

Ekspertin sözlərinə görə, son 4-5 il ərzində çıxarışlı əmlakların böyük bir hissəsi müxtəlif növ kreditli şərtlərlə satılır. Çünki artıq çox insanın mənzil almaq üçün toplu pul qalmayıb. Bu gün Bakı və Abşeron ərazisində 500 minə yaxın fərdi yaşayış evi çıxarışsız olduğu üçün satış qiymətləri hədsiz ucuzdur. Bu evlərə təqribən 20-25 min manatdan başlayan qiymətlər təklif olunur:


“Aztəminatlı insanlar məcburi olaraq çıxarışsız əmlaklara üstünlük verir. Son statistikaya əsasən, Bakıda əvvəlki qədər tikinti işləri aparılmır. Keçmiş illərdə alıcı çox olduğu üçün paytaxtın əksər ərazilərində çoxmənzilli yaşayış binası inşa olunurdu. Ancaq 2025-ci ilin avqust ayından başlayaraq əmlak bazarında ciddi durğunluq hökm sürür. Bu halda süni formada artan qiymətlərin stabilləşməsi də müşahidə olunur”.
Ekspert qeyd edir ki, əmlak bazarında baş verən durğunluq davam edərsə, bu vəziyyət qiymətlərin enməsi ilə nəticələnə bilər. Bir çox dövlət layihələrində mənzillərin qiyməti kəskin ucuzdur. Gələcəkdə bu cür ucuz qiymətə mənzillər satışa çıxarılsa, evsiz insanların ev problemi də aradan qaldırılar. Həmçinin, çıxarışsız evlərin qiymətləri də çox aşağıdır. Əgər bu evlər də çıxarışla təmin olunarsa, evə ehtiyacı olan aztəminatlı ailələr istər nağd, istərsə də kreditlə rahat şəkildə mənzil əldə edə bilərlər.
Fatimə Əliyeva, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:295
embedMənbə:https://bizim.media
archiveBu xəbər 03 Fevral 2026 09:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see556

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see480

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see437

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see303

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see299

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see295

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see288

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see283

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see276

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see266

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see252

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see244

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see235

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see223

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see220

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see197

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see189

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see184

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see181

Mətanət A işçilərin maaşının bir hissəsini depozit saxlayırmış

01 Noyabr 2026 11:14see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri