Icma.az
close
up
RU
525 ci qəzet Böyük sənətin gerçəkliyi və əfsanəsi Isa Həbibbəyli yazır

525 ci qəzet Böyük sənətin gerçəkliyi və əfsanəsi Isa Həbibbəyli yazır

Icma.az bildirir, 525.az portalına istinadən.

İsa HƏBİBBƏYLİ
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik,

Çoxəsrlik davamlı ənənələrə malik olan Azərbaycan musiqi və ifaçılıq sənətində Polad Bülbüloğlunun özünəməxsus böyük yeri, rolu və mühüm xidmətləri vardır. O, ənənə və novatorluq baxımından Azərbaycan aşıq sənətindən ritmik ifa tərzini, muğam ifaçılığından səslərin əruzsayağı uzadılmasını, bəstəkar mahnılarından melodikliyi alaraq, Azərbaycan estrada musiqisinə məxsus xüsusiyyətlərlə ahəngdar surətdə sintez etməklə birləşdirmişdir. Polad Bülbüloğlunun ifa tərzindəki ayaqüstü cəld hərəkətlər də milli aşıq sənətinin xüsusiyyətləri ilə səsləşir. Vaxtilə caz sənəti ilə muğam ifaçılığını sintez etmək Azərbaycan ifaçılıq məktəbində Vaqif Mustafazadə kimi parlaq bir istedadı meydana çıxarmışdır. Xalq mahnıları və aşıq sənəti ilə estradanın vəhdətindən də Polad Bülbüloğlu sənəti "dünyaya gəlmişdir". Üstəgəl, bu orijinal ifaçılıqda muğam ünsürlərinin də olması Polad Bülbüloğlu estradasını daha da orijinal məcraya çıxarmışdır.

Bütün bunlarla bərabər, Polad Bülbüloğlu estradasının simasını onun özünün qeyri-adi istedadından gələn fərdi özünəməxsusluqlar müəyyən edir. Polad Bülbüloğlunun estradası əsasən tenor səs ifaçılığı üstündə köklənmişdir. Onun ifasındakı tenor səs tezliyi səslənmə etibarilə bu səs tembrinin müxtəlif çalarlarını özündə cəmləşdirir. Polad Bülbüloğlu Azərbaycan ifaçılıq sənətində lirik tenordan lirik-dramatik tenora qədər inkişaf edən qeyri-adi səsin böyük daşıyıcısıdır. Dünya şöhrətli böyük sənətkar Müslüm Maqomayevin ölməz sənəti bariton səsin sərt qammasının bənzərsiz ifası üstündə köklənmişdir. Lütfiyar İmanovun ifaçılığı üçün dramatik tenor səsinin ifası səciyyəvidir. İosif Kobzonun estradasında lirik-dramatik tenor səsinin müxtəlif gedişləri üstünlük təşkil edir. Polad Bülbüloğlunun estradası isə lirik tenor səsin lirik-dramatik tenor səslə sintezi əsasında köklənmiş bənzərsiz bir ecazkarlığın qeyri-adi təzahürüdür. Buna görədir ki, Polad Bülbüloğlunun səsi Azərbaycan və dünya ifaçılıq sənətinin fərqli bir axarını təqdim edir. Lirik-dramatik tenor səs tezliyi onun estradasının yuxarı ritmini davamlı olaraq saxlaya bilməsini, lirik tenor isə bənzərsiz səs ahəngini fərqli gəzişmələrlə zənginləşdirilməsini, mahnılarındakı lirizmi şərtləndirir. Bu, musiqi ifaçılığı sənətində Polad Bülbüloğluna məxsus təkrarı olmayan bənzərsiz və nadir ifaçılıq nümunəsidir. Polad Bülbüloğlu sənəti Azərbaycan musiqi və ifaçılıq sənətinin fərqli bir istiqamətidir. Eyni zamanda, dünya estrada sənətinə də Polad Bülbüloğlu özünün bənzərsizlik möhürünü vurmuşdur.

"Məhəbbət və ölüm" baleti Polad Bülbüloğlu ifaçılığının özünəməxsus daxili təbiətindən doğan böyük sənət hadisəsidir. Səslərin dili ilə ifadə etmək istəsək, "Məhəbbət və ölüm" baletindəki "məhəbbət" qütbü lirik tenor, "ölüm" tərəfi isə lirik-dramatik səs ahənginin hərəkətlərlə ifadə olunan təzahürləridir. Bu, Azərbaycan balet mədəniyyətində də yeni istiqamətdir. Və ümumiyyətlə, məlum olduğu kimi, Polad Bülbüloğlu öz mahnılarını da musiqi ilə eyni səviyyədə hərəkətləri ilə də təqdim edir. Bu, onun mahnı ifaçılığında balet elementlərinin olduğunu göstərir. Əgər Polad Bülbüloğlu mahnılarındakı sözləri və səsləri dilləndirməyib, yalnız hərəkətlər vasitəsilə melodiyanı pantomim üslubunda ifa etsə, yenə də onun repertuarındakı hansı mahnısını diqqətə çatdırdığını müəyyən etmək mümkündür. Yaxud Polad Bülbüloğlunun səslərsiz-sözlərsiz hərəkətlə təcəssüm etdirilən mahnı ritmləri baletvari səhnələrin canlandırılmasına xidmət edə bilər. Bütün bunlar Polad Bülbüloğlunun estradasının bətnində balet əlamətlərinin olduğunu əyani şəkildə təcəssüm etdirir. Bu mənada Polad Bülbüloğlunun balet janrına müraciət etməsi tamamilə təbiidir. Və "Məhəbbət və ölüm" baletinin uğurlu olmasının əsas səbəbi də, qeyd etdiyimiz kimi, onun estrada ifaçılığında baletə məxsus xüsusiyyətlərin olması ilə əlaqədardır.

Polad Bülbüloğlu ifaçılıq sahəsində olduğu kimi, bəstəkarlıq baxımından da təkrarsızdır. O, ənənəvi mahnı yaradıcısı olan bəstəkardan çox, necə deyərlər, daha çox estrada mahnılarına musiqi əsərləri yazan bəstəkar kimi qəbul olunur. Polad Bülbüloğlunun bəstələdiyi əsərlərdə musiqi alətlərinin deyil, mahnı ifaçısının aktivliyi, aparıcılığı, hərəkətliliyi önə çəkilir. O, bir bəstəkar kimi mahnıdakı sözlərin melodik şəkildə səsləndirilməsi ilə bir sırada ifaçının hərəkətlərini də tənzimləyir. Bu mənada Polad Bülbüloğlu yalnız mahnı üçün deyil, mahnı və rəqs üçün musiqi yazmaq məharəti nümayiş etdirir. Deyilənlərə ən parlaq nümunə kimi Polad Bülbüloğlunun bəstələdiyi qanadlı mahnıların müğənni olaraq özünün ifasında düşünülmüş hərəkətlərlə müşayiət olunan mahnılarında daha yüksək səviyyədə alındığı müşahidə olunur. Çünki heç də hər ifaçı Polad Bülbüloğlu estradasının komponentlərinin hamısını özündə canlandıra bilmir. Bu cəhətdən Polad Bülbüloğlu mahnılarının əvvəlcə özü tərəfindən ifasını təqdim etməklə sanki sonrakı ifaçılara nümunə göstərir. Bu baxımdan Polad Bülbüloğlunun mahnıları kimi, mahnı mətnlərinə yazdığı musiqi əsərləri də orijinaldır və müğənnilərdən xüsusi ifaçılıq üslubu tələb edir. Beləliklə, Polad Bülbüloğlu fərqli bir estrada mahnıları bəstəkarı kimi də Azərbaycan musiqi sənətində yeni yol açmışdır.

Azərbaycanda, Rusiyada və dünyada Polad Bülbüloğlunun ifaçılıq üslubunu yaradıcı şəkildə inkişaf etdirməklə böyük sənət uğurları qazanmaq asan olmasa da, bu çətin işi mümkün edə bilən sənət adamları vardır. Beləliklə, ölkəmizdə və dünya estrada sənətində Polad Bülbüloğlu ifaçılıq məktəbi formalaşmışdır. Polad Bülbüloğlunun sənəti milli olduğu qədər də bəşəri sənət nümunəsi kimi dünya xalqlarının səhnələrinə də yol açır.

Nəticə olaraq deyə bilərik ki, Polad Bülbüloğlunun bənzərsiz sənəti Azərbaycan estrada ifaçılığı mədəniyyətinin reallığı və yaşayan əfsanəsidir.

Azərbaycanda milli mədəniyyətin təşkilati cəhətdən inkişaf etdirilməsi sahəsində də Polad Bülbüloğlunun böyük xidmətləri vardır. Müstəqillik dövrünün çətin illərində mədəniyyət naziri kimi Polad Bülbüloğlu Azərbaycanda davamlı sənət ənənələrinin qorunub yaşadılmasına və yeni çalarlarla daha da inkişaf etdirilməsinə məsuliyyətlə və şərəflə xidmət etmişdir. Polad Bülbüloğlu Müstəqil Azərbaycanın ən çətin keçid dövründə milli mədəniyyətimizin inkişafına məsuliyyətlə xidmət etməklə Ümummilli liderimiz Heydər Əliyevin böyük etimadını şərəflə doğrultmuşdur.

Rusiya Federasiyasında fövqəladə və səlahiyyətli səfirimiz kimi 18 il ərzində səmərəli fəaliyyət göstərmiş Polad Bülbüloğlu Azərbaycan Respublikasının bütün sahələr üzrə reallıqlarının və nailiyyətlərinin, o cümlədən də, mədəniyyətimizin və incəsənətimizin geniş məkanda təbliğinə, tanıdılmasına, bu sahədə əlaqələrin inkişaf etdirilməsinə böyük zəhmət sərf etmişdir. Bu statusda da Polad Bülbüloğlu faktoru ölkələrimiz arasında yeni əməkdaşlıq körpülərinin yaradılmasında özünəməxsus rol oynamışdır.

Hansı rəsmi vəzifə daşımasından asılı olmayaraq Polad Bülbüloğlu həmişə ifaçılıq sənətinə sədaqətini qoruyub saxlamışdır. Onun simasında mdəniyyət nazirinin və ya Fövqəladə və Səlahiyyətli Səfirin həm də dillərdə dastan olan mahnılarını yerində və məqamında ifa etməsi ictimaiyyət tərəfindən təbii hal kimi normal qarşılanır. Bir çox hallarda Polad Bülbüloğlu özünün məşhur mahnılarını müxtəlif səhnələrdə səsləndirməklə cəmiyyətdə bu istiqamətdəki boşluğu doldurmuşdur. Rəsmi vəzifə daşıdığı illərdə ara-sıra böyük səhnələrdə oxuduğu mahnıların həmişə alqışlarla qarşılanması Polad Bülbüloğlunun öz sənətini yaşatmasına, uğurla davam etdirməsinə, Azərbaycan estrada sənətinin inkişafına tamaşaçıların ürəkdən gələn dəstəyinin ifadəsidir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Polad Bülbüloğlunun 2020-ci ildə ölkəmizin ən yüksək təltifi olan "Heydər Əliyev" Ordeni ilə təltif olunması dövlət səviyyəsində onun sənətinin və xidmətlərinin uca tutulmasının əyani göstəricisidir. Cənab Prezidentin aşağıdakı sözləri Polad Bülbüloğlunun ölkəmiz və mədəniyyətimiz qarşısındakı çoxcəhətli xidmətlərini bütün dolğunluğu ilə diqqətə çatdırır: "Siz böyük sənətkar, böyük bəstəkar, böyük ifaçısınız. Siz Azərbaycan mədəniyyətinin inkişafına böyük töhfə vermişsiniz. Deyə bilərəm ki, Azərbaycan musiqi mədəniyyətində özünəməxsus və təkrarsız iz buraxmışsınız. Nəinki Azərbaycan miqyasında, hesab edirəm ki, dünya miqyasında siz ən görkəmli bəstəkarlardan birisiniz.

...Bilirəm ki, Azərbaycanın maraqları sizin üçün hər şeydən üstündür".

Hazırda Azərbaycanın Xalq artisti, tanınmış mədəniyyət xadimi və ictimai xadim Polad Bülbüloğlu Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri kimi ölkəmizin mədəni-siyasi həyatında yaxından iştirak edir, fəal iş aparır. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Dəmir Yumruğu ilə işğaldan azad olunmuş Qarabağda - Şuşada mədəni həyatın dirçəldilməsinə özünün böyük sənət töhfələrini verməkdə davam edən Polad Bülbüloğlu indi ölkəmizin mədəniyyət paytaxtı Şuşa şəhərindən Milli Məclisin deputatı seçilməyin qürurunu, şərəfini və məsuliyyətini yaşayır. Polad Bülbüloğlunun 80 illik yubileyinin ölkəmizin tam ərazi bütövlüyü və suverenliyi şəraitində qeyd edilməsi Konstitusiya və Suverenlik İlinin böyük mədəniyyət hadisəsi kimi də mühüm əhəmiyyətə malikdir.

Respublikamızın Xalq artisti, böyük sənətkarımız Polad Bülbüloğlu sənətdə olduğu kimi, cəmiyyətdə də xalqına və müstəqil dövlətimizə ləyaqətlə, sədaqətlə və məsuliyyətlə xidmət etməyin əməli nümunəsini göstərir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə müstəqil dövlətimizin ictimai-siyasi və mədəni həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Polad Bülbüloğlunun 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunması sözün əsl mənasında böyük sənətə verilmiş böyük qiymətin əməli ifadəsidir.

Ürəkdən təbrik edir və daha parlaq uğurlar arzulayıram.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:66
embedMənbə:https://525.az
archiveBu xəbər 04 Fevral 2025 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan İrana səsləndi, Poqosyan narahat oldu Fikirləşin, niyə?

02 İyun 2025 04:14see177

Naxçıvanda aksiya çərçivəsində 300 dən çox uşaq tibbi müayinədən keçib

02 İyun 2025 00:25see142

Saç yuyarkən suyun temperaturuna diqqət edin mütəxəssisdən vacib tövsiyələr

02 İyun 2025 05:06see137

Bu şəxs Polşanın yeni prezidenti oldu

02 İyun 2025 07:11see137

Şabrandakı yol qəzasında bir nəfər həyatını itirib

02 İyun 2025 09:33see135

Cəzaçəkmə müəssisəsinin damı uçdu, məhkum xəsarət aldı

01 İyun 2025 22:14see134

Gördük o “ekspertlərinizi”, 5 günə 1 sualı düz yaza bilməyiblər DİM ə ETİRAZ

02 İyun 2025 04:16see134

Bəzi vitaminlərin çox qəbulu orqanizmə belə ziyan VURUR

02 İyun 2025 05:01see133

İmamoğlunun trolları hərəkətə keçdi

02 İyun 2025 15:13see131

Britaniya ordusunun sayını artırır İlk dəfə

03 İyun 2025 01:17see129

Rusiya və Ukrayna yeni mübadilələr haqqında razılığa gəldi

02 İyun 2025 18:38see128

Efirdə Təyyar Bayramovun mikrofonu söndürüldü Video

02 İyun 2025 15:31see128

“Çox sevdiyim bir “uşağ”ım var” Xanımından iş adamına

01 İyun 2025 23:26see126

Yarış üçün hazırlanmış Super Mustanq nümayiş olundu

02 İyun 2025 05:31see125

Havalar isinir, amma qrip təhlükəsi artır nə etməli?

02 İyun 2025 01:01see125

Alça yedikdən sonra bunlara diqqət edin!

02 İyun 2025 02:03see121

“Hörümçək toru” əməliyyatı ABŞ ı şoka salıb..?

03 İyun 2025 00:26see121

Futzal üzrə Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlanıb

03 İyun 2025 10:16see118

Təmkin: “Bizə olan inamı doğrultduq”

03 İyun 2025 09:15see116

Ukrayna zərbə endirdi, bütün vilayət işıqsız qaldı

03 İyun 2025 01:34see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri