Icma.az
close
up
RU
Menu

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

525 ci qəzet Donald Tramp: Amerikanın qızıl dövrü başlanır

525 ci qəzet Donald Tramp: Amerikanın qızıl dövrü başlanır

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Xaqani CƏFƏRLİ

Ötən il noyabrın 5-də keçirilən prezident seçkisində qalib gələn Donald Tramp ABŞ-nin 22 və 24-cü prezidenti olmuş Stiven Qrover Klivlendin uğurunu təkrar edərək ilk prezidentlik müddətindən sonra seçkidə məğlub olan, ancaq dördillik fasilədən sonra qalib gəlməyi bacaran ikinci şəxs kimi tarixə düşdü. Yanvarın 20-də keçirilən Trampın inaqurasiya mərasimi isə artıq ABŞ tarixinə ən çox maliyyə toplanmış andiçmə mərasimi kimi düşəcək. Yanvarın 20-də keçirilən inaqurasiya mərasimiminə 200 milyon dollara yaxın vəsait toplanıb ki, bu da Trampın 2017-ci ildə ilk andiçmə mərasimi üçün topladığı 107 milyon dollardan təxminən iki dəfə çoxdur. Trampın inaqurasiya mərasiminə ianə edənlər arasında "SpaceX", "Meta", "Amazaon", "OpenAI" texnologiya nəhəngləri ilə yanaşı, avtomobil istehsalçıları "Ford" və "General Motors", bank konqlomeratları "Goldman Sachs" və "Bank of America", telekommunikasiya nəhəngləri AT&T və "Comcast", əczaçılıq korporasiyası "Johnson & Johnson" və "Delta" aviaşirkəti, eləcə də "McDonald's" restoranlar şəbəkəsi də var. Bu şirkətlərin bəziləri inaqurasiya mərasimlərinə ianə etməyi dayandırmışdılar. Ancaq onlar Trampın inaqurasiyasına "səxavətlə" pul ayırıblar. "The New York Times" qəzeti yazır ki, Trampın köməkçiləri bunu böyük biznesin "üzrxahlığı" kimi dəyərləndirirlər. Bütövlükdə isə, texnologiya nəhəngləri Trampın ikinci prezidentliyi müddətdə bir sıra məhdudiyyətlərin aradan qaldırılacağına və bununla yeni imkanlar qazanacaqlarını düşünürlər.

Tramp inaqurasiya mərasimindən bir gün öncə tərəfdarlarının qarşısında çıxışı zamanı Ukraynada müharibəyə son qoyacağını, Yaxın Şərqdə xaosu dayandıracağanı və beləliklə də III Dünya müharibəsinin qarşısını alacağını vəd edib. Halbuki III Dünya müharibəsinin başlanması ehtimalı bu gün soyuq müharibə dövründə olduğundan çox da yüksək deyil. Üstəlik, Ukraynada müharibənin 35 ay, Yaxın Şərqdə münaqişənin 15 ay əvvəl başlayaraq bugünə qədər davam etməsinə baxmayaraq, III Dünya müharibəsi başlamayıbsa, bundan sonra baş verəcəyi ehtimalı yüksək deyil. Bu mənada Trampın ənənəsinə sadiq qalaraq özünün rolunu şişirtmək üçün əlverişli mühit yaratmağa çalışdığı aydın görünür. İsrail ilə HƏMAS arasında atəşkəsin imzalanması bir neçə ay davam edən diplomatik danışıqların nəticəsi olsa da, Tramp bu hadisəni özünün uğuru kimi təqdim etməkdən çəkinmədi.

Tramp inaqurasiya mərasimindən öncə sələfi Baydenin hakimiyyəti dövründə ABŞ-nin xarici siyasətini "Dörd dəhşətli il" kimi dəyərləndirməyi də özünə rəva bilib. Tramp hesab edir ki, məhz Baydenin zəif prezident olmasına görə, Rusiya Ukraynaya, HƏMAS isə İsrailə hücum edib. Tramp dəfələrlə bəyan edib ki, məhz onun Ağ Evdə olmamasına görə Rusiya Ukraynaya, HƏMAS isə İsrailə hücum etməyə cəsarət edib. ABŞ-ı tarixində olmadığı qədər möhtəşəm edəcəyi vədini də inaqurasiya mərasimindən öncə bir daha səsləndirib.

İnauqurasiya mərasimində çıxışı zamanı isə Tramp ABŞ-nin qızıl dövrünün başladığını bəyan edib və ABŞ-nin dünyanın ən böyük dövləti statusunu bərpa edəcəyini vurğulayıb.

Bütün bunlar çox gözəl, cəlbedici sözlər olsa da, bu məqsədin həyata keçirilməsi üçün Trampın aydın proqramı və vahid komandası yoxdur. Belə olduğu halda Trampın elan etdiyi hədəflərə neçə çatacağı məlum deyil. Məsələn, Ukraynada müharibəni dayandırmaq üçün Rusiya prezidenti Vladimir Putinlə danışıqlara can atan Trampın maliyyə naziri təyin etdiyi investor Skott Bessent Senatda keçirilən dinləmələrdə Ukraynada müharibəyə son qoymaq üçün Rusiyaya qarşı sanksiyalarının sərtləşdirilməsinin tərəfdarı kimi çıxış edib. Bessent xüsusilə Rusiyanın iri neft şirkətlərinə qarşı sanksiyaların sərtləşdirilməsinin tərəfdarıdır. O hesab edir ki, sanksiyaların sərtləşdirilməsi Rusiyanı danışıqlar masasına oturmağa məcbur edər.

Trampın seçki vədlərinin taleyinin Ukraynadakı müharibəni 24 saata dayandıracağı vədi kimi gerçəkləşməyəcəyini öncədən söyləmək mümkün olduğu kimi, Trampın ikinci prezidentlik müddətində ölkənin bir çox siyasi ənənələrini pozacağı aydın görünür. Bu istiqamətdə müəyyən addımları Tramp inaqurasiya mərasimindən öncə atmağa başlayıb. Belə ki, Si Cinpinlə telefon danışı zamanı Tramp Çin dövlət başçısını inaqurasiya mərasimində iştirak etməyə dəvət etmişdi. Halbuki xarici ölkə rəhbərlərinin ABŞ prezidentlərinin inaqurasiya mərasiminə dəvət edilməsi əvvəllər müşahidə olmayıb. 

Si Cinpin isə Trampın andiçmə mərasimində iştirakdan yayınaraq Vaşinqtona müavini Han Zhengi göndərib. Siyasi müşahidəçilər hesab edir ki, bu, Si Cinpinin Trampa qarşı əks-gedişi kimi qəbul oluna bilər. Çünki Han Zhenqin Honq Konq və Makaoya nəzarəti həyata keçirir. Bu ərazilərin Çinə qaytarılmasının əsas şərti olan "bir ölkə, iki sistem" siyasətindən uzaqlaşma, demokratik azadlıqların məhdudlaşdırılması məhz Han Zhengin adı ilə bağlıdır. Trampın buna nə ilə cavab verəcəyi, ümumiyyətlə cavab verib-verməyəcəyi məlum deyil. Ancaq o məlumdur ki, Tramp prezidentliyinin ilk 100 günündə Pekinə səfər etmək niyətindədir.

İnauqurasiya mərasimi başa çatan kimi Donald Tramp seçkiqabağı vədlərini yerinə yetirən və sələfi Co Baydenin irsini ləğv edən onlarla sərəncam imzalayıb. Bunların arasında yeni administrasiyanın üzvlərinin təyinatlar və sələfi Baydenin 78 "zərərli" sərəncamının və memorandumunun ləğvini nəzərdə tutan sərəncamlar var. Trampın sərəncamları arasında əsas yeri vəd etdiyi kimi qeyri-qanuni immiqrasiya ilə mübarizə təşkil edib. Bununla əlaqədar Tramp ABŞ sərhədlərində fövqəladə vəziyyət elan edib. Bu addım qeyri-qanuni mühacirlərin kütləvi deportasiyasını həyata keçirmək üçün prezident administrasiyasına əlavə səlahiyyət və resurslar verəcək. Tramp, həmçinin ABŞ ordusuna ölkənin cənub sərhədini qeyri-qanuni immiqrasiyadan qorumağa diqqət yetirmək əmri verməklə yanaşı, cənub sərhədində hasarın yeni hissəsinin tikintisinə göstəriş verib. Tramp ABŞ torpaqlarında doğulan miqrantların uşaqlarına ABŞ vətəndaşlığı verilməsini də dayandırıb.

Gözlənilənlərin əksinə olaraq Tramp prezidentliyinin ilk günündə bütün idxala tariflər tətbiq etmədi. Bunun əvəzində Tramp administrasiyasının üzvlərinə ABŞ-nin tərəfdaş ölkələrlə ticarət balansını araşdırmaları üçün göstəriş verib.

Tramp vəd etdiyi kimi, 6 yanvar 2021-ci ildə Konqresə basqına görə həbs edilən 1600-ə yaxın şəxsi əfv edib. Məlum olduğu kimi, dörd il əvvəl Trampın bəzi tərəfdarları onun seçki saxtakarlığı iddialarından qızışaraq səsvermənin nəticələrinin təsdiqləndiyi ABŞ Konqresinə basqın etmişdilər. Həmin basqın zamanı beşi polis əməkdaşı olmaqla doqquz nəfər ölmüşdü.

Tramp seçki kampaniyası zamanı vəd etdiyi kimi, Baydenin Alyaskada neft və qaz quyularının qazılmasını qadağan edən əmrini ləğv edib. Bundan başqa, Tramp mayeləşdirilmiş təbii qazın (LNG) ixracına qoyulan məhdudiyyətlərin aradan qaldırılmasına göstəriş verib, yeni boru kəmərlərinin tikintisini asanlaşdırıb və elektrik enerjisi istehsalının artırılmasına yönəlmiş fövqəladə vəziyyət elan edib. Tramp birinci prezidentliyi dövründə olduğu kimi, ABŞ-nin Paris İqlim Sazişindən çıxması haqqında BMT-yə bildiriş məktubu imzalayıb.

Tramp sələfi Baydenin Kubanı terrorizmə sponsorluq edən dövlətlər siyahısından çıxaran sərəncamını ləğv etməklə yanaşı, TikTok qadağanını 75 gün təxirə salıb və Meksika Körfəzinin adını Amerika Körfəzi olaraq dəyişdirib.

Trampın vəd etdiyi "qızıl dövr" belə başlayıb. Ekspertlər isə Trampın bir sıra sərəncamlarının iqtisadiyyata zərər verəcəyini, beynəlxalq münasibətlərdə xaosu daha da artıracağını ehtimal edirlər. Miqrantların kütləvi deportasiyasının iqtisadiyyata böyük zərər vuracağı, sənayenin bir çox sahələrində kadr qıtlığı yarada biləcəyi güman edilir. Belə görünür ki, Trampın ikinci prezidentlik müddətinin necə olacağı ilə bağlı "prezidentin ilk 100 günü" ənənəsini gözləmək lazım olmayacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:299
embedMənbə:https://525.az
archiveBu xəbər 22 Yanvar 2025 17:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see353

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see336

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see317

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see299

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see264

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see256

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see248

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see233

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see221

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see210

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see204

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see204

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see203

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see201

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see195

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see195

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see179

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see178

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see168

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

11 Noyabr 2026 23:54see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri