Icma.az
close
up
RU
525 ci qəzet “Ermənistan təxribata əl atsa, çox qısa müddətdə tam məhv ola bilər” Deputat

525 ci qəzet “Ermənistan təxribata əl atsa, çox qısa müddətdə tam məhv ola bilər” Deputat

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ermənistanda hökumət aydın anlayır ki, hər hansı bir təxribat Ermənistan dövlətinin xəritədən silinməsinə gətirib çıxara bilər. Bu onlar üçün çox böyük təhlükədir, iki ölkə arasında güc nisbəti elədir ki, Ermənistan çox qısa müddətdə tam məhv ola bilər. Ona görə də düşünürəm ki, təxribat ab-havası ancaq ölkənin daxili siyasəti ilə bağlıdır.

Bu barədə 525.az-a aşqılamasında Milli Məclisin deputatı Asim Mollazadə bildirib.

Qeyd edək ki, teleqram kanallarında Ermənistan Silahlı Qüvvələrinin Kəlbəcər istiqamətində xəndəklər qazması, qoşun toplamasına dair görüntülər yayılıb.

“Hansısa oyunlar gedir, amma  mən inanmıram ki, Ermənistan cəsarət edib hansısa addımı ata bilsin. İstisna deyil ki, ola bilsin, başqa ölkəyə xidmət edən qüvvələr bölgədə gərginlik yaratmağa çalışa bilərlər, lakin Ermənistan hökuməti çox gözəl anlayır ki, Azərbaycan qısa müddətdə istənilən təxribatın qarşısını alıb, Ermənistanı çox ağır vəziyyət qarşısında qoya bilər”, - deputat əlavə edib.

A.Mollazadə Ermənistanın sülh istiqamətində niyə addım atmamasına da toxunub. Onun sözlərinə görə, İrəvan oyunlar oynayır: “Ermənistan Rusiya ilə, Qərb ilə oyun oynayır, ən çox onların qorxduğu qüvvə isə diasporadır. Yəni, oyunlar oynamaqda davam edir. Nə sülh istiqamətində addım atır,  nə də hansısa bir hərbi əməliyyata cəsarət edir. Ona görə də oyunların içində qalıb və Ermənistan sadəcə olaraq Qərblə Rusiya arasında gizli və qeyri-qanuni ticarəti həyata keçirmək üçün bir vasitəçi dövlət kimi istifadə olunur”.  

ABŞ-la Ermənistan arasında imzalanmış Strateji Tərəfdaşlıq  Xartiyasının İrəvanın hazırkı davranışlarında nə kimi rolu oynamasına gəlincə, deputata görə bu, Bayden administrasiyasının bölgədə gərginliyi artırmağa yönəlmiş son oyunu idi: “Lakin mən inanmıram ki, bu, Ermənistana hansısa iqtisadi dirçəliş, yaxud da hərbi imkanlar yarada bilən sənəddir”.

A.Mollazadə Bakıda məhkəmə prosesi davam edən hərbi cinayətlərdə ittiham olunan ermənilərlə bağlı Paşinyanın açıqlamasına münasibət bildirərək deyib ki, bu cür mövqeyin arxasında elə Ermənistanın hakimiyyətinin indiyə kimi apardığı müəmmalı siyasət dayanır: “Hamı üçün xoş olmağa çalışırlar və heç bir real addım atmırlar. Əslində Ermənistan bir dövlət kimi öz xilasını  Azərbaycan və Türkiyə ilə normal münasibətlər qurmaqda görməlidir. İstənilən başqa addımlar Ermənistanı məhvə sürükləyə bilər”.

Xatırladaq ki, Paşinyan deyib ki, Bakıda məhkəmə qarşısına çıxarılan ermənilərə “qadağan olunmuş psixoaktiv maddələrin verildiyinə dair İrəvanda kəşfiyyat məlumatları var”, “məqsəd onların ifadələrindən istifadə edərək, regionda gərginliyi artıracaq bəyanatların verilməsidir”.

Deputat əlavə edib ki, Paşinyanın siyasətində bir qütbdən digər qütbə qaçdığını görmüşük: “Ya gəlib Qarabağda rəqs edib, sonra anlayıb ki, bu rəqsləri, hərəkətləri Ermənistanın sonunu gətirib çıxara bilər və döyüş bölgəsdindən qaçıb. Görürsünüz ki, hansısa bir real siyasət həyata keçirə bilmirlər. Ona görə oynayıb, fərqli qüvvələrin arasında hamıya “hə” deyib və vədlərini yerinə yetirməkdən qaçıb”.

Pərvanə Sultanova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://525.az
archiveBu xəbər 28 Yanvar 2025 14:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see249

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see198

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see145

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see141

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri