Icma.az
close
up
RU
525 ci qəzet “Daha çox əl, daha az vida”

525 ci qəzet “Daha çox əl, daha az vida”

525.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan Yazıçılar Biriyinin üzvü Əzizə Həsənova Heyran xanım adına “Zərif Qadınlar Ədəbi Məcisi”nin istedadlı gənc üzvlərindəndir. Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakültəsində Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə təhsil alıb. Prezident təqaüdçüsüdür. İndiyədək dörd kitabı işıq üzü görüb: “Mavi gözlü Xəzərim”, “Sevgi nəğməkarı”, “Olmamaqdı bu olmaq” və “Əsmanur”. Eyni zamanda “Zərif kölgələr”, “Çinar ömrü”, “Vətən mücahidləri”, “Azad qələm” və 2024-cü ildə “Zərif Qadınlar Ədəbi Məclisi”nin dəstəyi işıq üzü görən, naxçıvanlı qadın yazarların Naxçıvan Muxtar Respubikasının yüz illiyinə həsr olunmuş əsərlərindən ibarət “Yüz ilimin sədası” kimi antologiyalarda da şeirləri çap olunub.

Əzizə Həsənovanın “Daha çox əl, daha az vida” adlı kitab oxucularına ərməğan etdiyi sayca beşinci kitabıdır. Kitabın redaktoru və ön sözün müəllifi Naxçıvan Yazıçılar Birliyinin sədri Asim Yadigardır. Əzizə xanımın yaradıcılığına yaxından bələd olan biri kimi, Asim müəllim kitaba dərin məzmunlu ön söz yazıb.

Bu günlərdə kitabın təqdimatı olub. Səmimi bir ortamda baş tutan tədbiri giriş sözü ilə şair, filologiya üzrə fəlsəfə doktoru Elxan Yurdoğlu açaraq qeyd edib ki, Əzizə xanımı hələ tələbəlik illərindən tanıyır və o, ədəbi dərnəklərdə fəal iştirakı ilə seçilir, öz şeirləri ilə oxucu könlünə yol tapmağı bacarırdı.   

Tədbirdə çıxış edən filologiya üzrə elmlər doktoru, professor Sədaqət Həsənova Əzizə xanımın yaradıcılığında diqqəti çəkən yeni ifadələrdən söz açıb, onun yaradıcılığındakı dil üslubunun özünəməxsusluğunu vurğulayıb.

Naxçıvan Dövlət Universitetində Əzizə Həsənovanın müəllimləri olmuş, yaradıcılığının ilk addımlarına şahidlik etmiş dəyərli ziyalılarımız – filologiya üzrə fəlsəfə doktoru, Əməkdar müəllim İman Cəfərli, tənqidçi, ədəbiyyatşünas, filologiya üzrə fəlsəfə doktoru Əbülfəz Əzimli, Əməkdar müəllim, şair Mirkərim Həsrət, Əməkdar mədəniyyət işçisi, şair Ümbülbanu Musayeva, eləcə də “Zərif Qadınlar Məclisi”nin üzvləri və ürəyində Əzizə xanımın yaradıcılığına, onun şəxsiyyətinə rəğbətləri olanlar çıxış edərək müəllifə yeni yaradıçılıq uğurları arzulayıblar.

Sonda Ə.Həsənova çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılara öz minnətdarlığını bildirib.

Təranə Arifqızı

Şair-publisisit, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Heyran xanım adına “Zərif Qadınlar Məclisi”nin rəhbəri.

Əzizə Həsənova

BİR GECƏ YARISI GƏLSƏN ANİDƏN

Bir gecəyarısı anidən gəlsən,

Səpsən xatirəni, otaqlar dolsa,

Sən qoxsa üst-başım, çayım dəm alsa,

Bir gecəyarısı anidən gəlsən...

Gecədən ruhuma qaranlıq çöksən,

Payız torpağıma çiçəklər əksən,

Sən də mənim kimi sevgidən təksən,

Bir gecəyarısı anidən gəlsən...

Yoxmu bu gecənin qəfil qonağı?

Topla gəl nəzəri, gözü, qınağı,

Qulağım səsdədir, çatar sorağı,

Bir gecə yarısı anidən gəlsən...

Anı gəlişlərin sığmaz illərə,

Ayları gah vurdum, çıxdım illərə,

Daha nə qaldı ki, dörd fəsillərə,

Bir gecə yarısı gəl, sən anidən...

GİLANAR MÖVSÜMÜ

Mən kitab deyiləm, dua kitabı,

Əl açıb Allaha, sığın əfvimə.

Arabir çevirib boş vərəqləri,

Sonra qaldırasan kitab rəfinə.

Geyəsən ən gözəl mavi donunu,

Topla saçlarını, mən bəyəndiyim.

Bir söz var, deyir ee, dağlar, sənə də,

Nə boyda qar yağdı, mən güvəndiyim.

Beləcə, fəsillər, illər ötdü də,

Könlünə yatmadı xoş nəğmələrim.

Unutdun, unutdu, unudulanlar,

Qalacaq qəlbimdə ayaq izlərin...

ARABİR

Arabir üşüyürəm,

Bir qucaqlıq canım var.

Havanın da sərt üzü,

Hərdən xəzri, gilavar.

Bilmirsən e, sən məni,

Yaman dəymədüşərəm.

Qorxdun ki, aşiq olub,

Ürəyinə düşərəm?

Hər bar verən ağacın

Meyvəsi şirin olmaz.

Hər əsən küləyin də,

Havası sərin olmaz.

Bir qucaqlıq canım var,

Üşüyürəm arabir.

Adımı da unutdum,

Çağır məni Sara, bir.

Sellər aparsın Saranı,

Yod vur, sağaltsın yaranı,

Gözlədiyin yol adamı,

Gözlə, gələcək arabir.

BƏHANƏ PAYIZ

Yenə xəstələnmişəm,

Yenə soyuq bədənim.

Bu soyuq əllərimi,

İsitməzmi həsrətin?

Bu payız da bəhanə,

Ruhumun otağında.

Dəvətsiz qonaq kimi,

Uzanıb yatağımda.

Sarı xəzəl saçını,

Hörüm payız ömrümə.

Payız unutqan olur,

Fəsillərdən, sən demə.

Unut, unut bu payız məni,

Söz, ...qalsın aramızda.

Unutmağın özü də,

Bəhanədir payıza...

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://525.az
archiveBu xəbər 10 Fevral 2025 14:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Niqab qadağan olunur, hicab necə olacaq? Meloninin planı gündəmi dəyişdi

21 Sentyabr 2026 14:58see357

Körpənin ilk nəfəsini gözləmədən gələcəyini dəyişə bilərik Hamiləlik zamanı müayinələr nə üçün vacibdir? Foto

21 Sentyabr 2026 03:30see263

“Namaz qılmaq istəyirəm...”

20 Sentyabr 2026 21:52see261

“Abşeron Logistika” 2025 ci ili 77 milyon manat gəlir və 6,2 milyon manat xalis mənfəətlə başa vurub

22 Sentyabr 2026 12:55see251

Veyplər və erkən saç ağarması: həkimlər bir əlaqə görürlər, amma...

20 Sentyabr 2026 21:20see249

Berlin meri türk ola bilər

20 Sentyabr 2026 23:34see236

Yeni həftədə hansı bürclər şad xəbər eşidəcək?

20 Sentyabr 2026 23:39see234

REM yuxusu 83 xəstəliyin daha aşağı riski ilə əlaqələndirilir: araşdırma

20 Sentyabr 2026 20:37see229

Neftin qiyməti 60 dollara düşə bilər? Enerji böhranının tam həlli...

21 Sentyabr 2026 16:18see229

“Bavariya” prezidenti: “Yamal yaxşıdır, amma...”

21 Sentyabr 2026 03:39see226

20 Sentyabrın tarixi əhəmiyyəti: Dövlət hakimiyyəti bütün ölkədə tam təmin olundu

20 Sentyabr 2026 19:45see226

Diplomatların Qarabağa səfərinə Ermənistan cəmiyyətinin reaksiyası Azərbaycanın daxili işlərinə kobud müdaxilədir

20 Sentyabr 2026 23:11see223

Səyyad Aranın sözlərinə Səhiyyə Nazirliyindən CAVAB

21 Sentyabr 2026 14:49see220

Bundesliqa: Bayer inamlı qələbəyə sevindi

21 Sentyabr 2026 03:36see219

Çinlə ABŞ arasında ticarət iqtisadi məsləhətləşmələr başlayıb

20 Sentyabr 2026 19:53see219

Türkiyə Superliqası: Beşiktaş dan gözlənilməz məğlubiyyət Video

20 Sentyabr 2026 23:24see216

İltihablı sızanaqlar yeniyetmənin həyatını alt üst etmişdi. İnteqrativ müalicə ilə həll yolu tapıldı VİDEO

21 Sentyabr 2026 14:56see214

Bal orqanizmə necə zərərli ola bilər?

21 Sentyabr 2026 19:22see211

Qırmızı soğan və karri Bu ikili orqanizmi gücləndirir

21 Sentyabr 2026 18:20see208

Biznesi sürətlə böyütməyin yolları

21 Sentyabr 2026 03:17see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri