Icma.az
close
up
RU
525 ci qəzet Ermənistan eskalasiyaya can atır

525 ci qəzet Ermənistan eskalasiyaya can atır

Icma.az, 525.az portalına istinadən məlumat verir.

Pərvanə SULTANOVA
[email protected]

Ermənistan Azərbaycanla sülh istiqamətində addım atmaq əvəzinə, gərginlik yaratmaqla məşğuldur. Bir tərəfdən Baş nazir Nikol Paşinyan məsuliyyətsiz, heç bir əsası olmayan, amma eskalasiyaya xidmət edən bəyanatlar verir, digər tərəfdən Fransa başda olmaqla bir sıra dövlətlərdən kütləvi şəkildə silahlar alır. Məsələn, Paşinyan bir neçə gün əvvəl Ermənistan Respublikası və onun silahlı qüvvələri, o cümlədən Ermənistanın yaratdığı qanunsuz "Dağlıq Qarabağ respublikası" və onun qanunsuz silahlı birləşmələri tərəfindən törədilən cinayətlərdə ittiham olunan və Bakıda məhkəmə qarşısına çıxarılan ermənilərə "qadağan olunmuş psixoaktiv maddələrin verildiyinə dair İrəvanda kəşfiyyat məlumatları var", "məqsəd onların ifadələrindən istifadə edərək, regionda gərginliyi artıracaq bəyanatların verilməsidir", açıqlaması tam cəfəngiyyatdır. Məlumdur ki, növbəti dəfə ictimaiyyəti aldatmağa çalışan Paşinyan bununla həm özünü sığortalamağa cəhd edir, həm də Azərbaycana iftira atır. Çünki məhkəmə prosesinin gedişində onların verəcəkləri bir sıra ifadələrdən, daha doğrusu, həqiqətlərin üzə çıxmasından ehtiyat edir. Amma Paşinyanın təxribatı təkcə bununla yekunlaşmır.

Bir neçə gün əvvəl Teleqram kanallarında Ermənistan Silahlı Qüvvələrinin Kəlbəcər istiqamətində xəndəklər qazması, qoşun toplamasına dair görüntülər yayılıb. Bu bir daha onu göstərir ki, İrəvan tərəfi təxribatçı addımlarından geri çəkilmək niyyətində deyil, bölgədə eskalasiya yaratmağı hədəfləyir və sadəcə fürsət gözləyir.

Ötən il sülh sazişinin imzalanması üçün çox əlverişli şərait yaranmışdı, amma məhz Ermənistanın ikili oyunları, sülhə doğru əsas addımları atmaması bu fürsətin əldən verilməsi ilə nəticələndi. 2025-ci il başlayandan İrəvanın sərgilədiyi mövqe, atdığı addımlar sülhdən çox uzaqda olduqlarını nümayiş etdirir. Sürətlə silahlanma yolunu seçən Ermənistan bölgəyə üçüncü qüvvələri cəlb etməkdə də maraqlıdır. Sülhə gedən yolu daraldan məqamlardan biri də məhz budur. Çünki Azərbaycanın tələblərindən biri sərhədə üçüncü qüvvələrin gətirilməməsidir. Hazırda Avropa İttifaqının hərbləşmiş missiyası regiondadır. Onların öz mandatlarından kənara çıxmaları, kəşfiyyat məlumatları toplamalarına dair faktlar rəsmi Bakı tərəfindən dəfələrlə açıqlanıb. Ümumiyyətlə, bu missiyanı sərhəddə saxlamağa heç bir lüzum yoxdur. Ermənistanı həvəsləndirən həm də artıq keçmiş olan Bayden administrasiyası ilə Strateji Tərəfdaşlıq Xartiyasının imzalanmasıdır. Baxmayaraq ki, bu sənədin taleyinin necə olacağı hələ bəlli deyil. Yəni Tramp administrasiyasının ona necə yanaşacağına dair aydın mövqe yoxdur. Hazırda Tramp daha qlobal məsələlərlə məşğuldur və Ermənistanla bağlı keys onun üçün təbii ki, aktual deyil. Elə İrəvanın özündə də bununla bağlı narahatlıq var. Bu ölkədən olan ekspertlər dəfələrlə sənədi tənqid ediblər. Məsələn, ABŞ üzrə ixtisaslaşmış beynəlxalq ekspert Suren Sarkisyan bəyan edib ki, Vaşinqtonda imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası İrəvana heç bir təhlükəsizlik zəmanəti vermir. Onun sözlərinə görə, sənəddə Ermənistan dövlətinin təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş heç bir mexanizm yoxdur. Sözügedən sənəd, həmçinin Vaşinqtonun İrəvana silah və sursat satmasını və ya hərbi yardım göstərməsini nəzərdə tutmur: "İmzalanmış sənəd bu barədə deyil, sadəcə olaraq, strateji dialoq haqqında əvvəllər imzalanmış sazişdən sonra Ermənistan-Amerika münasibətlərinin növbəti mərhələsini vurğulayır. Amma burada nəzərə almaq lazımdır ki, hər iki sənəd hələ 1990-cı illərdə, o cümlədən investisiyaların təşviqi və qorunmasına dair bir çox ikitərəfli sazişlərin bağlandığı müqavilə-hüquqi bazaya əsaslanırdı. Bu sənədlər olmasaydı, Strateji Tərəfdaşlıq haqqında Xartiyanın imzalanması qeyri-mümkün olardı. Bu səbəbdən bunu ABŞ prezidenti Co Bayden və Baş nazir Nikol Paşinyanın nailiyyətlərinə aid etmək olmaz. Üstəlik, əgər məsələyə bu nöqteyi-nəzərdən yanaşsaq, o zaman ABŞ-nin indiki administrasiyası dövründə bu sənəd birmənalı şəkildə icra olunmayacaq".

Erməni ekspert xatırladıb ki, bu, sadəcə olaraq Xartiyadır və onun çərçivəsində sənədin müddəalarını həyata keçirəcək işçi qrupunun yaradılması nəzərdə tutulur. O qeyd edib ki, ABŞ-nin hazırkı prezidenti Donald Tramp administrasiyasının Ermənistana qarşı fəallığı Co Bayden dövründə müşahidə ediləndən qat-qat az olacaq. İlk növbədə ABŞ-nin yeni administrasiyasının imzalanmış Xartiya ilə necə davranacağını anlamaq lazımdır. Eyni zamanda, ABŞ və İsrail, ABŞ və NATO üzvü olan ölkələr arasında münasibətlər üçün xarakterik olan "strateji tərəfdaşlıq" və "strateji münasibətlər" anlayışlarını ayırd etmək çox vacibdir.

Erməni ekspert etiraf edib ki, Trampdan fərqli olaraq, Bayden regionun problemlərindən yaxşı xəbərdar idi: "O, əvvəllər ABŞ-nin vitse-prezidenti, ondan əvvəl isə senator kimi ən ermənipərəst siyasətçilərdən biri olmaqla Ermənistanla bağlı məsələləri dərindən araşdırıb. Ağ Evin hazırkı rəhbəri Ermənistanın problemlərindən o qədər də xəbərdar deyil və onun siyasəti sələfindən fərqli olacaq. Önümüzdəki aylarda bu iki siyasətçi arasında yanaşma fərqi daha da aydınlaşacaq".

Milli Məclisin deputatı Asim Mollazadə "525"ə açıqlamasında yuxarıda toxunduğumuz mövzuları şərh edib. Əvvəlcə Ermənistanın mümkün hərbi təxribatına toxunan deputat deyib: "Ermənistanda hökumət aydın anlayır ki, hər hansı bir təxribat Ermənistan dövlətinin xəritədən silinməsinə gətirib çıxara bilər. Bu, onlar üçün çox böyük təhlükədir. İki ölkə arasında güc nisbəti elədir ki, Ermənistan çox qısa müddətdə tam məhv ola bilər. Ona görə də düşünürəm ki, təxribat ab-havası ancaq ölkənin daxili siyasəti ilə bağlıdır. Hansısa oyunlar gedir və mən inanmıram ki, Ermənistan cəsarət edib hansısa addımı ata bilsin. İstisna deyil ki, başqa ölkəyə xidmət edən qüvvələr bölgədə gərginlik yaratmağa çalışsınlar. Lakin Ermənistan hökuməti çox gözəl anlayır ki, Azərbaycan qısa müddətdə istənilən təxribatın qarşısını alıb, Ermənistanı çox ağır vəziyyət qarşısında qoya bilər".

A.Mollazadə Ermənistanın sülh istiqamətində niyə addım atmamasına da toxunub. Onun sözlərinə görə, Ermənistan oyunlar oynayır: "Ermənistan Rusiya və Qərblə oyun oynayır. Onların ən çox qorxduğu qüvvə isə diasporadır. Nə sülh istiqamətində addım atır,  nə də hansısa bir hərbi əməliyyata cəsarət edir. Ona görə də oyunların içində qalıb. Ermənistan sadəcə olaraq Qərblə Rusiya arasında gizli və qeyri-qanuni ticarəti həyata keçirmək üçün bir vasitəçi dövlət kimi istifadə olunur". 

ABŞ-la Ermənistan arasında imzalanmış xartiyanın İrəvanın hazırkı davranışlarında hansı rolu oynayacağına gəlincə, deputata görə bu, Bayden administrasiyasının bölgədə gərginliyi artırmağa yönəlmiş son oyunu idi: "Lakin mən inanmıram ki, bu, Ermənistana hansısa iqtisadi dirçəliş, yaxud da hərbi imkanlar yarada bilən sənəd olsun".

A.Mollazadə Bakıda məhkəmə prosesi davam edən hərbi cinayətlərdə ittiham olunan ermənilərlə bağlı Paşinyanın açıqlamasına münasibət bildirərək deyib ki, bunun arxasında elə Ermənistanın hakimiyyətinin indiyə kimi apardığı müəmmalı siyasət dayanır: "Hamı üçün xoş olmağa çalışırlar və heç bir real addım atmırlar. Əslində Ermənistan bir dövlət kimi öz xilasını Azərbaycan və Türkiyə ilə normal münasibətlər qurmaqda görməlidir. İstənilən başqa addımlar Ermənistanı məhvə sürükləyə bilər. Paşinyanın siyasətində bir qütbdən digər qütbə qaçdığını görmüşük. Ya gəlib Qarabağda rəqs edib sonra anlayıb ki, bu hərəkətləri Ermənistanın sonunu gətirib çıxara bilər. Axırda da döyüş bölgəsindən qaçıb. Görürsünüz ki, hansısa bir real siyasət həyata keçirə bilmirlər. Ona görə oyun oynayır, fərqli qüvvələrin arasında hamıya "hə" deyir, sonra da vədlərini yerinə yetirməkdən qaçırlar".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:262
embedMənbə:https://525.az
archiveBu xəbər 29 Yanvar 2025 11:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri