Icma.az
close
up
RU
525 ci qəzet Gəncliyə inam gələcəyə inamdır 2 fevral Azərbaycan Gəncləri Günüdür!

525 ci qəzet Gəncliyə inam gələcəyə inamdır 2 fevral Azərbaycan Gəncləri Günüdür!

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Tural AXUNDOV
"Təhsil Nəşriyyat-Poliqrafiya" MMC-nin baş direktoru, "Azərbaycan Kitab, Maarif və Poliqrafçılar" İctimai Birliyinin sədri

İnsan gələcəyə olan ümidlərini özündən daha çox övladları ilə bağlayır. Xalq da belədir. Yaşlı vətəndaşlar ölkənin gələcəyi barədə fikir bildirəndə ən çox gənclər haqqındakı düşüncələrinə istinad edirlər. Bu mənada gənc nəslin tərbiyəsi hər bir ölkə üçün taleyüklü məsələdir. Gənclik bir millətin yaşaması və inkişafının əsas amilidir.

Ötən əsrin sonlarında Azərbaycanda mürəkkəb ictimai-siyasi hadisələr baş verirdi. Azərbaycanın çətin günlərində dövlətçiliyimizi xilas etmək üçün hakimiyyətə gələn Ulu öndər Heydər Əliyev gənclərlə bağlı məsələləri öz siyasətinin əsas istiqamətlərindən birinə çevirdi. Ümummilli liderin siyasəti gənclərlə işin canlanmasına səbəb oldu. Gənc nəslin dövrün tələbləri səviyyəsində yetişməsi üçün ilk addım olaraq Prezidentin 26 iyul 1994-cü il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yaradıldı. Bu siyasətin davamı olaraq 1996-cı il fevralın 2-də ilk dəfə müstəqil dövlətimizin gənclər forumu keçirildi. Forumun keçirilməsi Azərbaycanın taleyi ilə bağlı bütün məsələlərin həllində ölkə gənclərinin fəal iştirak etməsinə çağırış idi. Növbəti ildə Ulu öndərin imzaladığı Fərmana əsasən fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edildi. O vaxtdan etibarən bu əlamətdar gün hər il Azərbaycanda təntənəli şəkildə qeyd edilir. Gənclər günündə bütün istiqamətlər üzrə fəaliyyət göstərən gənclər yekun hesabat verirlər.

Azərbaycana rəhbərlik etdiyi sonrakı illərdə Heydər Əliyevin təşəbbüsü və yaxından iştirakı ilə gənclərlə bağlı siyasət davam etdirildi, bu sahədə zəruri qanunvericilik bazası yaradıldı. Gənc nəslin mütəşəkkil qüvvə kimi formalaşmasına, mənəvi-ideoloji cəhətdən yetkinləşməsinə, öz qabiliyyətlərini inkişaf etdirməsinə geniş imkanlar açan fərmanlar, sərəncamlar və dövlət proqramları qəbul edildi.

Ümummilli liderimiz həmişə cavanların fikrini öyrənir, onların bacarıqlı kadrlar kimi yetişməsinə böyük ümidlər bəslədiyini dilə gətirirdi. Hələ sovet dövründə Heydər Əliyev Azərbaycanda müasir düşüncəli, savadlı, dünyagörüşlü milli kadrlar yaratmağa çalışırdı və gəncləri bu məqsədlə müxtəlif ölkələrə təhsil almağa göndərirdi. Ulu öndər deyirdi: "Bu təhsil sisteminin nə qədər dəyərli olduğunu ondan görmək olar ki, Azərbaycanda yüksək savada, biliyə, ixtisasa, yüksək elmə malik insanlar var və onlar cəmiyyətin çox hissəsini təşkil edir. Əgər bunlar olmasaydı, Azərbaycanın iqtisadiyyatı belə güclü inkişaf edə bilməzdi. Bunlar olmasaydı, Azərbaycan elmi inkişaf edə bilməzdi. Bunlar olmasaydı, biz indi Azərbaycanı müstəqil dövlət kimi idarə edə bilməzdik. Onları qiymətləndirmək lazımdır və on illərlə əldə etdiyimiz nailiyyəti heç vaxt unutmamalıyıq".

Azərbaycan müstəqilliyini bərpa edəndən sonra da təhsil sferası Heydər Əliyev üçün həmişə prioritet məsələ olub. "Təhsil millətin gələcəyidir!" deyən Ulu öndər təhsilin dünya standartlarına uyğun inkişafı, məktəb şəbəkəsinin genişləndirilməsi ilə bağlı fərman və sərəncamlar, islahat və dövlət proqramları imzalamışdır. Ulu öndər öz yorulmaz fəaliyyəti ilə Azərbaycan təhsilində böyük dəyişikliklərin əsasını qoymuşdur. Bu dəyişikliklərin də əsasında milli ideologiyamız dayanırdı. Heydər Əliyev deyirdi: "Milli ideologiyamızı hər yerdə tətbiq etmək üçün məktəblərdə Azərbaycan xalqının tarixinin tədrisinə çox ciddi fikir vermək lazımdır... Gənclərimiz öz tarixini, öz tarixi keçmişini gərək yaxşı bilsinlər, çünki mənəviyyatımız, gənclərin bugünkü və gələcək mənəviyyatı bununla bağlıdır".

Həmin dövrdə ümumi təhsil müəssisələri üçün tarix dərslikləri "Təhsil" nəşriyyatında hazırlanırdı. Müəlliflərlə birlikdə bu dərsliklərin üzərində əməkdaşlarımız da yorulmadan işləyirdilər. Ulu öndərin fikirləri təhsil sferasında çalışanların hər biri kimi bizim üçün də istinad nöqtəsi, yol göstərən mayak idi. Xatırlayıram, illər öncə nəşriyyatımıza 5-ci sinif Azərbaycan tarixi dərsliyi ilə bağlı bir məktub daxil olmuşdu. Məktubda "Kitabi-Dədə Qorqud"dan bəhs edən mövzunun nifrət hissi aşıladığı və bu cür mətnlərin dərsliyə daxil edilməsinin gənc nəslin tərbiyəsinə mənfi təsir etdiyi yazılmışdı. İrad konkret olaraq eposdan götürülmüş "Qarı düşmən dost olmaz!" məşhur atalar sözünə və oğuz igidlərinin şəhidlərin qanını yerdə qoymayacaqlarına and içmələrinə bildirilmişdi. Bu qənaətin hansı düşüncədən qaynaqlandığı barədə heç bir fikir söyləmədən demək istəyirəm ki, biz düz yolda olduğumuza əmin idik, çünki yuxarıda qeyd etdiyim kimi, fəaliyyətimiz boyunca Ulu öndərin fikirləri yolumuza işıq tutmuş, gedəcəyimiz istiqaməti müəyyənləşdirmişdi.

Xalqımızın qürur mənbəyi olan "Kitabi-Dədə Qorqud" tarixi keçmişimizi əks etdirən möhtəşəm folklor nümunəsidir. Təsadüfi deyil ki, 2000-ci ildə "Dədə Qorqud dastanları"nın yaranmasının 1300 illik yubileyi Azərbaycanda təntənə ilə qeyd olunarkən Ulu öndər "Kitabi-Dədə Qorqud"u qəhrəmanlıq eposu kimi yüksək dəyərləndirərək demişdi ki, bu dastan "bir cəngavər, bir igid haqqında yox, bütöv bir xalqın qəhrəmanlığını özündə cəmləşdirən bir eposdur. Bizim zəngin tariximiz, qədim mədəniyyətimiz və milli-mənəvi dəyərlərimiz "Kitabi-Dədə Qorqud" eposunda öz əksini tapmışdır. Bu epos bizim ümumi sərvətimizdir və hər bir azərbaycanlı onunla haqlı olaraq fəxr edə bilər. Dastanın məzmununu, mənasını, onun hər bir kəlməsini hər bir azərbaycanlı məktəbdən başlayaraq bilməlidir. Bu, bizim ana kitabımızdır və gənclik bu kitabı nə qədər dərindən bilsə, millətini, xalqını, vətənini, müstəqil Azərbaycanı bir o qədər çox sevəcəkdir". Doğrudan da, dastanlarda nifrət hissi deyil, böyüyə hörmət, ata-anaya məhəbbət, iman və etiqad, namus və qeyrət, ailəyə, torpağa, vətənə sədaqət kimi yüksək keyfiyyətlər öz əksini tapmışdır. Ulu öndərimiz dastanların bu cəhətini yüksək qiymətləndirərək "Kitabi-Dədə Qorqud"u həm də "bizim etika kitabımız, əxlaq kodeksimiz" adlandırmışdır. Heydər Əliyevin bu fikirləri "Kitabi-Dədə Qorqud" eposuna verilən ən böyük qiymətdir.

Zaman Ulu öndərin nə qədər haqlı olduğunu sübut etdi. 44 günlük müharibədə və ordumuzun 2023-cü ildə keçirdiyi antiterror əməliyyatlarında Azərbaycan gəncliyi Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında əsl hünər göstərdi.

Çox sevinirik ki, Heydər Əliyevin böyük inam və ümid bəslədiyi, uğrunda çalışdığı nəcib məqsəd artıq gerçəkləşib, onun arzuladığı gənclik yetişib. İndi onların daha yüksək zirvələrə doğru inamla addımladığı dəyişməz yolu, İlham Əliyev kimi güclü liderləri var. Bu isə yeni və böyük uğurların zəmanətidir. Dövlətimizin başçısının gənclər haqqında "Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram" söyləməsi, "Gənclər üçün Prezident Mükafatı"nı, eləcə də, intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri ilə seçilən qabiliyyətli gənclərin müəyyən edilməsinə və ölkədə kadr ehtiyatı bankının yaradılmasına xidmət edən "Yüksəliş" müsabiqəsini təsis etməsi ölkəmizdə gənclər siyasətinin bu gün də uğurla davam etdirilməsinin əyani sübutudur. 

Bu gün biz böyük əminliklə deyə bilərik ki, müasir Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərimizi qoruyur və yaşadır. Gənclərimiz müstəqil Azərbaycanın bugünü və gələcəyi haqqında düşünür, yüksək vətəndaşlıq hisslərinə malik olduğunu hər zaman və bütün sferalarda nümayiş etdirir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:112
embedMənbə:https://525.az
archiveBu xəbər 31 Yanvar 2025 14:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri