Icma.az
close
up
RU
Gəncliyə dövlət qayğısının Azərbaycan nümunəsi

Gəncliyə dövlət qayğısının Azərbaycan nümunəsi

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Zakir BAYRAMLI
​​​​​​​Şair-publisist, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü

Gənclik həyatın yüksək dağdan axıb gələn şəlaləyə bənzər elə bir coşqun çağıdır ki, həmin vaxtda insan qaynar bulaq kimi aşıb-daşır, daim irəli getmək, qəlbindəki hər arzu- istəyə çatmaq üçün can atır. Ali təhsil almaq, ürəyəyatan və yaxşı maaşlı işdə işləmək, qurub-yaratmaq, ailə, ev-eşik, maşın sahibi olmaq normal düşüncəli gənclərə yaxşı mənada rahatlıq verməyən hədəflərdir. Gənclik çağı insan ömrünün əsasən 15 ilini təşkil etsə də, insanın gələcəkdə daha sakit və rahat, firavan və xoşbəxt yaşaması üçün bu mərhələdə düzgün seçim etməyin faydası çox böyükdür. Çünki gənclərin gələcək həyatının yaxşı və ya pis olması onların bu seçimi necə aparmalarından asılıdır. Lakin gənclik nə qədər enerjili, qüvvəli və çalışqan olsa da, onun öz məqsədlərinə çatıb həyatda layiqli yer tutması üçün dövlət qayğısı son dərəcə vacib amildir. Şükürlər olsun ki, vətənimiz Azərbaycanda qurulmuş və ildən-ilə inkişaf edib güclənən müstəqil dövlətimiz bu istiqamətdə də nümunəvi siyasət həyata keçirir.

Azərbaycanın dövlət müstəqilliyinin yeni bərpa olunduğu ilk illərdə respublikamızda gənc qüvvələrin düzgün formalaşdırılmasına böyük ehtiyac vardı. 1993-cü ildə Ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə müstəqil dövlətimizin uğurlu gənclər siyasətinin möhkəm və sağlam bünövrəsi qoyuldu. Ulu öndərin vaxtilə vurğuladığı kimi, dövlət müstəqilliyini qazanmaq nə qədər çətindirsə, onu əldə saxlamaq ondan da çətindir. Çünki dünyada mövcud olan 3000 xalqdan yalnız 200-ə yaxınına azad, müstəqil dövlət qurmaq nəsib olub. Ümummilli liderimiz Azərbaycan xalqının mili ruhuna, özünüdərk, özünütəşkil, özünütəsdiq üçün mübarizlik, qorxmazlıq göstərmək kimi keyfiyyətlərinə, eləcə də müstəqillik istəyinə dərindən bələd idi. Müdrik dövlət başçımızın ən böyük arzusu Azərbaycan gənclərini fiziki cəhətdən sağlam və qüvvətli, optimist düşüncəli, mükəmməl tərbiyəli, yüksək savadlı, hərtərəfli dünyagörüşlü, cəmiyyətin avanqardı ola biləcək şəxsiyyətlər kimi görmək istəyirdi. O, gəncləri ölkəmizi bol-bol uğurlara, iqtisadi, sosial və hərbi sahədə inkişafa, xalqımızı xoşbəxt gələcəyə aparacaq qüvvə kimi qiymətləndirirdi.

Lakin həmin dövrdə respublikamızda gənc qüvvələrin inkişaf üçün səfərbər edilməsinə, onların təşkilat halında birləşməsinə cox ciddi ehtiyac vardı. Dahi rəhbər gənclər siyasətinin ilk təşəbbüsçüsü və yaradıcısı oldu. Onun təşəbbüsü və qərarı ilə 1994-cü ildə Azərbaycanda Gənclər və İdman Nazirliyi yaradıldı. Belə bir addım respublikada pərakəndə formada mövcud olan və təşkilatlanmağa ciddi ehtiyac duyan gənclərin böyük sevincinə səbəb oldu. Yeni nazirliyin qarşısına gənclərlə bağlı işlər aparması, gəncləri cəmiyyəti irəlilətmək üçün real qüvvə kimi təşkilatlandırması ən vacib məqsədlər kimi qoyulmuşdu. Bu nazirliyin yaranması həqiqətən respublikamızda gənc fəalların böyük hissəsinin bir araya gəlməsi və onların təşkilatlanması ideyasını gerçəkləşdirdi. 1996-cı ilin fevral ayının 2-də müstəqil dövlətimizin ilk Gənclər Forumu keçirildi və bu əlamətdar gün Azərbaycan tarixinə Gənclər Günü kimi yazıldı. 1997-ci il fevral ayının 1-də Ulu öndərimiz Heydər Əliyev I Gənclər Forumundan sonrakı bir il ərzində görülmüş işlərlə əlaqədar forum iştirakçıları ilə görüş keçirdi. Həmin görüş zamanı geniş və açıq müzakirə üçün tribuna gənclərin ixtiyarına verildi. Görüşdə gənclərlə bağlı görülmüş işlər barədə geniş müzakirə getdi. Sabahı gün, fevral ayının 2-də Ümummili Liderimiz Heydər Əliyevin Sərəncamı ilə Azərbaycanda 2 fevral Gənclər Günü elan edildi. Ölkəmizdə bu günün xüsusi şəkildə və yüksək səviyyədə qeyd edilməsi Ulu öndərin adı ilə bağlıdır. Hər il Gənclər Gününün bayram kimi keçirilməsi dünya şöhrətli dövlət xadimi Heydər Əliyevin Azərbaycan və hətta dünya gənclərinə misilsiz hədiyyəsidir. Gənclər günü MDB ölkələrində, eləcə də Şərqi Avropada ilk dəfə olaraq Azərbaycanda qeyd edilib. Dünya üzrə isə 1999-cu ildə BMT-nin qərarı ilə avqust ayının 12-sinin Ümumdünya Gənclər Günü kimi qeyd olunması qərara alınıb.

Ulu Öndərimiz müasir Azərbaycan gənclərini Azərbaycanın gələcəyi hesab edərək onlara böyük ümidlər bəsləyirdi. Hərtərəfli dünyagörüşə malik, qabaqcıl elmi və texnoloji bilikləri mükəmməl öyrənmiş, fiziki və mənəvi cəhətdən sağlam gənclərə inanmağı və etibar etməyi məsləhət görürdü. İdarə və təşkilatlarda, eləcə də özəl şirkət və sair müəssisələrdə onlara məsul işlər tapşırılmasını istəyirdi.

Ümummilli liderimiz 2002-ci il aprelin 9-da "Gənclər siyasəti haqqında" Azərbaycan Respublikası Qanununu imzaladı. Bu qanunu hazırladıb təsdiq etməkdə Ulu öndərin əsas məqsədi respublikamızda gənclər siyasətini uğurla həyata keçirmək üçün möhkəm qanunçuluq bazasını formalaşdırmaq idi. Ümummilli liderimiz, həmin qanunçuluq bazasına zəruri əlavə kimi, gənclərin sosial və iqtisadi yönümlü problemlərinin həllinə kömək edən, istedad, qabiliyyət və bacarıqlarının üzə çıxarılmasına şərait yaradan və onların inkişafına dəstək verən digər fərman və sərəncamlar da imzaladı. Bu qanunda, eləcə də fərman və sərəncamlarda, həmçinin dövlət proqramlarında respublika gəncləri cəmiyyəti irəli aparan aparıcı qüvvə kimi göstərilirdi. Gənclər siyasətinin düzgün yerinə yetirilməsi dövlətin və cəmiyyətin qarşısına əsas məqsəd kimi qoyulurdu. Ulu Öndərin Azərbəaycan gənclərindən tələbi, istəyi isə belə idi: "Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir".

Gənclər siyasəti hərtərəfli dövlət siyasətinin tərkib hissəsi olmaqla gənclərimizin ahəngdar inkişafının və uğurlu gələcəyinin əsas təminatçısı kimi çıxış edir. Dövlətimiz tərəfindən gənclərə onların ictimai qrup və birliklərinin təşkilatlanması, ictimai-siyasi və iqtisadi fəallıqlarının daha da artırılması üçün hər cür diqqət, qayğı və köməklik göstərilir. Bu səbəbdən yeni nəsil sayılan müasir gənclərimiz Ümummilli liderimizin yüksəltdiyi azərbaycançılıq məfkurəsinə öz sədaqətini və sadiqliyini nümayiş etdirirlər. Onlar milli maraqları qorumaqla bərabər, həm də dünyanın yenilikçi və qabaqcıl gənclər birlikləri ilə inteqrasiya yolunu üstün tuturlar. Gənclərimiz dövlətimizin beynəlxalq nüfuzunun daha da artırılmasında, zəngin mədəni irsimizin qorunaraq düzgün təbliğ edilməsində, dəyərli ümumdünya təsrübəsindən istifadə etməklə milli vətəndaş cəmiyyətinin möhkəmlənməsində və inkişaf etdirilməsində mühüm rol oynayırlar. Eyni zamanda dövlətimiz tərəfindən aparılan gənclər siyasətinin ana xəttini gənclərin Vətənə və torpağa güclü sevgisi təşkil edir. Xalqa sədaqətli və etibarlı olması ilə bərabər, dövlətçiliyimizə dərin hörməti, ordumuzun gücünə, qüdrətinə və qələbəsinə şəksiz inamı gənclərimizin müqəddəs borcu kimi qəbul olunur.

Bu gün ölkəmizdə bir sıra rəhbər vəzifələrdə, o cümlədən hökumətdə, orduda, özəl şirkətlərdə, digər müəssisə, idarə və təşkilatlarda çalışan minlərlə gəncimiz öz vəzifə borclarını ləyaqətlə və şərəflə yerinə yetirirlər. Həmin gənclər yüksək təşkilatçıq və idarəetmə bacarığı, gərəkli qabiliyyəti ilə seçilirlər.

Azərbaycan müstəqillik qazandıqdan sonra elmin, təhsilin, təlim-tərbiyənin ən yeni dünya standartlarına uyğun inkişafı gənclərimizin layiqincə formalaşmasına yaşıl işıq yandırdı. Bunun başlıca səbəbi ölkəmizdə iqtisadi, texniki və hərbi sahədə qazanılan uğurlarla bağlıdır. Gəncliyin sosial vəziyyətinin davamlı yaxşılaşmasının bir mühüm səbəbi də gənclərimizə dövlət tərəfindən ayrılan böyük diqqət və qayğının ildən-ilə artırılmasıdır. Qəlbində Vətənə məhəbbət, torpağa sevgi yaşadan, dövlətçiliyimizə və qanunlarımıza, dövlət rəmzlərinə hörmət bəsləyən, hərtərəfli bilik və bacarıqlara yiyələnən savadlı və dünyagörüşlü gənclər ölkəmizin sabahkı qurucuları və idarəedənləridir.

Xarici ölkələrdə təhsil alan gənclərimizin vəzifəsi, təkcə həmin ölkələrin ali təhsil ocaqlarında oxumaq deyil, həm də orada, Azərbaycanı layiqincə təmsil etmək, dövlətimizin parlaq siyasi xəttini və milli maraqları, eləcə də adət və ənənələrimizi layiqli səviyyədə təbliğ etmək olmalıdır.

Ümummilli Liderimiz Heydər Əliyevin başlatdığı uğurlu gənclər siyasəti onun ən layiqli davamçısı olan Prezident İlham Əliyev tərəfindən misilsiz müvəffəqiyyətlə davam etdirilməkdədir. Cənab Prezidentin ali siyasi iradəsinin, atdığı məqsədyönlü addımların nəticəsi olaraq Azərbaycan gənclərinin ölkəni durmadan irəli aparacaq böyük qüvvəyə çevrilməsi yüksək səviyyədə təmin edilib. Respublika gənclərinə böyük diqqət və qayğı ilə yanaşılmasının aydın göstəricisi olan səmərəli layihələr qısa müddətdə hazırlanaraq həyata keçirilib. Azərbaycan Prezidenti cənab İlham Əliyev 2005-ci ilin 30 avqustunda imzaladığı Sərəncamla "Azərbaycan Gəncliyi Dövlət Proqramı"nı (2005-2009-cu illər) təsdiq edib. 2007-ci ilin respublikamızda "Gənclər ili" elan edilməsi Azərbaycan tarixində çox əlamətdar hadisəyə çevrilib. Prezident İlham Əliyev tərəfindən "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə "Dövlət Proqramı"nın təsdiqi barədə Sərəncam imzalanması ilə ölkəmizin yeni uğurlarının təməli qoyuldu. Bu proqram müvəffəqiyyətlə genişləndirilərək davam etdirildi və hər il minlərlə gəncimiz dünyanın qabaqcıl və nüfuzlu ali təhsil ocaqlarında oxumaqdadır. Azərbaycanda gənclərə Prezident Mükafatının verilməsi onlara dövlət qayğısının daha bir nümunəvi ifadəsidir.

Bu gün Azərbaycanın dünyanın ən qabaqcıl idman ölkəsinə çevirilməsi də respublikada gənclərə olan qayğıkeş münasibətin təzahürüdür.

Təqdirəlayiq haldır ki, indi ölkəmizi hərtərəfli inkişafa aparan yolda uğurla addımlayan gənclərimiz ölkəmizin tərəqqisinə öz töhfələrini verməkdədirlər. Əminik ki, onlar Azərbaycanı mədəni və sosial-iqtisadi cəhətdən sürətlə irəli aparmaqla ölkəmizin dünyada yüksələn nüfuzunun daha da artması, qabaqcıl ölkələri içərisində layiqli yerini həmişəlik tutması üçün bundan sonra da və hər zaman ürəkdən, yorulmadan çalışacaqlar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://525.az
archiveBu xəbər 07 Oktyabr 2025 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Belə yüksək səviyyəli beynəlxalq tədbirə ev sahibliyi etmək, Azərbaycanın diplomatik çəkisini artırır

06 Oktyabr 2025 09:07see283

“xAI” bu dəfə yeni oyun təqdim edəcək Mask açıqladı

06 Oktyabr 2025 11:19see201

Tramp əmr verdi: Əsgərlər göndərilsin!

06 Oktyabr 2025 09:15see152

TDT baş katibi elan etdi: Qəbələdə bu format təsis ediləcək

07 Oktyabr 2025 01:20see144

Qlobal çağırışlar müəllimin məsuliyyətini daha da artırır

05 Oktyabr 2025 21:48see133

Adnanın həbsindən sonra onların da başı dərddə Böyük əməliyyat başlayır?

06 Oktyabr 2025 20:34see133

Villasını bu qiymətə satır Foto

06 Oktyabr 2025 21:22see132

Yıxılaraq xəsarət alan yazıçı vəfat etdi

07 Oktyabr 2025 02:03see129

Türkiyənin müdafiə sənayesində tarixi sıçrayış: NATO standartlarını geridə qoyan Altay

07 Oktyabr 2025 01:13see126

Yeni qlobal gücə doğru inamlı addımlar Şərh

06 Oktyabr 2025 16:52see126

Şəmkirdə 40 yaşlı qadın öldü Əri saxlanıldı

06 Oktyabr 2025 21:11see125

“Görünən odur ki, ölkəmizin futbol aləmində nüfuzu artıb”

06 Oktyabr 2025 00:29see124

Azərbaycandan qaça bilmiş separatçı general “FSB“ generalıyla əməkdaşlıq edərək onun Paşinyanın yerinə namizədliyini dəstəkləyəcək... “CivilNet“

07 Oktyabr 2025 18:36see122

Mütəxəssisdən xəbərdarlıq: Qrip peyvəndi ağır fəsadların qarşısını alır

06 Oktyabr 2025 17:46see121

Namiq Qaraçuxurludan səmimi status FOTO

06 Oktyabr 2025 17:58see120

“Sabah”ın oyunçusunun matçda bel sümüyü sındı

05 Oktyabr 2025 20:49see120

Keşiş olmaq istəyirdi, QOVULDU: məşhur rejissorun həyatı haqqında yeni film

06 Oktyabr 2025 17:42see120

Səhiyyə Nazirliyi Azərbaycana qrip əleyhinə vaksinlər gətirib

06 Oktyabr 2025 11:42see119

Makron “dron divarı”na qarşı çıxdı

07 Oktyabr 2025 01:48see118

MDB Oyunlarının qalibi: Rəqiblərin hamısını analiz etmişdik MÜSAHİBƏ

05 Oktyabr 2025 22:07see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri