Icma.az
close
up
RU
525 ci qəzet Milli musiqi tariximizin gənc təbliğatçısı 2 fevral Gənclər Günüdür

525 ci qəzet Milli musiqi tariximizin gənc təbliğatçısı 2 fevral Gənclər Günüdür

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Öz şərəfli həyatı və möhtəşəm ictimai-siyasi fəaliyyəti ilə doğma vətəni Azərbaycanın adını əlçatmaz zirvələrə ucaltmış Ulu öndər Heydər Əliyev daim qürur hissi ilə deyirdi: "Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam".

Müxtəlif peşə-sənət sahəsində diqqət çəkən uğurlara imza atan həmvətənlərimiz içərisində xüsusilə gənclərin aktiv fəaliyyəti çox sevindiricidir. Onlardan biri də Hamburq Universitetində Sistematik Musiqi Elmləri fakültəsində musiqişünaslıq ixtisası üzrə təhsil alan Cəmilə Abdullayevadır.

Ana arzusunun ardınca

Cəmilə və onun bacısı Samirənin peşəkar musiqi sənətinə gəlişi  anaları Xumara xanımın arzusu ilə bağlıdır. Cəmilə və Samirə ekiz bacılardır. Bu ikiəmlər Bülbül adına orta ixtisas musiqi məktəbinin fortepiano sinfində, daha sonra Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında ali təhsilə yiyələniblər.

Cəmilə Abdullayeva: "Əldə olunan nailiyyətlərimizə görə, Akademiyanın professor-müəllim heyətinin rolunu xüsusi qeyd etməliyəm. Onlar içərisində professorlar Oktay Abasquliyevin, Azər Rzayevin, Nailə İbrahimovanın, Sevda İbrahimovanın, Şahla Mahmudovanın, Samirə Aşumovanın, Nərminə Quliyevanın, İmruz Əfəndiyevanın  rolu böyük olmuşdur. Təəssüflər olsun sadaladığım insanların bir qismi artıq həyatda yoxdur. Tanrıdan onların ruhuna rəhmət diləyirəm".

Hazırda Samirə Abdullayeva sənətşünaslıq üzrə fəlsəfə doktoru olaraq ADMİU-nin "Musiqi tarixi və nəzəriyyəsi" kafedrasının baş müəllimi vəzifəsində çalışır.

Tədqiqat istiqaməti axtarışlarında

Akademiyanın bitirdikdən sonra Cəmilə Bülbül adına orta ixtisas musiqi məktəbində fortepiano ixtisası üzrə müəllim işləməklə yanaşı, elmi tədqiqat sahəsində araşdırmalar aparmaq qərarına gəlir. Bunun üçün BMA-nın doktoranturasında elmlər doktoru, professor Cəmilə Həsənovanın rəhbərliyi ilə "Azərbaycan bəstəkarlarının kamera-instrumental yaradıcılığında muğam" adlı sənətşünaslıq üzrə fəlsəfə doktorluğuna iddialı dissertasiyasını uğurla müdafiə edir. Digər tərəfdən Cəmilə Abdullayeva istər yerli, istərsə də xarici elmi dərgilərdə, simpozium və konfranslarda muğam sənəti və bəstəkar yaradıcılığı əlaqələrinin müxtəlif problemlərini araşdırır.

Hamburq Universitetində

Almaniyanın ikinci böyük şəhəri, Elba çayının Şimal dənizi ilə qovuşuğunda yerləşən Hamburqun eyni adlı universiteti Birinci Dünya müharibəsindən sonra, daha dəqiq 1919-cu ildə, arpel ayının 1-də fəaliyyətə başlayıb. Təhsil müəssisəsi 1613-cü ildə təsis olunan "Akademik gimnaziyanın" (Akademisches Gymnasium) bazasında formalaşıb. Almaniyanın nəhəng akademik mərkəzlərindən birinə çevrilmiş Hamburq universitetinin məzunları içərisində beş nəfər Nobel mükafatı laureatı, eyni zamanda elmin müxtəlif sahələrində uğurlu araşdırmalar aparan çox saylı mütəxəssislər vardır. Təsadüfü deyil ki, Hamburq Universiteti "Times Higher Education Ranking", "CWTS Leiden Ranking", "U.S. News & World Report" kimi nüfuzlu jurnalların reytinq cədvəlində  dünya üzrə 200 nüfuzlu ali təhsil ocaqları arasında yüksək yerlərdə qərarlaşır.

Bütün bunlarla yanaşı, Hamburq şəhərinin tarixi maraqlı mədəniyyət və incəsənət sahəsini əhatə edən abidə və hadisələrlə zəngindır. Bunlardan bir neçəsini qeyd eləmək yeninə düşər. Məhz bu şəhərdə, 1678-ci ildə Almaniya tarixində ilk dəfə milli opera teatrı fəaliyyətə başlamışdır. Bəstəkar Q.F.Hendelin birinci operası "Almira" həmin teatrın səhnəsində tamaşa qoyulub. Bundan başqa, XIX əsr romantizminin görkəmli nümayəndələrindən biri İohannes Brams Hamburqda dünyaya gəlmişdir. Böyük Britaniyanın "Bitlz" qrupu 1960-62-ci illərdə, şəhərin Reperban adlı küçəsində yerləşən gecə klublarında ilk çıxışlarını ediblər.

Həm təhsil, həm tədris...

2012-ci ildə Almaniyaya köçən Cəmilə xanım, bir müddətdən sonra Hamburq universitetin Sistematik Musiqi Elmləri fakültəsində (Systematische Musikwissenschaft) təhsil almağa başlayır. C.Abdullayeva: "Təhsilim musiqinin elmi tədqiqatına, onun strukturlarına, mədəni əhəmiyyətinə və cəmiyyətə təsirinə yönəlib. Son iki il ərzində musiqi nəzəriyyəsi, musiqi tarixi və musiqi psixologiyası kimi müxtəlif mövzuları dərindən öyrənmişəm. Xüsusilə, musiqi alətlərinin akustik xüsusiyyətləri və musiqinin qavranılmasına təsiri üzərində tədqiqatlar aparmaq mənim üçün çox maraqlıdır. Akademik öhdəliklərimlə yanaşı, rəqəmsal musiqi emalı və yeni musiqi təhlil alətlərinin inkişafı ilə bağlı bir neçə tədqiqat layihəsində iştirak etmişəm. Bu layihələr mənə praktik təcrübə qazandırmış və nəzəri anlayışların tətbiqində dəyərli baxışlar vermişdir...

Özüm təhsil almaqla yanaşı, həm də Hamburq konservatoriya nəzdində musiqi məktəbində (Musikschule-Hamburger Konservatorium) uşaqlarla işləyirəm. Kiçik yaşlı uşaqlara musiqi tədris edirəm, onlara musiqi nəzəriyyəsini və fortepiano alətində ifa etməyi öyrədirəm. Əsas məqsədim uşaqlara musiqiyə sevgi aşılamaq və onların yaradıcılıq potensialını inkişaf etdirməkdir. Həmçinin, məktəbdə keçirilən müxtəlif musiqi tədbirlərində və konsertlərdə uşaqların iştirakını təmin edərək, onların səhnə təcrübəsini artırmağa çalışıram..."

...Həm də təbliğ

Xarici ölkələrdə yaşayan incəsənət və mədəniyyət ixtisası yönümlü həmvətənlərimiz daima doğma vətənləri - Azərbaycanın zəngin maddi-mədəni sərvətini tanıtmaq üçün müxtəlif layihələrə imza atırlar. Müsahibimiz Cəmilə xanım da, cari ilin iyul ayının 5-də Hamburq Universitetdə maraqlı bir təqdimatı çıxış etmişdir.

"Azərbaycan aerofonları" (aerofon yunan dilindən tərcümədə "nəfəsli səs" deməkdir. Nəfəs vasitəsilə səsləndirilən musiqi alətlər qrupunun elmi adıdır) adlanan layihə Cəmilə xanımın ilk belə miqyaslı işidir. Saat yarım ərzində, natiq alman dilində zurna, balaban, tütək kimi milli musiqi alətləri haqqında ətraflı məlumat vermişdir. Tarixi etimalogiya, hazırlanma üsulları, ifa texnikası və bir sıra başqa özəllikləri professor-müəllim heyətinə, yerli və xarici ölkələrdən gələn tələbələrin nəzərinə çatdırmışdır. Təqdimat zamanı fotoşəkillər, videolar və audioyazılar kimi vizual vasitələrlə yanaşı, adı çəkilən alətlərin əyani görünüşü nümayiş olunmuşdur.

Həmçinin Cəmilə xanım Azərbaycan bəstəkarlarının çoxsaylı yaradıcılığında milli nəfəs alətlərindən geniş istifadə olunması diqqətə çatdırılmışdır. Yeri gəlmişkən milli nəfəs alətlərindən, məsələn zurnanın imkanlarından ilk tətbiq edən Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyli olmuşdur. Onun monumental "Koroğlu" operasının III  hissəsində "Cəngi" və V hissənin finalında zurnanın solo alət kimi tətbiqi olduqca uğurlu alınmışdır.

1977-ci ilin sentyabrın 5-də Voyacer proqramı çərçivəsində ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi tərəfindən kosmosa göndərilmiş insansız kosmik gəmisi qızıl plastinkanın daşıyıcısı olmuşdur. Amerikalı astronom Karl Saqanın hazırladığı plastinkanın içərisində 27 musiqi parçası vardı. Həmin musiqi materialları içərisində balaban alətində səslənən muğam ifası daxil olunub. Milli musiqi tariximiz üçün önəmli hadisə barədə məlumatları da Cəmilə xanım dinləyicilərin diqqətinə çatdırmışdır.

Cəmilə Abdullayeva: "Təqdimatın belə uğurlu alınması bu istiqamətdə yeni addımların atılmasını ruhlandırdı. Mən gələcəkdə də Azərbaycan mədəniyyətinin və onun ənənələrinin doğru şəkildə təbliğinə davam edəcəyəm".

Biz öz növbəmizdə Cəmilə xanıma bu yolda uğurlar arzulayırıq.

Yavər NEYMƏTLİ
Sənətşünaslıq üzrə fəlsəfə doktoru

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:90
embedMənbə:https://525.az
archiveBu xəbər 30 Yanvar 2025 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see247

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see229

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see217

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see202

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see199

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see186

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see176

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see159

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see145

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see139

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri