Icma.az
close
up
RU
525 ci qəzet İkinci Qarabağ müharibəsi Azərbaycan Türkiyə ittifaqının effektivliyini sübut etdi Fərid Şəfiyev

525 ci qəzet İkinci Qarabağ müharibəsi Azərbaycan Türkiyə ittifaqının effektivliyini sübut etdi Fərid Şəfiyev

Icma.az, 525.az saytına istinadən bildirir.

Təəssüf ki, Azərbaycanla Ermənistan arasında baş verən münaqişəyə dünya ölkələri fərqli aspektdən yanaşıblar. Lakin Ukraynada baş verən hadisələr Avropaya bir daha ərazi bütövlüyü prinsipinin əhəmiyyətinin nə dərəcədə böyük olduğunu göstərdi.

525.az xəbər verir ki, bu barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev Belqradda keçirilən “Cənubi Qafqaz: Əməkdaşlıq üçün çağırışlar və imkanlar” mövzusunda dəyirmi masada bildirib.

Transatlantik məkanda baş verən tranformasiyalara, yəni ABŞ-nin avropalı tərəfdaşlarına dəstəyinin mümkün azaldılması və dayandırılmasına toxunan F. Şəfiyev bu prosesin Qara dəniz və Cənubi Qafqaza regionlarına təsirsiz ötüşməyəcəyini qeyd edib.

BMTM sədrinin sözlərinə görə, İkinci Qarabağ müharibəsi mühüm geosiyasi nəticələrə səbəb olmaqla, ilk növbədə, beynəlxalq hüququn universal prinsiplərinin əhəmiyyətini sübut etmiş oldu.

“Geosiyasi baxımdan bu müharibə regiondakı dinamikanı dəyişmiş oldu. Sovet İttifaqı dağıldıqdan sonra bu region Rusiya tərəfindən idarə olunan keçmiş sovet məkanı kimi qəbul edilirdi. İkinci Qarabağ müharibəsindən sonra isə bu mənzərə dəyişdi və Türkiyənin bölgədəki rolu daha da artdı”, -  BMTM sədri əlavə edib.

F.Şəfiyev bildirib ki,  İkinci Qarabağ müharibəsi Azərbaycan-Türkiyə ittifaqının effektivliyini sübut etdi. Nəticə etibarilə, bu Mərkəzi Asiya ölkələri üçün də model oldu.

Onun sözlərinə görə, xüsusilə, Qazaxıstan və Özbəkistan Azərbaycan və Türkiyə ilə hərbi əməkdaşlıq əlaqələrini genişəndirməyə başladılar:

“Türk Dövlətləri Təşkilatına üzv olan ölkələr ortaq irsə malikdirlər, lakin təşkilatın fəaliyyəti heç bir ölkəyə və ya geosiyasi aktora qarşı yönəlməyib. Əksinə, bu təşkilata üzv ölkələr mühüm geoiqtisadi layihələrin reallaşdırılmasına töhfələr verir və qarşılıqlı faydalı əməkdaşlıqda maraqlıdırlar”.

F. Şəfiyev, həmçinin cari geosiyasi proseslər fonunda Orta Dəhlizin artan aktuallığına və əhəmiyyətinə, Bakı-Tbilisi Qars dəmiryolunun inşasına, bir zamanlar skeptik yanaşılan TANAP, TAP layihələrinin Avropanın enerji təhlükəsizliyindəki roluna diqqət çəkib.

Pərvanə Sultanova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:114
embedMənbə:https://525.az
archiveBu xəbər 27 Fevral 2025 14:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see272

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see215

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see195

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see168

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see162

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see159

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see153

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see152

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see148

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see144

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see139

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see138

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see135

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see133

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see133

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see129

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see127

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri