Icma.az
close
up
RU
525 ci qəzet Məktəbli avtobusları

525 ci qəzet Məktəbli avtobusları

525.az-dan verilən məlumata əsasən, Icma.az bildirir 525 ci qəzet Məktəbli avtobusları.

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"nı təsdiq edib. Dövlət Proqramınında Bakının nəqliyyat sıxlığına təsir edən məqamlar, onların aradan qaldırılması ilə yanaşı, ümumi təhsil və məktəbəqədər təhsil müəssisələrində təhsil alanların rahat və təhlükəsiz daşınması məqsədilə məktəb avtobuslarından istifadənin təşkili də nəzərdə tutulub.

Hazırda Bakı və digər iri şəhərlərdə səhər saatlarında və dərs bitdikdən sonra yollarda ciddi sıxlıq müşahidə olunur. Bunun əsas səbəblərindən biri valideynlərin övladlarını fərdi avtomobillərlə məktəbə aparıb-gətirməsidir. Məktəb avtobuslarının tətbiqi ilə bu yük azalacaq, yollar daha az yüklənəcək və nəqliyyat axını daha səmərəli təşkil olunacaq. Həmçinin, bu sistem sürücülərin yol hərəkəti zamanı məktəblərin qarşısında nizamsız dayanma hallarının qarşısını alacaq.

Məktəb avtobuslarının başqa bir üstünlüyü valideynlər üçün əlavə rahatlıq yaratmasıdır. Hal-hazırda bir çox valideyn iş saatlarına uyğun olaraq övladlarını məktəbə aparmaq və gətirmək üçün ciddi vaxt itkisi ilə qarşılaşır. Xüsusilə səhər saatlarında həm işə, həm də məktəbə yetişmək üçün sıxlıqla mübarizə aparmaq çətinlik yaradır. Məktəb avtobusları bu problemi həll edərək valideynlərə gündəlik planlamalarını daha rahat tənzimləmək imkanı verəcək. Eyni zamanda, yanacaq və nəqliyyat xərclərinin azalması da ailə büdcəsinə müsbət təsir edəcək.

Məktəb avtobuslarının tətbiqi dünya təcrübəsində geniş yayılmış bir sistemdir və təhsil sahəsində böyük uğurlar qazanan ölkələr bu modeli uzun illərdir tətbiq edir. ABŞ-də məktəb avtobusları dövlət tərəfindən ciddi qaydalarla tənzimlənir. Xüsusi sarı rəngli avtobuslar təhlükəsizlik siqnalları və dayanma işarələri ilə təchiz olunur, sürücülərin isə xüsusi təlim keçməsi tələb olunur. Yol hərəkəti qaydalarına görə, məktəb avtobusu dayanarkən digər nəqliyyat vasitələri də dayanmalı və şagirdlərin təhlükəsiz şəkildə enib-minməsinə şərait yaratmalıdır. Kanada və Avstraliya kimi ölkələrdə də bu sistem uğurla tətbiq edilir. Almaniya və Fransa kimi Avropa ölkələrində isə məktəb avtobusları xüsusi nəqliyyat dəhlizlərində hərəkət edir və şagirdlər üçün əlavə rahatlıq təmin edir.

Azərbaycanda bu sistemin tətbiqi üçün bəzi hüquqi və infrastruktur məsələlərinin həlli vacibdir. Avtobus marşrutlarının müəyyən edilməsi, sürücülərin xüsusi hazırlıq keçməsi, avtobus dayanacaqlarının təhlükəsiz və rahat şəkildə yerləşdirilməsi və avtobusların müasir tələblərə uyğun şəkildə təchiz olunması mühüm amillərdir. Bundan əlavə, valideynlərin bu sistemə inteqrasiyası üçün maarifləndirmə işləri aparılmalı, məktəb avtobuslarının istifadəsinin üstünlükləri geniş izah edilməlidir.

Məktəb avtobuslarının tətbiqi təhsil sisteminə də müsbət təsir göstərəcək. Şagirdlərin məktəbə vaxtında və nizamlı şəkildə gəlməsi onların dərsə davamiyyətini artıracaq, gecikmələrin və intizamsızlığın azalmasına səbəb olacaq. Bu isə təhsilin keyfiyyətinə müsbət təsir edəcək və məktəb intizamını daha sistemli hala gətirəcək. Əlavə olaraq, məktəb avtobusları xüsusilə rayon və kənd yerlərində yaşayan şagirdlər üçün böyük rahatlıq yaradacaq. Uzaq məsafələrə piyada və ya çətin nəqliyyat şərtləri ilə gedən şagirdlər üçün bu sistem daha əlçatan təhsil imkanları yaradacaq.

Təhsil eksperti Nadir İsrafilovun sözlərinə görə, dünyanın bir çox inkişaf etmiş ölkələrində şagirdlərin daşınması məktəbli avtobusları vasitəsilə həyata keçirilir. Avropa ölkələrində, məsələn, Almaniyada məktəb avtobusları daha çox kənd və şəhərətrafı bölgələrdə aktiv fəaliyyət göstərir və burada marşrutlar konkret olaraq təhsil müəssisələrinin yerləşdiyi ərazilərə uyğun planlaşdırılır. Xüsusi təyinatlı belə nəqliyyatlar təhlükəsizlik baxımından da olduqca əlverişlidir. Azərbaycanın da bu təcrübədən faydalanaraq sistemli bir yanaşma ortaya qoyması vacibdir. Valideynlər bu zaman övladlarını məktəbə aparmaq qayğısından azad olar, yollarda yaranan tıxacın isə qarşısı alınar: "Bu halda həm valideynlər vaxt itirməyəcək, həm də xərclər azalacaq. Mövcud vəziyyətdə bəzi ailələr öz övladlarını taksi və ya şəxsi avtomobil ilə məktəbə aparmalı olur ki, bu da əlavə maliyyə yükü yaradır. Dövlət tərəfindən təmin edilən məktəb avtobusları isə bu problemi həll edərək bütün şagirdlər üçün bərabər imkanlar yaradacaq".

Ekspert vurğulayıb ki, natamam orta təhsilin olduğu kəndlərdə şagirdlərin daşınmasının dövlət hesabına təmin edilməsi dağlıq ərazilərdə şagirdlərin tam orta təhsil almasına gətirib çıxarda bilər: "Bəzi valideynlər uşaqlarını uzaq məsafəyə apara bilmədiklərindən ibtidai sinifdən, eləcə də 9-cu sinifdən məktəbdən çıxardırlar. Halbuki belə ərazilərdə dövlət məktəblilərin nəqliyyat xərcini qarşılayarsa, onlar arasında tam orta təhsil alanların, ali məktəbə qəbul olanların da sayı artar".

Nadir İsrafilovun dediyinə görə, bir çox ölkələrin qanunvericiliyində göstərilir ki, məktəb avtobuslarına yaxınlaşanda və ya yanından keçəndə sürət həddi mütləq aşağı salınmalıdır. Məhz buna görə də məktəbli avtobusları ən az qəzaya uğrayan nəqliyyat hesab edilir. Həmin avtobuslar uşaqların mənzil başına təhlükəsiz çatmasını təmin etməklə yanaşı, həm də onlar arasında ayrı-seçkiliyi aradan qaldırır. Bundan başqa, məktəbin xüsusi nəqliyyatının mövcud olması təhsilin keyfiyyətinə müsbət təsir göstərir".

Təhsil eksperti Kamran Əsədov bildirib ki, ölkənin 4430 orta təhsil məktəbində 1,6 milyon şagird təhsil alır, bu məktəblərin 326-sı isə paytaxt Bakının payına düşür. Həmçinin, 1,6 milyon şagirddən təxminən 500 mini hər gün Bakı şəhərindəki orta təhsil məktəblərində təhsil alır. Biz bilirik ki, böyük əksəriyyət valideynlər, xüsusən 1-ci sinfə övladları gedən valideynlər, övladlarını ya şəxsi avtomobillərlə, ya da taksilərlə hər gün məktəblərə aparıb gətirirlər. Təkcə 1-ci sinfə gedən şagirdlərin sayı 48000 nəfərdir. Bu baxımdan məktəb avtobuslarının çox böyük faydası olacaq: "Bu heç də o demək deyil ki, ölkəmizdəki 326 ümumi orta təhsil məktəbinin hər birinin özünə məxsus ayrıca avtobusu olacaq. Avtobuslar məktəblərin birbaşa həyətlərinə daxil olmayacaq. Onlar məktəblərin yerləşdiyi küçə və prospektlər boyunca daimi hərəkət edəcəklər. Şagirdlər onlara verilmiş xüsusi kartlar vasitəsilə avtobuslara minəcək və düşəcəklər. Bir məqamı qeyd etmək lazımdır ki, məktəb avtobusları tamamilə dövlət büdcəsindən maliyyələşdiriləcək və səhər saat 8:00-dən axşam saat 8:00-a qədər fəaliyyət göstərəcək".

Nəqliyyat üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, şagirdlərin şəxsi avtomobillərlə daşınması şəhər nəqliyyatının yüklənməsində ciddi faktordur. Bakı ətrafında yüz minlərlə insanın məskunlaşdığı məntəqələrdə məktəb yoxdur. Elə yaşayış məntəqələri var ki, məktəb olsa da, şəraiti qənaətbəxş deyil, yaxud tədris valideynləri qane etmir. Bu səbəbdən valideyin məcbur qalıb uşağı şəxsi avtomobili və ya taksi ilə başqa məktəbə aparır. Bu da yollarda, xüsusən də məktəblərin yerləşdiyi ərazilərdə tıxacların yaranmasına səbəb olur: "Məktəbli avtobuslarının istifadəyə verilməsi hər şeydən əvvəl valideynlərin vaxtına və puluna qənaət etmək deməkdir. Əgər məktəbli avtobusları olarsa, məktəblərin qarşısındakı keçilməz tıxacları görmərik. Təmayüllü və xüsusi təyinatlı məktəblərdə nəqliyyatın uşaqları məktəbə aparmasına ehtiyac ola bilər. Amma burada da xüsusi təyinatlı avtobuslardan istifadə olunmalıdır. Məktəbli avtobusları nəqliyyatın intensiv hərəkəti, eləcə də uşaqların təhlükəsizliyi baxımından faydalıdır. Bu, bütün dünyada qəbul olunub".

Ekspert deyir ki, məktəbli avtobuslarında təhlükəsizlik məsələsi də önəmlidir. Eyni zamanda qanunvericilikdə nəzərdə tutulan tələblər gözlənilməlidir: "Avtobuslara gündəlik texniki qulluq edilməli, sürücü tibbi müayinədən keçməlidir, avtobus qarajda saxlanmalıdır, sürücünün iş rejiminə diqqət etmək lazımdır. Daşıyıcı təşkilatın olması məqsədəuyğun olar. Bu kimi məqamlara xüsusi olaraq diqqət yetirilməlidir".

Nəqliyyat eksperti Aslan Əsədov məktəb avtobuslarının təsis edilməsinin nəqliyyata müsbət təsir edəcəyini vurğulayıb: "Məktəb avtobusları geniş şəkildə praktikada tətbiq olunur və kifayət qədər şagird sayı çox olan məktəbli avtobusları var. Həmin avtobuslardan faydalanmaq olar".

O bildirib ki, nəqliyyat vasitələrinin say tərkibini, istifadə qaydalarını artırmaq lazımdır: "Bu nöqteyi-nəzərdən şəhərdəki tıxacı aradan qaldırmaq üçün gələcək perspektivlərə hesablanmış bütün addımlar daha doğrudur".

Nəqliyyat eksperti Elməddin Muradlının dediyinə görə, Azərbaycanda bir sıra özəl məktəb və liseylərdə məktəb servisləri var və valideynlər bu xidmətdən olduqca razıdırlar: "Hərəkətin təhlükəsizliyi baxımından məktəb avtobuslarının olması vacibdir. Çünki bir avtobus 30-40 şagirdi eyni vaxtda məktəbə gətirib-aparırsa, bu o deməkdir ki, hansısa məktəbin qarşısından 30-40 avtomobil azalır. Bu, çox yaxşı haldır. Yollarda sıxlığın da azalmasına səbəb olur".

Elməddin Muradlı bildirib ki, valideynlər uşaqlarını məktəbə aparıb-gətirməyə çox xərc çəkir: "Tıxacların, məktəblərin qarşısındakı sıxlığın qarşısının alınması üçün məktəb avtobusları əlverişlidir. Eyni zamanda bu, valideynlərin büdcəsinə də xeyirdir. Məktəbli avtobuslarının təşkil olunması yüzlərlə insanın işlə təmin olunması deməkdir".

Sevinc QARAYEVA

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az-ı izləyin.
seeBaxış sayı:23
embedMənbə:https://525.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şolts: Ukraynanın NATO üzvlüyündən hələlik söhbət getmir

10 Fevral 2025 07:45see132

Emin Hüseynovun dövlətə olan borcu artdı

10 Fevral 2025 09:06see127

Bu gün hansı bürcün bəxti gətirəcək?

10 Fevral 2025 08:11see121

Transformatora girən meymun bütün ölkənin elektrik enerjisini kəsib

10 Fevral 2025 08:20see118

Cəmiyyət meyitlərin yandırılmasını necə qarşılayır? SORĞU

10 Fevral 2025 18:03see109

Rumıniyada futbol klubunun xalı mənfi 66 oldu

10 Fevral 2025 04:34see109

“Qarşımızda özünü şər imperiyası kimi aparan Rusiyanı görürük” Mirşahin Ağayev + VİDEO

10 Fevral 2025 15:13see108

Kosmosdan qayıtmayanlar: Tarixin dönüşü olmayan səfərləri

10 Fevral 2025 08:44see107

Tottenhem də kubokla vidalaşdı

10 Fevral 2025 02:09see107

Sərnişin təyyarədə hamını ayağa qaldırdı

10 Fevral 2025 23:53see106

Rəşad Sadıqov: “Rəqibi təbrik edirəm”

10 Fevral 2025 21:16see106

Vüqar Əsədli: Ölkə çempionatında bütün şahmatçılar güclüdür, zəif iştirakçı yox idi

10 Fevral 2025 18:01see106

İlon Mask TikTok u alacağına dair iddialara cavab verib

10 Fevral 2025 08:18see106

Tramp: Putinlə geniş söhbətimiz olacaq

10 Fevral 2025 14:26see105

Suğra Bağırovadan ETİRAF: “Bu, mənə Allahın ən böyük hədiyyəsidir”

10 Fevral 2025 14:20see105

Meymun ölkədə kütləvi elektrik kəsilməsinə səbəb olub

10 Fevral 2025 07:01see105

Teylor Svift fitə basıldı: Səbəb nə olub?

11 Fevral 2025 00:57see104

Kolumbiyada 4 qadın futbolçu ildırım vurması nəticəsində həlak olub

10 Fevral 2025 20:58see104

Yuventus yay üçün transfer bombası hazırlayır ADLAR

10 Fevral 2025 20:00see104

Tramp bu rüsumları da kəskin artırır

10 Fevral 2025 14:40see104
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri