Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

ML: 3 cü tur başlayır

Ronaldo dönəmi başa çatır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Məktəbli avtobusları

Məktəbli avtobusları

Icma.az, 525.az saytına istinadən bildirir.

Oktyabrın 1-dən Azərbaycanda məktəb avtobusları layihəsi başlayıb. Bunu jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib. O bildirib ki, bununla bağlı pilot layihə icra ediləcək: "Hazırda özəl sektorla bir yerdə təxminən 1200 uşaq var. Layihəyə oktyabrın 1-dən başlanılılıb. Ümumilikdə, bu, bizim üçün də maraqlı layihədir. Biz də bu prosesi daha da asanlaşdırmaqla bağlı müəyyən müzakirələr aparırıq ki, bu avtobusların xətlərə buraxılması daha sürətli olsun. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə bir yerdə işləyirik. Hazırda bu layihə 12 dövlət və özəl məktəbi əhatə edir. Hansı məktəblər tıxaca daha çox təsir edirsə, o məktəbləri cəlb etməyə çalışırıq. Amma bu, valideynlə həmin şirkət arasında olan münasibətlərdir. Bizim işimiz daha çox bunu mümkün etməkdir. Bu, pilot səviyyədə tətbiq ediləcək. Amma 1200 uşaq da az deyil. Çünki bunların hamısı şəhərin mərkəzi məktəbləridir".

E.Əmrullayev əlavə edib ki, dövlət layihənin ilkin mərhələsində müəyyən subsidiya və dəstək mexanizmləri ilə iştirak edəcək, lakin şagird sayı artdıqca ödənişin valideynlər tərəfindən qarşılanması nəzərdə tutulur: "Layihənin əsas məqsədi həm uşaqlar üçün rahat nəqliyyat təmin etmək, həm də tıxacların azaldılmasına töhfə verməkdir. Saylar artdıqca qiymətlər tədricən optimallaşdırılacaq".

Qeyd edək ki, bir müddət əvvəl Prezident İlham Əliyev "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"nı təsdiq edib. Dövlət Proqramınında Bakının nəqliyyat sıxlığına təsir edən məqamlar, onların aradan qaldırılması ilə yanaşı, ümumi təhsil və məktəbəqədər təhsil müəssisələrində təhsil alanların rahat və təhlükəsiz daşınması məqsədilə məktəb avtobuslarından istifadənin təşkili də nəzərdə tutulub. Məsələnin icrası, ehtiyacların müəyyən olunması Elm və Təhsil Nazirliyi ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə tapşırılıb.

İlkin mərhələdə layihə 1250-dən çox şagirdi əhatə edəcək. Əsas məqsəd valideynlərin gündəlik olaraq övladlarını məktəbə aparıb-gətirməsi ilə bağlı yaranan nəqliyyat sıxlığını azaltmaqdır. Bu məqsədlə "2 School" startap şirkəti vasitəsilə layihə çərçivəsində 100-dən çox avtobus fəaliyyət göstərəcək. Layihə 8 dövlət və 3 özəl məktəbi əhatə edəcək. Valideynlər xüsusi onlayn platformalar vasitəsilə övladlarının istifadə etdiyi məktəbli avtobusunun marşrut xəttini asanlıqla izləyə biləcəklər. Pilot layihənin tətbiq olunacağı məktəblər sırasına Bakı şəhərində yerləşən İlyas Əfəndiyev adına Elitar Gimnaziya, 6 nömrəli məktəb-lisey, general-leytenant K.A.Kərimov adına 8 nömrəli tam orta məktəb, A.Hüseynzadə adına 20 nömrəli məktəb-lisey, Tahir Həsənov adına 23 nömrəli tam orta məktəb, Xətai rayonu 27 nömrəli tam orta məktəb, 132-134 nömrəli Təhsil Kompleksi və 189-190 nömrəli tam orta məktəb daxildir. Avtobus xidmətindən istifadəyə görə aylıq abunə haqqı məsafəyə əsasən müəyyən olunacaq. Qazi və şəhid ailələrinə, eləcə də ikinci övladı məktəbdə oxuyan ailələrə endirimlər nəzərdə tutulub.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən məktəb avtobuslarının avtobus zolaqlarına daxil olub-olmaması ilə bağlı məsələyə də aydınlıq gətirilib.  Bildirilib ki, məktəb avtobusları avtobus zolaqlarına daxil ola bilməyəcək. Avtobus zolaqlarında yalnız müntəzəm avtobus marşrutları və operativ nəqliyyat vasitələri hərəkət edə bilər.

Nəqliyyat eksperti Aslan Əsədovun sözlərinə görə,  paytaxtın mərkəzi hissələrində yerləşən məktəblərdə valideynlərin, sürücülərin, onların yaxınlarının nəqliyyat vasitəsilə məktəbə gəlməsi və məktəb ətrafında tıxaca, sıxlığın yaranmasına səbəb olur. Bunun qarşısını almaq üçün də müvafiq proqram təsdiq olundu. Bu yöndə istifadə olunacaq məktəblilərin ümumi olaraq avtobuslarla gedib gəlməsi olduqca müsbət haldır: "Yeni tədris ili başlayandan Bakıda səhər saatlarında və dərs bitdikdən sonra yollarda sıxlıq, tıxac müşahidə olunur. Bəzən insanlar dəqiqələrlə tıxacda qalmalı olurlar. Xüsusən də səhər saatlarında yollarda vəziyyət çox pis olur. Bunun əsas səbəblərindən biri valideynlərin övladlarını fərdi avtomobillərlə məktəbə aparıb-gətirməsidir. Məktəb avtobuslarının tətbiqi bu yükü azaldacaq, yollar nisbətən daha az yüklənəcək. Nəticədə də nəqliyyat axını daha səmərəli təşkil olunacaq. Həmçinin, bu sistem sürücülərin yol hərəkəti zamanı məktəblərin qarşısında nizamsız dayanma hallarının qarşısını alacaq. Xüsusən də dərs saatlarında məktəblərin yerləşdiyi ərazilərdə, küçələrdə çox sıxlıq olur. Məktəb avtobuslarının fəaliyyətə başlaması valideynlərin işini çox asanlaşdıracaq. Valideyn həm vaxt itirməyəcək, həm də xərclər azalacaq. Mövcud vəziyyətdə bəzi ailələr öz övladlarını taksi və ya şəxsi avtomobil ilə məktəbə aparmalı olur ki, bu da əlavə maliyyə yükü yaradır. Gündəlik taksi pulu vermək hazırkı vəziyyətdə valideynləri çox çətinə salır".

Təhsil eksperti Kamran Əsədovun sözlərinə əsasən, "Məktəbli avtobusu" layihəsi keçirilməsi planı Azərbaycanda təhsilin əlçatanlığını və keyfiyyətini artırmaq məqsədi daşıyan çox vacib bir təşəbbüsdür. Layihənin kənd və qəsəbə tipli yaşayış məntəqələrində, eləcə də şəhər kənarında yerləşən məktəblərə getmək üçün uzun məsafə qət etməyə məcbur olan şagirdləri də əhatə etməsi təqdirəlayiqdir. Bu layihə uşaqların məktəbə vaxtında çatması, davamiyyətin artırılması və valideynlərin üzərindəki məsuliyyətin azaldılması baxımından mühüm əhəmiyyət daşıyır.

"Təhsil haqqında" Qanununun 5-ci maddəsində qeyd olunur ki, dövlət hər bir şəxsin təhsil almaq hüququnu təmin edir. Eyni zamanda, qanunun 13-cü maddəsinə əsasən, təhsilalanlara təhlükəsiz və sağlam təhsil mühiti yaradılmalıdır. Bu baxımdan, məktəblərin yerləşdiyi ərazi ilə yaşayış yerləri arasında məsafənin çox olduğu yerlərdə şagirdlərin məktəbə vaxtında, rahat, təhlükəsiz şəkildə çatdırılması əsasdır.

Ekspert qeyd edib ki, ölkədə fəaliyyət göstərən ümumtəhsil məktəblərinin təxminən 40 faizi kənd yerlərində yerləşir. Bu məktəblərin bir qismi mərkəzdən uzaq, yolları nahamar olan kənd yerlərində fəaliyyət göstərdiyinə görə şagirdlər çox əziyyət çəkilər. Yağışlı, küləkli, qarlı havalarda  kilometrlərlə və ya daha artıq məsafəni piyada qət etməli olurlar. Qarşı, şaxtalı havalarda gəlib-getmək çətin olur, bu da nəticədə məktəbdə davamiyyətin aşağı düşməsinə səbəb olur. İndi isə ucqar yaşayış məntəqələrində yaşayan şagirdlər üçün məktəbə gelib-getmək əlçatan olacaq. Valideynlərin də yükü azalacaq. Əsasən də kənd yerlərində, uzaq məsafədə yaşayanların gediş-gəliş üçün əlavə xərc və vaxt sərf etmələrinə ehtiyac qalmayacaq: "Ən başlıcası isə nəqliyyat sıxlığı, tıxac qismən azalacaq. Vahid marşrutlar üzrə hərəkət edən məktəb avtobusları tətbiq olunsa, bu, nəqliyyat yükünü azaldacaq və daha dayanıqlı şəhər mühiti formalaşdıracaq. Əgər layihə uğurla həyata keçirilərsə, bölgələrdə təhsil nailiyyətlərində mövcud olan qeyri-bərabərlik azalacaq, kənd məktəblərində şagird sayı sabitləşəcək".

Təhsil eksperti Elmin Nuri qeyd edib ki, Məktəbli avtobuslarının fəaliyyət göstərməsi çalışan valideynlərin işini asanlaşdıracaq. Uşaqları məktəbə məktəbli avtobusları apardığı üçün valideynlər də rahat şəkildə işlərinə gedə biləcəklər: "Məktəbli avtobuslarının fəaliyyətə başlaması məktəblər olan küçələrdə, yollarda yaranan tıxacları müəyyən qədər aradan qaldıracaq. İnanıram ki, məktəbli avtobuslarının fəaliyyətə başlamasının məktəblərin önündə yaranan tıxac probleminə qarşı da çox ciddi faydası olacaq".

Ekspert deyir ki, məktəbli avtobuslarının fəaliyyətə başlanması uşaqların sosiallaşması baxımından da çox önəmlidir: "Uşaqlar məktəbli avtobusunda özü təkbaşına, yoldaşları ilə birlikdə məktəbə gedib, oradan geri qayıdacaq. Yol boyu dərslərlə bağlı intellektual söhbət edib, bir-birləri ilə qarşılıqlı fikir mübadiləsi aparacaqlar. Bu də onların sosiallaşmasına daha çox kömək edəcək. Deyim ki, ən böyük dostluqlar, yoldaşlıqlar elə bu ortamlarda yaranır".

Sevinc QARAYEVA

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:403
embedMənbə:https://525.az
archiveBu xəbər 02 Oktyabr 2025 21:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see463

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see290

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see276

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see212

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see211

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see210

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see208

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see203

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see198

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see198

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see198

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see197

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see195

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see194

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see194

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see191

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see191

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see190

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see190

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri