“Məktəbli avtobusları” layihəsi davam edəcək?
Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.
“Layihə fəaliyyətini davam etdirir. Ötən tədris ilində “2School” xidmətindən 2 000-ə yaxın məktəbli istifadə edib. Yeni tədris ilində isə xidmət əhatəsinin genişləndirilməsi və ötən illə müqayisədə daha çox məktəbliyə xidmət göstərilməsi nəzərdə tutulur. Hazırda xidmət modeli təkmilləşdirilib və əməliyyat imkanları genişləndirilib. Yeni tədris ilindən etibarən bütün 2School avtobuslarında dayə xidməti də təmin olunacaq”.
Bu barədə “Yeni Sabah”ın sorğusuna cavab olaraq, “2school” startap şirkətindən məlumat verilib. Şirkətdən bildirilib ki, yeni tədris ilində ötən illə müqayisədə bir neçə dəfə daha çox istifadəçiyə xidmət göstərilməsi nəzərdə tutulur:
“Hazırda 2School-un xidmət əhatəsinə dövlət məktəblərindən 6, 7, 8, 20, 23, 27, 132, 134, 164, 189 və 190 nömrəli məktəblər, həmçinin Elitar Gimnaziyanın 2 korpusu daxildir. Özəl məktəblər arasında Landau School-un 7 korpusu, Yaşam Məktəbi, SABAH.school, İstanbul məktəbinin 2 korpusu, British School Baku-nun 2 korpusu, Kanada məktəbi, Buckswood School və Simurq məktəbinin 5 korpusu yer alır. Dövlət məktəbləri ilə danışıqlar davam edir və yekun say sentyabrın əvvəlində dəqiqləşəcək. Marqarita pizza
Layihənin həm təkmilləşdirilməsi, həm də xidmət əhatəsinin genişləndirilməsi istiqamətində işlər davamlı olaraq aparılır. Yeni tədris ilində ötən illə müqayisədə bir neçə dəfə daha çox istifadəçiyə xidmət göstərilməsi nəzərdə tutulur”.
Xatırladaq ki, ötən il oktyabrın 1-dən etibarən Bakı şəhərində pilot mərhələdə "Məktəbli avtobusları" layihəsi icraya başlanmışdı. Layihənin ilkin mərhələsi 8 dövlət və 3 özəl məktəbi - ümumilikdə 11 təhsil müəssisəsini əhatə edirdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 25 Avqust 2026 15:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















