Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

525 ci qəzet Peşə təhsili üzrə prioritetlər: əhatəlilik və keyfiyyət

525 ci qəzet Peşə təhsili üzrə prioritetlər: əhatəlilik və keyfiyyət

525.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanda peşə təhsilinin inkişafı ümumi təhsilin inkişafı ilə bağlı mühüm hədəflərdən biridir. Bu çərçivədə peşə təhsilinin əhatəliliyinin və keyfiyyətinin artırılması qarşıya məqsəd kimi qoyulub. Son illərdə də peşə təhsilinin əhatəliliyinə dair bir çox hədəfə artıq nail olunub. Bu tədris ilində peşə təhsil müəssisələrinə 25 minə yaxın tələbə qəbul edilib. Bu da son on ilin ən yüksək göstəricisidir. 2026-cı ilədək təxminən 28 min tələbənin peşə təhsil müəssisələrinə cəlb edilməsi planlaşdırılır.

Peşə Təhsili üzrə Dövlət Agentliyinin sədri Ceyhun Kərəmov deyir ki, informasiyanın son dərəcə çox olduğu bir dövrdə peşə seçimi getdikcə çətinləşir. Peşəni doğru seçmək üçün həm ailə, həm də məktəblərin daha məlumatlı olması üçün imkanlar yaratmalıyıq. Bu məqsədlə peşəyönümlü işləri məktəblərdə daha keyfiyyətli şəkildə aparmaq vacibdir. Vətəndaşlara və şagirdlərə peşələr haqqında məlumat daha əlçatan olmalıdır. Valideynlər övladlarına seçim etməyə şərait yaratmalıdır. İndiki dövrdə şagirdlər texnologiyaya yönəldikləri üçün valideyn və müəllimlər bu prosesdə iştirak etməsələr də, internetdən ixtisaslar haqqında məlumat əldə edə bilirlər. Peşə təhsili müəssisələrindən istəyimiz odur ki, uşaqlar yalnız eşitməsin, eyni zamanda, görsünlər: "Məsələn, qaynaqçı işinin əhəmiyyətini bəzən başa düşmürük. Ancaq ətrafımıza baxanda hər sahədə qaynaq işinin yerini görmək olur. Şagirdlərə peşələrin əhəmiyyətini göstərə bilmədiyimiz üçün cəmiyyət olaraq bunu daha geniş şəkildə təqdim etməliyik. Uğur hekayələrini cəmiyyətə çatdırmaq da vacibdir. Hər hansı bir peşə olsun, əgər o sahəyə maraq varsa və sevərək işləyirsənsə, həyatda uğur qura bilərsən. Bu proses həm ailə, həm məktəb, həm də cəmiyyət tərəfindən dəstəklənməlidir. Təhsil müəssisələrində doğru sistemli maarifləndirmə və peşəyönümlü işlər, ailələrdə isə övladlara peşələr haqqında məlumat vermək düzgün seçim etməyə kömək edir. Gənclər daha çox ürəklərinin səsini dinləyərək düşüncələrinə əsasən qərar verməlidir. Bu prosesdə onlara şərait yaradılmalıdır".

O vurğulayıb ki, peşə təhsilində həyata keçirilən islahatların əsas qaynağı ölkəmizin sosial və iqtisadi inkişafı ilə bağlı olan hədəflərdir. "2022-2026-cı illərdə ölkəmizin sosial-iqtisadi inkişaf Strategiyasında" konkret olaraq peşə təhsili ilə bağlı hədəflər müəyyən edilib. Ən başlıca hədəf peşə təhsilinin əhatəliliyini və keyfiyyətini artırmaqdır. Bu istiqamətdə 2026-cı ilin sonuna qədər peşə təhsili sisteminə 28 min tələbənin cəlb olunması hədəfi qoyulub. Son 5 ildə hər il tələbə qəbulunda 10-15 faiz artım müşahidə edilib. Məsələn, 2024-cü ildə peşə təhsili müəssisələrinə 25 minə yaxın tələbə qəbul olunub ki, bu da son illərin ən yüksək göstəricisidir. Bundan əlavə, peşə təhsilinin infrastrukturunun genişləndirilməsi də strateji hədəflərdən biridir. Yeni, müasir peşə təhsili verə bilən müəssisələrin sayı artdıqca, ora müraciət edənlərin sayı da artır. Son on ildə Qəbələ, Bərdə, Gəncə, Bakı, Cəlilabad və digər regionlarda yeni müəssisələr açılıb. Hər bir yeni müəssisə tələbə sayında artıma səbəb olur. Məsələn, Bərdədə açılışdan sonra tələbə müraciətləri 10 dəfə artıb, Cəlilabadda da eyni tendensiya müşahidə edilir. Bu cür infrastruktur inkişafı, əhatəliliyin artırılmasına və keyfiyyətin yüksəlməsinə xidmət edir. Bu müəssisələrdə tələbəyönümlü mühit yaradılır, emalatxanalar və laboratoriyalar vasitəsilə praktiki biliklərin əldə olunmasına şərait yaradılır. Məsələn, Bərdədə və Cəlilabadda STEAM mərkəzləri yaradılıb. Bu mərkəzlər tələbələrə iş yerinə yaxın mühitdə təhsil almaq imkanı verir. Keyfiyyət də islahatların əsas istiqamətlərindəndir. Son 5-6 ildə təhsil proqramlarının yenilənməsi və yeni proqramların hazırlanması ilə bağlı əhəmiyyətli addımlar atılıb. Bu müddət ərzində 100-ə yaxın yeni proqram hazırlanıb. Bunda məqsəd təhsil proqramlarının əmək bazarının tələblərinə cavab verməsidir. Əlavə olaraq, son 7 ildə 550 mindən çox dərslik tələbələrə təqdim edilib. Peşə təhsilində müxtəlif ixtisaslar olduğu üçün dərsliklərin sayı da çoxdur, bu səbəbdən həm ümumtəhsil, həm də ixtisas dərslikləri mütəmadi nəşr olunaraq müəssisələrə göndərilir".

Onun dediyinə görə, peşə təhsili sistemində ən çox tələbat olan ixtisaslar sənaye, turizm, xidmət sektoru və IT sahələridir. Bir çox hallarda Azərbaycanda bu ixtisaslarla bağlı müəllim hazırlığı yetərli deyil. Bu istiqamətdə əhatəliliyi artırmağa çalışırıq. Yeni müəssisələr istifadəyə verildikcə, onların kadr potensialını gücləndirmək məqsədilə təlimlər və təkmilləşdirmə prosesləri davam edir. Məsələn, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində koreyalı mütəxəssislərin iştirakı ilə kurikulum təsdiq olunub və həmin müəssisələrdə çalışan müəllimlər uzun müddət Koreyada təlimlər alıblar. Eyni zamanda, turizm və xidmət sahələrində müəllimlərimiz Türkiyədə təlimlərə qatılıblar. 2023-cü və 2024-cü illərdə Koreyadan mütəxəssislərlə təlimlər keçirdik, bu təlimlər əsasən IT və sənaye ixtisasları üzrə oldu. Lakin tələbə qəbulu elan edildikcə, həmin sahələrdə müəllimlərimizin inkişafına da diqqət yetiririk: "Bu gün ən vacib olanı gələcəkdə əmək bazarında hansı ixtisaslara ehtiyac olacağını əvvəlcədən müəyyənləşdirərək kadr hazırlığını ona uyğun qurulmasıdır. Bu məqsədlə peşə təhsili proqramlarını hazırlayarkən mövcud əmək bazarındakı boşluqları və gələcək iqtisadi hədəfləri nəzərə alırıq".

Ceyhun Kərəmov bildirib ki, azad edilmiş ərazilərdə peşə təhsilinin bərpası və inkişafı istiqamətində konkret tədbirlər həyata keçirilir. Hazırda Füzuli şəhərində peşə təhsili müəssisələri inşa olunur: "Bu il Şuşada da peşə təhsil müəssisələrinin yenidən qurulması və əsaslı təmir işlərinə başlanılacaq. Qubadlı, Ağdam və Zəngilanda isə peşə təhsili müəssisələrinin layihələndirmə işləri 2025-ci ilin ortalarında yekunlaşacaq".

Azad edilmiş ərazilərdə peşə təhsilinin bərpası və inkişafı istiqamətində konkret tədbirlər həyata keçirilir. Hazırda Füzuli şəhərində peşə təhsili müəssisələri inşa olunur: "Bu il Şuşada da peşə təhsil müəssisələrinin yenidən qurulması və əsaslı təmir işlərinə başlanılacaq. Qubadlı, Ağdam və Zəngilanda isə peşə təhsili müəssisələrinin layihələndirmə işləri 2025-ci ilin ortalarında yekunlaşacaq".

Mütəxəssis qeyd edib ki, bu gün Azərbaycanda təxminən 50 faizə yaxın peşə təhsili müəssisələrində məcburi köçkün ailələri yaşayırlar. Hazırda Quba, Qax, Tovuz və digər rayonlarda yeni peşə təhsili müəssisələrinin layihələndirilməsi və tikinti işləri davam edir: "Birinci Qarabağ müharibəsi dövründə məcburi köçkün vətəndaşlarımız bir sıra təhsil müəssisələrinin infrastrukturunda məskunlaşmışdı. 2020-ci ildə şanlı qələbəmizdən sonra həmin vətəndaşlarımız öz doğma yurdlarına qayıtdıqca yeni təhsil müəssisələri üçün müasir infrastrukturun yaradılması və daha keyfiyyətli təhsil şəraitinin təmin edilməsi davam edir. Son illərdə Bakı, Gəncə, Bərdə, Qəbələ, İsmayıllı, Cəlilabad və Lənkəranda da yeni peşə təhsil müəssisələri tikilib".

Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Kənan Mirzəyev deyib ki, müvafiq dövlət qurumlarının hazırladığı statistik hesabatlardan görürük ki, adətən, regionlarda orta məktəbi bitirən məzunların əksəriyyəti təhsilini davam etdirmir. Nəticədə bir neçə ildən sonra peşəsi olmayan böyük ordu yaranır. Bu isə dövlətin üzərinə böyük məsuliyyət qoyur, onda həmin şəxslərin məşğulluğunun təmini ilə bağlı öhdəlik yaradır. Ölkədə müasir təminatlı, beynəlxalq standartlara cavab verən 8 peşə təhsili müəssisəsi tikilməlidir. Artıq onlardan bəziləri tikilib istifadəyə verilib. 2026-cı ilə qədər bəziləri də tikilib istifadəyə veriləcək: "Sevindirici hal odur ki, 8 müəssisənin 6-sı regionların payına düşür. Bu da Elm və Təhsil Nazirliyinin region gənclərinin peşə təhsilinə cəlbi ilə bağlı apardığı strategiyaya uyğundur".

Agentliyin direktor müavininin sözlərinə görə, Salyan, Qax, Quba, Tovuz rayonlarında da peşə təhsili müəssisələri tikilib istifadəyə veriləcək: "Bilirik ki, peşə təhsilinin keyfiyyətli tədrisi üçün infrastruktur, maddi-texniki baza mühüm şərtlərdir. Cəlilabad rayonunda peşə təhsili müəssisəsi 2022-ci ildə tikilib istifadəyə verilib. Həmin vaxt orada 400-ə yaxın tələbə var idi, amma cari tədris ilində tələbələrin sayı 980 nəfərə yaxınlaşıb".

Kənan Mirzəyev qeyd edib ki, Peşə Təhsili üzrə Dövlət Agentliyinin prioritetlərindən biri 2026-cı ilin sonuna qədər 15 təhsil proqramının yenilənməsi və tədris olunmasıdır.

Sevinc QARAYEVA

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:218
embedMənbə:https://525.az
archiveBu xəbər 06 Fevral 2025 16:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see371

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see293

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see274

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see253

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see253

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see236

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see230

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see227

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see219

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see217

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see209

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see206

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see205

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see203

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see202

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see201

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see197

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see190

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see184

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri