Icma.az
close
up
RU
525 ci qəzet Qarabağa Qayıdış tarixi Zəfərimizin parlaq tərənnümüdür”

525 ci qəzet Qarabağa Qayıdış tarixi Zəfərimizin parlaq tərənnümüdür”

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Hazırda ölkəmizin qarşısında duran əsas vəzifələrdən biri işğaldan azad olunan ərazilərə Böyük Qayıdışı təmin etməkdən ibarətdir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi və bilavasitə nəzarəti ilə Qarabağ və Şərqi Zəngəzura Böyük Qayıdışla bağlı bütün zəruri tədbirlər görülür. Dövlətimizin başçısı mütəmadi olaraq işğaldan azad olunmuş ərazilərə səfər edir və burada görülən işlərlə yerindəcə tanış olur”.

Bu fikirləri 525.az-a Milli Məclisin deputatı Fatma Yıldırım deyib.
Deputat bildirib ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində reallaşdırılacaq layihələrin əhatə dairəsi kifayət qədər genişdir. Hazırda bu ərazilərdə yaşayış evləri, sosial, yol-nəqliyyat, iqtisadi infrastrukturlar sürətlə bərpa edilir. Ərazilərin bərpası, quruculuq işləri ən müasir texnologiyalar əsasında həyata keçirilir.

Millət vəkilinin sözlərinə görə, Azərbaycanın 2020-ci ildə qazandığı tarixi Zəfər təkcə torpaqlarımızın işğaldan azad edilməsi ilə yekunlaşmadı. Bu zəfər Azərbaycan xalqına yeni üfüqlər açdı və Qarabağa Böyük Qayıdış prosesini reallığa çevirdi. 18-19 fevralda cənab Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Ağdam və Xankəndi şəhərlərinə səfəri, həyata keçirilən layihələr və görülən işlər bu qayıdışın əhəmiyyətini bir daha sübut edir. Qarabağ və Şərqi Zəngəzurun bərpası sadəcə bir infrastruktur layihəsi deyil, bu, Azərbaycanın tarixi, mədəni və sosial inkişafı üçün strateji əhəmiyyət daşıyan bir prosesdir. Bu ərazilərdə aparılan quruculuq işlərinin böyük hədəfləri var. 

“Düşmən tapdağında 30 ilə yaxın qalan torpaqlarımızda  indi həyat bərpa olunur. Bərpa prosesində müasir infrastrukturun qurulması xüsusi diqqət mərkəzindədir. Xankəndi və Ağdamda açılan yeni hotellər, təhsil və mədəniyyət ocaqları, yaşayış kompleksləri və digər obyektlər göstərir ki, Qarabağ artıq müasir Azərbaycanın inkişaf simvoluna çevrilib. Yenidənqurma işləri Qarabağda iqtisadi canlanmaya da səbəb olur, iş yerləri açılır, yerli və xarici sərmayə cəlb olunur. Bütün bunların fonunda Qarabağda ekoloji təmiz enerji layihələrinin həyata keçirilməsi və “yaşıl enerji zonası” konsepsiyası bölgənin təbii ehtiyatlarının qorunmasına xidmət edir. Cənab Prezidentin Xocalının Ballıca kəndinin sakinləri ilə səmimi görüşü, insanların əhval-ruhiyyəsi xalqımızın Qarabağ torpağına nə qədər bağlı olduğunu təsdiqləyir. Bütövlükdə, Qarabağa Qayıdış tarixi Zəfərimizin parlaq tərənnümüdür”,-deyə deputat vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://525.az
archiveBu xəbər 20 Fevral 2025 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see178

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see174

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see170

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see157

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see143

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see137

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Ermənistan neft məhsullarımızın pulunu belə ödəyir SXEM AÇILDI

10 Yanvar 2026 13:48see133

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see132

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see130

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see130

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri