Icma.az
close
up
RU
Zəfərimizin 5 ci ili

Zəfərimizin 5 ci ili

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

Azad Qarabağda 5-ci bayram tonqalı

Yurdumuzda bayram bayrama qarışıb. Ölkəmizdə müqəddəs Ramazan ayında həm də xalqımızın tarix boyunca yaşatdığı və zənginləşdirdiyi Novruz bayramı dövlət səviyyəsində qeyd edilir. Prezident İlham Əliyev bayram ərəfəsində şanlı Zəfərimizlə sonuclanan 44 günlük müharibədən sonra öz ənənəsinə sadiq qalaraq birinci xanım Mehriban Əliyeva ilə birlikdə işğaldan azad olunmuş ərazilərə səfər edib. Səfər çərçivəsində dövlətimizin başçısının və birinci xanım Mehriban Əliyevanın martın 18-də Ağdərə rayonunun Həsənriz kəndində buraya köçən sakinlərlə birlikdə Novruz tonqalını alovlandırmaları xalqımızın bayram sevincinə sevinc qatıb.

Eyni zamanda, Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesablarında Ağdərədən paylaşım edib.  Paylaşımda vurğulanır: “Ağdərə rayonu, Həsənriz kəndi. 18.03.2025. Uca Allah hər kəsə möhkəm cansağlığı, bol sevinc, sevgi və səadət, hər evə xoş ovqat, hər ocağa ruzi-bərəkət bəxş etsin! İlaxır çərşənbəniz mübarək!”.

Şuşada, Suqovuşanda, Talışda, Xankəndidə, Həsənrizdə alovlandırılan tonqallar...

Əziz bayram günlərində gözəl Novruz ənənələrinə yurdumuzun hər yerində, hər ailədə əməl olunur. Bu ənənələr sırasında torpağa bağlılıq və oda sitayiş xüsusi yer tutur. Torpaq çərşənbəsi - Novruz bayramının dördüncü və sonuncu çərşənbəsi olaraq, xalq arasında “İlaxır çərşənbə” kimi də tanınır. Bu çərşənbə torpağın oyanması, təbiətin canlanması və baharın gəlişinin simvoludur. Eyni zamanda, çərşənbələrdə və bayram axşamında tonqalların alovlandırılması, insanların köhnə ilin dərd-sərini, bütün ağırlıqlarını-uğurluqlarını odda-alovda yandırmaları, yeni, saf bir başlanğıc etdiklərinə inam bəsləmələri son dərəcə gözəl adətdir.

Biz otuz il ərzində təcavüzkar dövlət olan Ermənistanın işğalı səbəbindən Azərbaycanın ərazisinin 20 faizini təşkil edən regionlarımızda bayram tonqalları alovlandıra bilmirdik. Xalqımızın qəlbində mənfur düşmənin nəzarətində qalan torpaqlarımıza sonsuz bağlılıq var idi. Xəyallarımız, ruhumuz hər an bizləri o yerlərə çəkib aparırdı. Otuz il ərzində xalqımıza, dövlətimizə, Prezidentimizə  müxtəlif dairələrdən böyük təzyiqlər göstərildi. Bizi işğalla, torpaqlarımızın yad əllərdə olması faktı ilə barışmağa sövq etməyə çalışırdılar. Barışmadıq, dövlət və xalq olaraq təzyiqlərə baş əymədik, yurd yerlərimizə qayıdacağımıza inandıq. Prezident İlham Əliyevin işğal faktına gec-tez, istənilən yolla son qoyulacağına əminlik ifadə etməsi bu inamı möhkəmləndirirdi. 

Müqəddəs arzumuza 44 günlük Vətən müharibəsində və 23 saatlıq lokal xarakterli antiterror tədbirlərində əldə olunan qələbələr sayəsində çatdıq. İndi Azərbaycanın bütün torpaqları azaddır, bütün ərazilərimizdə aylı-ulduzlu bayrağımız əzəmətlə dalğalanır.

Eyni zamanda, artıq bayram tonqalları da ölkəmizin bütün reagionlarında alovlandırılır. İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərimizdə ilk Novruz tonqalını Prezident  İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva 2021-ci il 20 mart tarixində Şuşada Cıdır düzündə alovlandırıblar. İşğaldan azad olunmuş ərazilərdə ilk Novruz tonqalının Şuşada alovlandırılması böyük rəmzi məna daşıyırdı. Azərbaycan xalqının bu qədim şəhərə böyük mənəvi bağlılığı var. Uca dağlar qoynunda qərar tutan Şuşa tarixi Azərbaycan şəhəridir, onun əsası Pənahəli xan tərəfindən qoyulub. 28 il əsarətdə qalan şəhər  mənfur düşmən tərəfindən dağıntılara məruz qalıb. Düşmən  Şuşanın tarixi siması pozmağa, şəhərin simasından azərbaycanlı izlərini silməyə, onu erməniləşdirməyə çalışıb. Ancaq bu mümkün olmayıb. Şuşa dağıntılara məruz qalsa da, milli ruhunu qoruyub. Prezident İlham Əliyev Şuşada bayram tonqalını alovlandırdıqdan sonra xalqa ünvanladığı müraciətində  şəhərin işğaldan  azad edilməsini tarixi hadisə kimi dəyərləndirərək vurğulayıb: “Biz bu il Novruz bayramını Şuşada, Cıdır düzündə qeyd edirik. Bu, tarixi hadisədir. Deyirdim ki, biz Novruz bayramını torpaqlarımız işğaldan azad olunandan sonra Qarabağda qeyd edəcəyik və bu gün gəldi. Bu gün biz Novruz bayramını qədim şəhərimizdə, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada qeyd edirik. Bu, tarixi hadisədir”.

Şuşadan sonra işğaldan azad edilmiş ərazilərdə Novruz tonqalları 2022-ci ildə Suqovuşanda, 2023-cü ildə Talışda, 2024-cü ildə isə Xankəndidə alovlandırılıb. Xankəndi işğal illərində separatizm yuvasına çevrilmişdi. Azərbaycan əleyhinə bəyanatlar buradan verilir, məkrli müharibə cinayətlərinin planları burada hazırlanırdı. Separatçılar 44 günlük müharibənin dərslərindən lazımi nəticələr çıxartmadılar və Xankəndidə çirkin fəaliyyətlərini davam etdirdilər. Buna görə də Azərbaycan 2023-cü il sentyabrın 19-20-də lokal xarakterli antiterror tədbirləri keçirərək Qarabağda separatizmin kökünü birdəfəlik kəsdi.  Xankəndidə və işğaldan azad olunmuş bütün ərazilərimizdə bayrağımız ədədi dalğalanacaq. Prezident İlham Əliyev  və birinci xanım Mehriban Əliyeva 2025-ci ilin Novruz tonqalını yeni ünvanda - Ağdərənin Həsənriz kəndində alovlandırdılar. Bu, postmüharibə mərhələsində işğaldan azad olunmuş ərazilərimizdə alovlandırlan sayca beşinci tonqaldır. Bütün torpaqlarında bayram tonqalların əbədi yansın, Azərbaycan!

Ədalətin təntənəsi, tam qələbə

Hazırda dünyanın mənzərəsi bir çox cəhətdən təzadlıdır. Ədalət, beynəlxalq hüquq bir sıra hallarda arxa plana keçirilir, ikili standartlar, selektiv yanaşmalar önə çəkilir. Belə bir şəraitdə xalqlar, ölkələr öz həqiqətlərini təsdiqləmək, milli maraqlarını qorumaq üçün güclü olmalıdırlar. Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərə növbəti səfəri çərçivəsində Suqovuşanda kənd sakinləri ilə görüşdə diqqəti dünyada gedən proseslərə çəkib. Sirr deyil ki, indi beynəlxalq miqyasda müharibələr, qanlı toqquşmalar kifayət qədər geniş vüsət alıb. Müşahidə edilən reallıq ondan ibarətdir ki, heç də hər bir ölkə ədalətli maraqlarını özü təmin edə bilmir. Xalqlar vətənlərinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxırlar, vuruşurlar, şəhidlər verirlər. Bununla belə, haqları çatan nəticəni əldə edə bilmirlər, uğurları yarımçıq, cüzi olur. Azərbaycan isə 44 günlük müharibədə və 23 saatlıq lokal xarakterli antiterror tədbirlərində qazandığı qələbələrlə dünyaya yeni bir nümunə təqdim etdi. Bəhs olunan görüşdə Azərbaycanın uğurunu tam qələbə kimi səciyyələndirən Prezident İlham Əliyev “Yəni, sadəcə olaraq, bu gün dünyada gedən toqquşmalara, münaqişələrə, müharibələrə nəzər salsaq, son tarixin müharibələrinə nəzər salsaq, hətta deyə bilərəm ki, İkinci Dünya müharibəsindən sonra Azərbaycan qədər birmənalı və tam qələbə heç kim tərəfindən qazanılmayıb. Ya yarımçıq qalıb, ya natamam qalıb, ya da ki, hər hansı bir başqa formada müharibə öz mahiyyətini dəyişməyərək modifikasiya olunub, başqa formalara keçib. Bizim Qələbəmiz isə tamdır və bu, həm dövlətimizin, Silahlı Qüvvələrimizin gücünü, həm də xalqımızın iradəsini göstərir”, - deyə vurğulayıb.

Əlbəttə, ölkəmiz tam qələbəyə, necə deyərlər, sehirli çubuğun sayəsində nail olmayıb. Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi əsasında alınan qərarlar və görülən işlər bizi addım-addım qələbəyə yaxınlaşdırıb. Bildirildiyi kimi, güclü dövlət qurulmalı idi. Buna nail olundu. Azərbaycan dünyada milli maraqlardan, suverenlik və müstəqillik prinsiplərindən çıxış edən azsaylı dövlətlərdən biri kimi tanınır. Paralel şəkildə, aparılan islahatlar sayəsində iqtisadiyyat gücləndirildi, maliyyə imkanları genişləndirildi. Bu əsasda müasir ordu quruldu. Və əlbəttə ki, ideoloji işin, gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsinin diqqət mərkəzində saxlanılmasının önəmini ayrıca qeyd etmək lazımdır. Respublikamızda vətənpərvərlik ruhunda, dövlətə, xalqa bağlı olan gənclər yetişdirildi. Prezident İlham Əliyevin vurğuladığı kimi, onlar 30 ildən sonra öz tarixi missiyalarını şərəflə yerinə yetirdilər və həm İkinci Qarabağ müharibəsi dövründə, həm də antiterror əməliyyatı dövründə böyük qəhrəmanlıq göstərmişlər.

Azərbaycanı güclü və yenilməz edən həm də ölkəmizin ədalət müharibəsi aparması idi. Məhz nəyi necə və nə zaman etməyi hamıdan yaxşı bilən Lider amilinin, alınan düzgün qərarların, vaxtında atılan addımların, ardıcıl hazırlıqların nəticəsi olaraq biz öz gücümüzlə tarixi ədalətin və beynəlxalq hüququn təmin edilməsinə nail olduq. Heç bir qüvvə, heç bir güc mərkəzi ədalətli mübarizəmizi məntiqi sonluğa çatdırmaqda bizə mane ola bilmədi.

Milli-mənəvi varisliyin bariz nümunəsi

Ənənəvi olaraq Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik ünvanlayır. Dövlətimizin başçısı budəfəki təbrikində xalqı Novruz bayramı münasibətilə ürəkdən təbrik edib, hər kəsə bahar əhval-ruhiyyəsi, cansağlığı və uğurlar arzulayıb. Müraciətdə qeyd olunduğu kimi, ulu əcdadlarımızın müqəddəs yadigarı olan Novruz bayramı müdrik Azərbaycan xalqının zəngin həyat fəlsəfəsini və nikbin dünyagörüşünü günümüzədək yaşadaraq milli-mənəvi varisliyin bariz nümunəsinə çevrilmişdir. Bu böyük el bayramı təbiətə məhəbbətin, ruhi paklıq və gözəlliyin, mərhəmət və xeyirxahlığın yüksək təntənəsidir. Ali ümumbəşəri dəyərlərin daşıyıcısı olduğu üçün o, dünya mədəni irsinin qiymətli nümunələri sırasında layiqli yer tutur. Təbrikdə oxuyuruq: “Novruz bayramı milli təfəkkürümüzün ayrılmaz parçası kimi ənənəvi dəyərlərimizin formalaşmasında müstəsna rol oynamışdır. Ölkəmizi sivilizasiyaların qovuşuğundakı qədim mərkəzlərdən biri olaraq tanıtmış misilsiz mənəviyyat xəzinəmizdə Novruz mərasimləri xüsusi mövqeyə malikdir. Baharın gəlişinin əsrlərin yaddaşında iz qoymuş adətlərə uyğun şəkildə bu gün də rəngarəng el şənlikləri ilə Vətənimizin hər bir guşəsində geniş qeyd edilməsi tarixi-mədəni irsə bağlılığımızın parlaq ifadəsidir”.

Milli həmrəylik Azərbaycan cəmiyyətinin üstün keyfiyyətlərindən biridir. Ən çətin, həlledici məqamlarda Azərbaycan xalqı bir yumruq kimi birləşir. Dünya 44 günlük Vətən müharibəsi günlərində Azərbaycan cəmiyyətinin monolitliyinin bir daha şahidi oldu. Həmin günlərdə milli-dini-etnik mənsubiyyətindən, sosial mənşəyindən asılı olmayaraq ölkənin bütün vətəndaşları, siyasi partiyalar Prezidentin, Ali Baş Komandanın ətrafında sıx birləşdilər. Əsas ümummilli ideya ətrafında sarsılmaz birliyimiz bizi böyük Qələbəyə apardı. Xalqın güclü həmrəyliyinin təmin olunmasına bir sıra amillər öz təsirini göstərir ki, burada milli-mənəvi dəyərlərimizin də böyük rolu var. Novruzun birləşdirici bir bayram olduğuna diqqət çəkən Prezident İlham Əliyev vurğulayıb: “Cəmiyyətdə ünsiyyəti, qarşılıqlı səmimi münasibətləri dərinləşdirən və bizi azərbaycançılıq məfkurəsi işığında sıx birləşdirən Novruz bayramı milli həmrəyliyimizi getdikcə daha da möhkəmləndirir. Əminəm ki, bu həmrəylik duyğusu yaz fəslinin yeniləşdirici ab-havası və beşinci ildönümünə hazırlaşdığımız şanlı Zəfərin verdiyi mənəvi güclə vəhdətdə ümumxalq əhəmiyyətli bütün işlərimizin lazımi səviyyədə icrasını təmin edəcəkdir. Bayram sevincini işğaldan azad olunmuş əzəli torpaqlarımızda yaşayan soydaşlarımız əbədi qayıtdıqları öz dədə-baba yurdlarında aydın səma altında əmin-amanlıq içində daim şövqlə qurub-yaradacaqlar”.

Mübariz ABDULLAYEV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 20 Mart 2025 17:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran səfirliyindən “Avroviziya“ diplomatiyası“: Ermənistan sevgisini yenə gizlədə bilmədilər FOTO

16 May 2026 17:32see201

Kral III Msvati Bakıya gəldi

17 May 2026 01:55see199

Yaxınlarınıza nəsə olsa, bilin ki, bizim bəddualarımızın nəticəsidir

16 May 2026 18:48see195

Slovakiyalı nazir: Su siyasəti beynəlxalq münasibətlərin əsas mövzularından olmalıdır

17 May 2026 17:51see177

Meteohəssas insanların NƏZƏRİNƏ

16 May 2026 15:39see175

Buxarada keçirilən beynəlxalq konfransa Azərbaycan nümayəndələri də qatılıb

16 May 2026 23:17see172

Vüsal Aslanov hökumətin şəhərsalma siyasətini bir cümlə ilə kəskin tənqid edib Natiq Cəfərli

16 May 2026 20:14see172

Azərbaycanda təhsil infrastrukturu: “Hər 3 uşaqdan 2 si...”

16 May 2026 15:48see172

“Putin Rusiya iqtisadiyyatındakı problemləri gizlətməyə çalışır”...

16 May 2026 18:05see171

CRM üzrə kiçik mütəxəssis

17 May 2026 22:19see171

Magistraturaya qəbul imtahanı: 90 nömrəli məktəbdə ciddi narazılıq yaşanıb

17 May 2026 11:56see169

Günün ULDUZ FALI Bu, vütün buzları əridə bilər

17 May 2026 02:09see165

Rəsmi nikah olmadan kəbin kəsən mollalara PİS XƏBƏR

17 May 2026 04:58see164

Gecə bu ərazilərdə işıqlar söndürüləcək

16 May 2026 18:35see163

Daha bir ölümcül virus yayılıb Peyvəndi də yoxdur

18 May 2026 00:31see160

Sürücülərin NƏZƏRİNƏ: Bu ərazilərdə yazılan radar cəriməsi ləğv olunmalıdır

17 May 2026 04:55see157

Aviaşouda qırıcılar toqquşdu

18 May 2026 04:48see156

Premyer Liqa: Mançester Yunayted 3 xalı 3 qolla qazandı

18 May 2026 00:53see153

Qadınlarda istəyi qoruyan 6 gizli faktor açıqlandı

18 May 2026 03:21see149

Dünyada cəmi iki ədəd var, biri muzeydədir, biri də cehiz FOTOLAR

18 May 2026 09:53see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri