Icma.az
close
up
RU
Bununla tarixi zəfərimizin bünövrəsi qoyuldu

Bununla tarixi zəfərimizin bünövrəsi qoyuldu

Xalqcebhesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Aprel döyüşləri Qarabağ münaqişəsinin həllində ən ciddi rol oynayan bir faktordur. Aprel döyüşlərində Azərbaycan Ordusu bir daha öz kadr potensialının nədən ibarət olduğunu, hansı gücə malik olduğunu göstərdi. Həm dağlıq, həm düzən ərazidə, quruda, havada, suda necə döyüş aparmağın lazım olduğunu bir daha nümayiş etdirdi. Əsas məsələ də odur ki, erməni ordusu haqqında yaradılan mif sındırıldı. Bir sıra erməni rəhbərlərinin daimi bu istiqamətdə güclərinin daha çox olduğunu, hətta yollara nəzarət etdiklərini demələrinə baxmayaraq Aprel döyüşlərindən sonra Ermənistan ordusunda ciddi istefalar başlandı, korrupsiya halları üzə çıxdı, bununla bağlı yoxlamalar aparıldı, hətta hakimiyyət dəyişikliyi baş verdi. Hakimiyyət dəyişikliyinin əsas səbəblərindən biri məhz Aprel döyüşlərində ermənilərin məğlubiyyəti idi. Lələtəpə yüksəkliyinin, 1000 hektarlarla ərazinin azad edilməsi, sonra həmin ərazilərdə dinc əhalinin yaşaması üçün infrastrukturun yaradılması bir daha göstərdi ki, biz suverenliyimizin, ərazimizin işğal altında qalması ilə heç zaman barışmayacağıq”.

Bu sözləri xalqcəbhəsi.az-a Milli Məclisin deputatı Arzu Nağıyev deyib.

A.Nağıyev diqqətə çatdırıb ki, 2016-cı ilin aprel ayının əvvəlində baş verən Aprel döyüşləri Azərbaycan Ordusunun mühüm qələbəsi ilə nəticələndi: “Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Suqovuşan kəndi istiqamətində mövqelər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi, Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi istiqamətindəki məntəqələr düşməndən azad edildi. Silahlı qüvvələrimiz “məğbuledilməz erməni ordusu” mifini doğrudan da darmadağın etdi və biz dünyaya göstərə bildik ki, bizim necə gücümüz, necə milli kadr potensialımız var. Vətən müharibəsindəki şanlı Zəfərimizin bünövrəsi qoyuldu. Aprel döyüşlərindən əldə edilmiş təcrübələrdən irəli gələrək 2016-2020-ci illərdə istər Tovuz hadisələri, istər digər məsələlər Azərbaycan Ordusunda yenidənqurma işləri, yeni silahlarla təchiz olunma, təlimlər, hərbi taktikanın təkmilləşdirilməsi, yeni kadr potensialının yetişdirilməsi prosesi getdi və biz müasir müharibənin necə aparılmasını göstərə bildik”.

Məhz Aprel döyüşlərindən başlayan proseslərin 2020-ci ildə Azərbaycanın şanlı Qələbəsi ilə nəticələndiyini bildirən deputat bu döyüşlərdən sonra müxtəlif döyüşlərin olduğunu qeyd edib: “Həm Naxçıvan istiqamətində Günnüt əməliyyatı, həm Tovuz döyüşləri bir daha göstərdi ki, Azərbaycan Ordusu yüksək döyüş qabiliyyətinə malikdir və torpaqlarının 1 qarışını da kiməsə verəsi deyil. Tovuz döyüşlərində də Ali Baş Komandanın qətiyyətinin, Azərbaycan Ordusunun döyüş qabiliyyətinin və Azərbaycan xalqının birliyinin ən yüksək səviyyədə olduğunu gördük. Bu proseslər bu gün deməyə əsas verir ki, Azərbaycan xalqı bilir ki, onun arxasında şanlı bir ordu dayanıb. Həmin ordu istənilən vaxt ərazi bütövlüyümüzü, suverenliyimizi qorumağa qadirdir”.

Röya İsrafilova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 04 Aprel 2025 13:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see281

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see278

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see263

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see254

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see254

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see252

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see246

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see240

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see238

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see229

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see222

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see217

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see216

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see214

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see207

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see202

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see202

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see202

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see193

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri