525 ci qəzet Slovakiya və İsveç səfirlikləri NATO nun Azərbaycandakı əlaqələndiricisi oldu
525.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Slovakiya və İsveçin ölkəmizdəki səfirlikləri yanvar ayının 1-dən etibarən 2025-2026-cı illər üçün NATO-nun Azərbaycandakı əlaqələndirici səfirlikləri funksiyasını yerinə yetirməyə başlayıblar.
525.az xəbər verir ki, bu barəsə səfirliklərin məlumatında qeyd edilib.
“Səfir Milan Layçak (Slovakiya) və səfir Tobias Lorentzson (İsveç) azərbaycanlı həmkarları ilə sıx əməkdaşlıq çərçivəsində NATO-nun Azərbaycanda həyata keçirdiyi təbliğat səylərini və digər tərəfdaşlıq fəaliyyətlərini dəstəkləməyi səbirsizliklə gözləyirlər”, - açıqlamada vurğulanıb.
Qeyd edək ki, bundan əvvəl əlaqələndirici səfirlik Latviya olub.
Pərvanə Sultanova

Slovakiya və İsveçin Bakıdakı səfirlikləri NATO nun Azərbaycandakı əlaqə nöqtəsi olacaq
15 Sentyabr 2025 18:46
NATOnun Azərbaycandakı əlaqələndiricisi funksiyasını Slovakiyanın səfirliyi həyata keçirəcək
11 Noyabr 2024 18:03
BMTnin Azərbaycandakı Rezident Əlaqələndiricisi COP29la bağlı paylaşım edib
10 Noyabr 2024 18:47

