525 ci qəzet Türkiyə XİN başçısı: ABŞ nin tezliklə Ukrayna ilə bağlı təşəbbüslərini gözləmək olar
525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Türkiyənin xarici işlər naziri (XİN) Hakan Fidan iyuna qədər Ukraynada münaqişənin həlli ilə bağlı, o cümlədən ABŞ-dən müəyyən təşəbbüslərin olacağını gözləyir.
525.az “Report” a istinadən xəbər verir ki, o bu barədə “Anadolu” agentliyinə müsahibəsində bildirib.
"Yaxın zamanda ABŞ tərəfindən təşəbbüsün olacağını gözləyə bilərik. Əlbəttə, Tramp və Rusiya Prezidenti Vladimir Putin görüşməlidir. Lakin bu görüş baş tutmazdan əvvəl, şübhəsiz ki, böyük iş görülməli, müəyyən prinsiplər əsasında ümumi razılaşma çərçivəsi hazırlanmalıdır. Tərəflərin ciddi konsensusa ehtiyacı olacaq", - H.Fidan bildirib.
O qeyd edib ki, tərəflər hələ görüşlərin keçirilməsi mərhələsinə gəlib çatmayıblar: "Düşünürəm ki, yay aylarına qədər vəziyyət aydınlaşacaq. Aydınlıq iyuna qədər yaranacaq".
Baxış sayı:116
Bu xəbər 05 Fevral 2025 14:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















