Icma.az
close
up
RU
Sanki Ayaks ın əvvəlki 5 oyunda alınmadığı bu matçda alındı Qurban Qurbanov

Sanki Ayaks ın əvvəlki 5 oyunda alınmadığı bu matçda alındı Qurban Qurbanov

Icma.az xəbər verir, Sportal.az saytına əsaslanaraq.

"Qarabağ" Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində "Ayaks"a doğma meydanda 2:4 hesabı ilə məğlub olub.

Sportal.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:

"Rəqibi təbrik edirəm. Oyundan sonra baş məşqçiləri öz oyunçuları tərəfə getdi, onu təbrik edə bilmədim. Görüşsəydik, daha yaxşı olardı. Matça gəldikdə, futbolçularımdan razı qaldım. Son illərdə belə dinamik, sürətli oyun, bu qədər bolqollu oyun nadir hallarda olurdu. Sadəcə bu cür komandalar səhvləri bağışlamır, epizodlardan istifadə edirlər. Bura Çempionlar Liqasıdır. Burada istənilən nəticəni gözləmək lazımdır. Elə də oldu. Sanki bu gün "Ayaks"ın əvvəlki 5 oyunda alınmadığı bu oyunda alındı. Bu komanda əvvəlki oyunlarda uduzsa da, istənilən rəqibdən üstün futbol oynayıb. Bunu demişdim. Biz meydançada döyüşərək uduzduq. Ümidvaram ki, azarkeşlər və biz bərabərlik haqda düşünmürdük. Qələbə istəyirdik. Futbolçulara da bu ruhu vermişdik. Ona görə oyunçularımız hücumda çoxluq təşkil etməyə çalışırdılar. Azarkeşlərə təşəkkür edirəm. Futbol bayramı idi. Sadəcə qələbə çatışmadı. Bizə güvəndilər. Çalışdıq ki, güvənlərini itirməyək. Futboldur, belə nəticələrə hazır olmaq lazımdır. Məncə, hamı oyundan həzz aldı, sadəcə nəticə əksinə oldu".

- "Qarabağ" qələbə istəyirdi deyə, hesabda öndə olanda da irəli atılırdı və əks-hücumlardan qol buraxdı?

- Qalib gəlmək istəyiriksə, necə hazırlaşmışıqsa, onu saxlamalıyıq. Belə böyük oyunlarda futbolçularıma bildirmişəm ki, sona qədər oynamalıyıq. Qol vurduq, müdafiədən oynayaq, filan...Yox. "Ayaks" topla yaxşı davransa da, risklərə gedirdik. Ona görə qol epizodları saysan, bəlkə bizdə daha çox idi. Nədən razı qaldım? Dünən hazırlaşmışdıq ki, hansı hücumları edəcəyik. Xeyli hücumlarımız oldu.

- Bu cür rəqiblər səhvləri bağışlamır. Həmin səhvlər nədən qaynaqlanırdı?

- 1-ci və 2-ci qol uzaqdan vurulan qollar idi. Orada bir az diqqətsiz oldu. Digərlərini əks-hücumdan buraxdıq. Orada rəqibin ustalığı önə çıxdı. Hücuma çıxanda, sonda qol buraxırıq. Elvin Cəfərquliyev daha diqqətli olmalı idi. Sağ və sol müdafiəçilərimizin üstün tərəfidir ki, hər ikisi hücumda aktiv çıxış etsin. Qapımızda qollar gördük, oyunun sonları idi, bəlkə onlarda yorğunçuluq var idi. O epizodlarda sürətdə uduzduq.

- Sizə elə gəlmir ki, 2:1-də Zubirin qaçırdığı epizod idi?

- Elə epizodlar çox oldu 1:0-da da qol şanslarımız var idi, 2:2-də də. Saya bilərik. Epizodlardan əlbəttə ki, rəqib daha yaxşı istifadə etdi.

-Sonradan meydana buraxdığınız oyunçulardan nə dərəcədə razı qaldız? Xüsusilə də Nəriman?

- Tam razı qalmadım. Yağışlı hava idi, meydana sonradan daxil olmaq çətin idi. Sürəti artırmaq istəyirdik. Kaşuk, Nəriman daha dəqiq olsaydı, fərqli nəticə olardı. İlk dəfə deyil ki, belə addımlar atmışıq. Sadəcə bu dəfə alınmadı.

-Nəriman Axundzadənin performansından razı qalmayıb azarkeşlər. Deyirlər ki, o, meydana çıxanda "Qarabağ"ın hücum xətti zəifləyir...

- Əfsuslar olsun ki, Nərimanla bağlı müzakirələr çox gedir. Mən özüm bilmirəm onun haqda nə deyim. Hansısa fikir bildirsəm, bəlkə azarkeşə qarşı çıxmış olaram. Daha yaxşı oynaya bilərdi. Dəfələrlə futbolçularımın yanındayam. İndi də. Kamilo Duran nə qədər sprint etdi, güc sərf etdi. Yorulmuşdu. Belə cavabım yoxdu ki, azarkeşlərin narazılığına fikir bildirim. Nəriman daha yaxşı oynaya bilərdi. Tək o yox, sonradan meydana çıxanlar. Oyuna kənardan baxıb həzz alırdım.90 dəqiqə dinamika var idi. Son vaxtlar çox oyuna baxmışdıq, analiz etmişdik ÇL matçlarını. Bəlkə də 3 ən yaxşı oyunlardan biridir. Hər iki komanda cəsarətli oynadı, xeyli sayda qol epizoduna girdi. Məğlub olduq. Deyəcək bir şey yoxdur.

- "Ayntraxt"dan oyundan əvvəl bizim çempionatımızda 1 həftə fasilə olacaq. Bundesliqa davam edəcək. Bu, "Qarabağ"a pis təsir edə bilər?

- Ola bilər. Çünki onlar daha idman formasında olacaqlar. Çıxış yolumuz yoxdur. Yoldaşlıq oyunları keçirməyi fikirləşəcəyik. Çempionat oyunlarına hazırlaşacağıq. Futbolçular üçün psixoloji tərəfdən asan olmayacaq. İstirahət vaxtından maksimum faydalı istifafə etməliyik. İlk rəsmi matçımız da "Ayntraxt"a qarşı olacaq.

- Pley-off şanslarınızı necə dəyərləndirirsiz?

- Futbolçular üzgün idi. Hamımız istəyirdik ki, şansdan maksimum istifadə edək. Meydanda icraçılar onlardı. Çox çalışdılar. İndi də patlardəyişmə otağında gördüm ki, çox kefsizdilər. Vaxtımız olacaq ki, onları yenidən geri qaytaraq. Hansısa matçlarda qalib gəlmişiksə, yenə də bunu edə bilərik. Pley-off şansımız varsa, maksimum istifadə edəcəyik.

- A komandası 7 xal yoplayıb. U-19 komandanız isə 6 matçının hamısında böyük hesabla uduzdu. Bununla bağlı fikriniz necədir? O komandadan gələcəkdə A komandaya gəlmək ehtimalı var?

- Bu, bizim Azərbaycan futbolunun yeridir Əgər U-19 komandamız fərq bu qədər hiss oluursa 4-5 il sonra bu səviyyədə oyunlarda hansı səviyyədə olacaq? Bu, bizim üçün böyük təhlükədir gələcəkdə. Bəlkə kənardan vuruşmağımız, nəticələrimiz bizi aldadır. Amma gələcəyə baxsaq, fərq çox böyüyə-böyüyə gedir. 4-5 ildən sonra....Bunun sonu necə olacaq, bilmirəm. Biz mütləq "Qarabağ" olaraq, şəraitimizi yaxşılaşdırmalıyıq, daha diqqətli olmalıyıq. Bizim U-19 komandamızın çoxu daha cavan idi. 17-18 yaşları var idi. İlk dəfə idi belə turnirdə oynayırlar. Amma bu cür klubların futbolçuları beynəlxalq turnirlərdə oynayıb, böyüyə-böyüyə oynayırlar. Onlar 17 yaşından bu cür turnirlərdə iştirak edirlər. Onların şəraitləri danışılası deyil. Avropa futbolu, gənc, uşaq futbolu dedikdə, ilk ağla gələn "Ayaks"dır. Onların şəraitdən danışılası deyil. O klubun şəraiti bizim bəlkə də Azərbaycan futbolunun şəraitindən daha üstündür. Bir neçə klubda olmuşam, akademiyalarına baxmışam. "Barselona"nın, "Çelsi"nin, "Borussiya"nın. Yan-yana qoyulası deyil. Çalışıb əziyyət çəkməli, pozitiv yanaşmalı, inamla baxmalıyıq gələcəyə. Fərq çox böyükdür.

- Bizim böyüməyimizə ümid yoxdur?

- Ümid yoxdur kimi yanaşa bilmərik. Ümidsiz olacağıqsa, gərək futboldan uzaqlaşaq. Hər bir halda, çalışıb ən azından onlarla ayaqlaşmaq lazımdır. Biz bir klub olaraq, onlara qarşı mübarizə apara bilirik. Elə səviyyədə olan rəqiblərdir ki..Futbol elə səviyyədədir ki, hesablar 4:0, 6:0 olur. Final matçlarında da 5:0 kim hesablar olur. Halbuki eyni səviyyədə komandalar qarşılaşır. Biz çox geridə qalmışıq. Onlar gələcəyə böyük yatırımlar edirlər. Avropada böyük klublar bunu edir. Hər bir halda, pozitiv və ümidli omalıyıq.

Mirbağırağa

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:45
embedMənbə:https://sportal.az
archiveBu xəbər 11 Dekabr 2025 00:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see319

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see253

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see189

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see171

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see169

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see168

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see167

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see166

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see163

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see151

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see144

Bakı Sumqayıt qatarının 4, 15, 20 və 28 iyun üçün hərəkət qrafiki açıqlanıb CƏDVƏL

23 Yanvar 2026 05:36see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri