Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

525 ci qəzet UNEC: təhsildə və tədrisdə ən yüksək inkişaf səviyyəsinə doğru

525 ci qəzet UNEC: təhsildə və tədrisdə ən yüksək inkişaf səviyyəsinə doğru

Icma.az bildirir, 525.az portalına istinadən.

Son illərdə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) təhsilin səviyyəsinin yüksəldilməsi, yeni təhsil standartlarının hazırlanması, bu sahədə beynəlxalq standartların tətbiqi, rəqabətədavamlı təhsil sisteminin qurulması istiqamətində çox ciddi işlər görülüb. Bu gün UNEC maddi-texniki bazası, təlim-metodik vəsaitlər və bir sıra digər istiqamətlər üzrə bir çox region universitetlərinə örnək ola biləcək ali təhsil mərkəzinə çevrilib.

Ölkə iqtisadiyyatının tələblərinə uyğun olaraq ən mühüm ixtisaslar üzrə iqtisadçı kadrların hazırlanması, onların ixtisaslarının artırılması missiyasını öz üzərinə götürən, həm də bu işi layiqincə yerinə yetirən UNEC-də təhsil almaq istəyən əcnəbi tələbələrin sayı ildən-ilə artmaqdadır. Belə ki, 2024-2025-ci tədris ilində UNEC-ə qəbul olan əcnəbi vətəndaşların sayı son on illə müqayisədə 4 dəfə artıb. Bu, UNEC-in təhsil keyfiyyətinin və cəlbediciliyinin dünya miqyasında daha da artdığının bariz sübutudur. UNEC-ə qəbul olan 205 əcnəbi vətəndaşdan 167 nəfəri bakalavriatura, 35 nəfəri magistratura, 3 nəfəri isə doktorantura üzrə təhsil alır.

Tələbələrin 161 nəfəri qeyri-dövlət xətti ilə, 6 nəfəri Hökumətlərarası Saziş çərçivəsində, 5 nəfəri Heydər Əliyev adına Dövlət Qrantı ilə, 32 nəfəri isə DİM vasitəsilə qəbul olub. Bir tələbə isə Türkiyənin Ege Universiteti ilə ikili diplom proqramı çərçivəsində UNEC-də təhsil alır.

Hazırda UNEC-də Çin, ABŞ, Rusiya, Türkiyə, İsrail, İndoneziya, Malaziya, Hindistan, Estoniya, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Gürcüstan və digər ölkələrdən 500-ə yaxın əcnəbi tələbə təhsil alır.

Mərakeş Krallığının vətəndaşı olan Rayane Lokmane Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq İqtisadiyyat Məktəbində (ISE) təhsil alır. O, UNEC-dəki təhsildən, bu universitetin tələbəsi olmaqdan çox razıdır.

Qeyd edək ki, UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbi (ISE) 2015-ci ildə yaradılıb. Məktəbdə beş ixtisas - Dünya İqtisadiyyatı, Maliyyə, Mühasibat Uçotu, İqtisadiyyat və Biznes İnzibatçılığı üzrə bakalavr pilləsində, iki ixtisas - Dünya İqtisadiyyatı və Maliyyə üzrə magistr pilləsində tədris aparılır. Beynəlxalq İqtisadiyyat Məktəbi UNEC-in intensiv beynəlmiləşmə və eyni zamanda, tədrisin keyfiyyətinin artırılması məqsədilə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradovun təşəbbüsü və təşkilatçılığı ilə yaradılıb. Məktəbdə interaktiv metodlarla təşkil olunan tədris bütövlükdə ingilis dilindədir. Yalnız Azərbaycan dili, Mülki Müdafiə və nitq mədəniyyəti fənləri Azərbaycan dilində tədris olunur. İSE-də ingilis dili tədrisinin unikal metodikası yaradılıb və bu da tələbələrə hazırlıq ili oxumadan 4 ilə universiteti bitirmək imkanı yaradır. Məktəbə qəbul Dövlət İmtahan Mərkəzin tərəfindən aparılır. Məktəbdə ABŞ, İngiltərə, Almaniya, Fransa, İsveç və başqa ölkələrin aparıcı universitetlərinin məzunları olmuş və eyni zamanda, geniş praktiki biliklərə malik müəllimlər dərs deyirlər. Məktəbdə dərslər fərqli formada keçirilir. Mühazirələr diskusiyaya açıq olur. Məktəb ingilis dilinin tədrisində yeni interaktiv metodun tətbiqinə başlayıb. Tələbələr tədris edilən mövzuların həyatla əlaqəsini təcrübədən keçirərək, xarici dilin mənimsənilməsinin əsas çətinliklərindən olan "dil baryeri" problemini qısa müddət ərzində həll edə bilirlər. İSE-nin müəllimləri çalışır ki, tələbələr ingilis dilini peşəkar səviyyədə bilsinlər. Məktəbdə bütün fənn proqramları qərb universitetlərinin proqramlarına uyğunlaşdırılıb. Məktəbdə dərs deyən müəllimlər Qərb universitetlərinin məzunlarıdır və onlar fənn proqramlarının hazırlanmasında yaxından iştirak ediblər. Müəllimlərin tədris etdikləri fənlər məzun olduğu universitetdə oxuduğu və ən yüksək bal göstərdiyi fənlərdir. Beynəlxalq İqtisadiyyat Məktəbinin əsas məqsədi yüksək ixtisaslı kadr hazırlamaqdır.

ISE tələbəsi Rayane Lokmane deyir ki, ali təhsil almaq üçün Avropa, Türkiyə, eləcə də Orta Asiya ölkələrinin universitetlərini araşdırırıb. Araşdırma apararkən UNEC-in adına da rast gəlib və beynəlxalq reytinqlərdə ölkənin ən aparıcı universiteti olduğunu görüb: "İstədiyim ixtisas üzrə ingilis dilində tədris var idi. Təhsil imkanları, eləcə də qəbul şərtləri ilə maraqlandım və mənim üçün çox uyğun idi. Qeyd edim ki, UNEC-ə əcnəbi vətəndaşların qəbul proseduru çox rahatdır. Sənədlərimi elektron qaydada göndərdikdən sonra, onlayn müsahibə-tanışlıq mərhələsi oldu və UNEC tələbəsi adını qazandım. Mən hazırda Beynəlxalq İqtisadiyyat Məktəbində ingilis dilində "Biznesin idarəedilməsi" ixtisası üzrə təhsil alıram. Kiçik yaşlarımdan biznes və iqtisadiyyat sahəsinə marağım böyük olub. Xüsusilə, fərqli ölkələrdə biznesin necə inkişaf etdiyini öyrənmək istəyirdim. Gələcəkdə beynəlxalq biznes mühiti və menecment sahəsində çalışmağı düşünürəm".

Rayane Lokmanenin sözlərinə görə, Mərakeşdən kənarda təhsil almaq ona dünya görüşünü genişləndirmək üçün əvəzsiz imkanlar yaratdı: "Bakıda yaşamaq və təhsil almaq, mədəniyyətlərarası fərqləri anlamaq və daha açıqfikirli olmağım baxımından çox yaxşı təcrübə oldu. Azərbaycanda həm qərb, həm də şərq mədəniyyətlərini görə bilirsən. Mənim üçün bu, müxtəlif iş və sosial mühitlərdə necə uğur qazanmağı öyrənmək deməkdir. UNEC-dəki tələbə həyatı olduqca zəngindir. Buradakı mühit çox dinamikdir - hər gün yeni bir şey öyrənmək və sosial fəaliyyətlərdə iştirak etmək mümkündür. Tələbələrə çoxsaylı təcrübə proqramları və mübadilə imkanları təklif olunur, bu da mənim  üçün çox önəmlidir. Daha çox xoşuma gələn cəhət müəllimlərlə tələbələr arasında olan münasibət və müəllimlərin dərsə yanaşma metodlarıdır. Müəllimlərimiz hər zaman tələbələrin suallarına açıqdırlar, dərsləri daha asan və maraqlı başa salmaq üçün müxtəlif üsullardan istifadə edirlər və tələbələrin hər birinə fərdi yanaşırlar. Bu da dərsləri daha rahat öyrənmək üçün çox yaxşıdır. Fakültəmizdə mühit çox dinamikdir, burada həm təhsil alırsan, həm də sosial həyatın bir hissəsi olursan. Bu, məni inkişaf etməyə daha da motivasiya edir".

Tələbə bildirib ki, boş vaxtlarında əsasən dostları ilə vaxt keçirməyi, idmanla məşğul olmağı, yeni yerlər kəşf etməyi sevir: "Mədəniyyətlərarası təcrübə qazanmaq üçün fərqli mətbəxləri dadmaq və müxtəlif yerləri ziyarət etmək də mənim hobbilərim arasındadır. Təhsili və şəxsi maraqlarımı balansda saxlamaq bəzən çətin olsa da, hər ikisini eyni anda idarə etməyə çalışıram. Mən ilk dəfə idi ki, ölkəmdən kənara, həm də uzunmüddətli çıxırdım. Başqa bir ölkəyə uyğunlaşmaqda ilk günlərdə bir qədər çətinlik yaşasam da, rus dilini bildiyim üçün çox tez adaptasiya oldum və mənim üçün maraqlı təcrübə oldu. Azərbaycan və Mərakeş arasında bəzi mədəni oxşarlıqlar olsa da, çox fərqli xüsusiyyətlər də var. Məsələn, hər iki ölkədə ailə və qonaqpərvərlik çox önəmlidir. Həmçinin, mətbəxlərdə təzə tərəvəzlər və müxtəlif ədviyyatlar geniş istifadə olunur. Lakin fərqliliklər də var: Azərbaycanda insanların daha çox açıqfikirli və tolerant olduqlarını müşahidə etdim. Azərbaycanın zəngin tarixi və mədəniyyəti mənim üçün çox maraqlıdır, burada ənənə ilə müasirliyi yaxşı şəkildə birləşdiriblər. Bu da mənə çox maraqlı gəldi: həm ənənələrə, həm də inkişaf etməyə çox əhəmiyyət verirlər".

Əməkdar elm xadimi, professor Şahlar Əsgərov deyir ki, UNEC təhsil keyfiyyətinin artırılması, tədrisin düzgün idarə olunması istiqamətində ciddi addımlar atılır: "Professor Ədalət Muradovun sayəsində Azərbaycan Dövlət İqtisad Universiteti sürətli inkişaf yolunda addımlayır. Universitet yalnız yerli deyil, xarici təşkilatlarla da əlaqələrini genişləndirir. İqtisad Universiteti ölkədə savadlı kadrların yetişməsində müstəsna rol oynayır. Onun məzunları yalnız Azərbaycanda deyil, eyni zamanda, ölkə xaricində nailiyyətlərə imza atır, Azərbaycanın adını yüksəldir. Azərbaycanlı tələbələrlə yanaşı, bu gün UNEC-i seçən və bu universitetdə təhsil almaq istəyən əcnəbi tələbələrin də sayı kifayət qədərdir. Bu universitet Azərbaycanın dünyaya tanıdılması istiqamətində xeyli işlər görür və bu istiqamətdə işlər davam etdirilir. Ədalət Muradov UNEC-i dünya səviyyəli bir universitet etməyi qarşısına məqsəd qoyub". Ş.Əsgərov bildirib ki, Azərbaycan Dövlət İqtisad Universitetində tələbələrin yüksək səviyyədə bilik mənimsəməsi üçün yeni vasitə və metodlardan istifadə edilir, dünyanın tanınmış universitetləri ilə tələbə mübadiləsi aparılır. Bütün bunlar ölkənin daimi inkişafına səbəb olan addımlardır. Universitetin məzunu olan tələbələr Azərbaycan iqtisadiyyatının inkişaf etməsində öz töhfələrini verir".

Sevinc QARAYEVA

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://525.az
archiveBu xəbər 25 Fevral 2025 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see476

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see381

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see375

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see336

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see319

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see289

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see288

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see283

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see200

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see162

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see162

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see161

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see152

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see151

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see139

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see137

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see134

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see131

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

02 Dekabr 2025 08:42see128

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri